image_pdfimage_print

Əslində bugün mən Sizinlə fərqli bir mövzuda söhbət etmək istəyirdim. Amma elə indicə yazıb bitirdiyim bir press-relizi oxuduqdan sonra bu haqda öz fikirlərimi Sizinlə bölüşmək istədim.

Press-reliz nə üçün olmalıdır?

Press-reliz PR fəaliyyətin ən vacib elementlərindən biridir. Çünki, KİV-ə münasıbətlərin qurulması olmadan sistemli fəaliyyətinin aparılmasın mümkün olmur. Biz press-reliz yazaraq jurnalistlərə bizə lazım olan məlumatların ötürülməsi üçün çalışırıq. Bu baxımdan danışdığımız ələt PR-ın birinci və ən əsas hissəsidir.

Bunu düzgün yaza bilməyən marketoloqun uğurlu kampaniya etməsi çətinləşir. Çünki bugün jurnalistlər asand yollara gedirlər. Düşünün ki, Siz press-konfrans keçirirsiniz. Bu zaman konfransdan sonra yazılan məlumatların ən azı 70% verilən press-relizin mətninin üzərində yazılır. Bu baxımdan düzgün və şirkətiniz üçün faydalı məlumatlarla dolu yazı yazmaq vacibdir.

Press-relizin strukturu necədır?

İstənilən press-relizdə mütləq başlıq yeri olmalıdır. Başlıqda təbii ki, biz auditoriyamızı maraqlandıran formada bir şey düşünməliyik. Başlıqdan sonra press-reliz özündən aşağıdakı ardıcıllığı daşımalıdır:

  • Giriş. Burada mütləq baş vermiş xəbərin adı, baş verdiyi yer, tarix və səbəbi göstərilməlidir. Məsələn: “May ayında Bakıda (filan Hoteldə) Marketoloqların iştirakı ilə ilk ixtisaslaşmış Marketinq foruma keçirələcəkdir və s.” Məncə Siz girişin məğzini başa düşdünüz. Bu hissəyə təxminən 2 cümlə kifayətdir.
  • Əsas xəbər. Burada Siz press-relizlə vermək istədiyiniz xəbəri ətraflı şəkildə, təxminən 3-4 cümlədən ibarət olaraq təsvir edirsiniz. Məsələn: “Keçirilən forumda əsasən… filan, filan məsələlərə toxunulacaq… filan-filan şeylər olacaq və s.”
  • Gücləndirici xəbər. Bu hissədə biz əsas mesajın inandırıcı və təsirli olması üçün bir növ əlavə faktlardan istifadə edirik. Məsələn: “Sözü gedən forumda, ölkənin aparıcı marketoloqları ilə yanaşı, filan ölkədə tanınmış… ekspert filankəsdə iştirak edəcək”. Bu hissədə 3 faktdan istifadə etmək daha məqsədə uyğundur.
  • Əlavələr. Burada biz konkret xəbərlə oxucu arasında olan bağdan yazmalıyıq. Məsələn: “Forumda iştirak etmək üçün filan tarixə qədər filan saytda qeydiyyatdan keçmək lazımdır. Tələsəin yerlər məhduddur.” Məncə başa düşdünüz.
  • Sonluq. Burada biz sonuncu nöqtəni qoyuruq və mütləq axırda press-relizi yazan şəxsin, adı, əlaqə nömrəsi və emaillini göstərmək lazımdır.

Dediyim kimi, bu press-relizlərin şablon formasıdır. Deyilənlərin nəzəri tərəflərini mənə Almaniyada və Moskvada məhz bu mövzuda iştirak etdiyim seminarlarda, praktik tərəflərini isə, çalışdığım şirkət və şəxsi bizneslə əlaqəli işlərdə öyrənmişəm. Bugünə qədər mənə çox kömək edib.

Necə effekt almaq olar?

Press-relizin uğurlu olmasının əsas ölçülən göstəricisi məhz KİV-ə bu haqda xəbərlərin çıxmasıdır. Bunun üçün isə hamınızın yaxşı bildiyi klassik marketinq prinsiplərindən istifadə etmək lazımdır, seqmentasiyadan söhbət gedir. Sizin məlumat konkret göndərdiyiniz informasiya daşıyıcısının hədəflərinə uyğun olmalıdır. Məsələn düşünək ki, Siz Marketinq Forumu edirsinizsə bu bu reportajla idarəetmə keyfiyyətindən yazan jurnala çıxmaq istəyirsiniz. Bunun üçün mütləq yazımızın ilk və son yerlərində Marketinq tədbirinin keyfiyyət idarəedilməsində rolundan danışmaq lazımdır.

Digər bir məsələ, Siz yeni avtomobil markası təqdim edirsiniz. Bunun üçün Siz avtomobil jurnalı üçün bir press-reliz, facemark üçün bir press-reliz, sağlamlıq jurnalı üçün başqa press-reliz hazırlamalısınız. Digər sözlə desək, hər bir press-reliz hədəf kütləyə uyğun olmalıdır.

Təklifləriniz varsa buyurus…

şərhlər

şərhlər

2 Comments

  1. Salam. Əllərinizə sağlıq gözəl məlumatdır. Nümunə olaraq bir press reliz də versəniz yaxşı olardı. Təşəkkürlər

  2. Salam. Bir numune olaraq press reliz gonderseniz memnun olardim

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close