Monthly Archives May 2013

Bu yazı ilə bloqda 300-cü yazımı Sizinlə, dəyərli oxucularımızla paylaşıram. Bloq yazmaq mənə çox faydalı oldu. İstər maddi, istər mənəvi cəhətdən. Sizə səmimi deyim bugün bu bloq mənim üçün çox dəyərlidir. Mən bloqumuz haqqında Statistikalara keçməzdən əvvəl bloqun faydaları barədə söhbət etmək istəyirəm, Siz – bizim adamsız, ona görə sirləri açıram. Bloqun əsas faydası mənim üçün nədir?

Əziz bloq oxucuları, mənim Sizə bir işim düşüb. Mən tarixi-nadiri yarıya qədər oxumasamda…  marketinq sahəsində akademik karyera olaraq PhD etmişəm, praktik karyera olaraqda ölkədə qeyri-neft sektorunda tək-tük olan qlobal şirkətinin marketinq direktoruyam. Amma mən bir məsələni başa düşmürəm. Bu nədir?

Mən hər zaman dostlarla söhbət etdikdə deyirəm ki, marketoloqun sektoru yoxdur. Başqa sözlə desək marketinqin baza prinsipləri sektorlardan asılı olmayaraq eynidir. Vacib deyil, Siz mebel sektorunda işləyirsiz və ya kosmik peyk vasitəsi ilə əldə edilən xidmət təklif edirsiz… marketinq müştərini başa düşmək qabiliyyətidir və marketinq tənqiddən qorxmalı deyil.

Vacib qeyd: Burada mən Facebook yalnız cib telefonumdan silməkdən danışıram, PC facebook istifadə edəcəm.

Məni yaxından tanıyanlar bilir ki, mənimlə mağazaya getmək faciyədir. Hələ-hələ bu kitab mağazası oldusa, deməli o adamın halına yanmağa deyər. Mağazada nesə almaqdan başqa demək olar ki, hər şey (çox şey deyək) edirəm. Bugündə Moskvada Polyankada yerləşən kitab mağazasına dostumuz Ramillə getmişdim.

Bəzən dostların çoxu bloqda mebeldən və mebel sektorundan az yazdığımı mənə deyirlər. Həqiqətəndə bugün bloqda olan 293 yazıdan yalnız 7-si mebel sektoruna aiddir. Bu dəfə mən sektorumuzun qlobal bəlası olan – brendinq fəaliyyətindən danışmaq istəyirəm. Beləliklə mebel sektorunda brendinq varmı?!

Ətrafınızda olan 5 nəfərin adını bir siyahıya yazın və hər birinin qarşısında aylıq gəlirlərini qeyd edin. Alınan cəmi siyahıda olanların sayına bölün, əldə edilən məbləğ Sizin aylıq gəlirinizə bərabər olacaq. Əgər bu məbləğ bundan çoxdursa, Siz tezliklə daha çox qazanacaqsınız. Azdırsa – gəliriniz azalacaq. Bunun əsas səbəbi bilirsiz nədir?

Düşünün ki, Marketinq ölkədə elə səviyyəyə gələcək ki, marketoloqlar əl-ələ verib Forum keçirəcək. Bu forumda ölkədə özünü marketoloq hesab edənlər və sektorda olan yeniliklərə maraqlı olan dostlarımız iştirak edəcək – Xəyal deyil, gercəkdir?!

Bugün dostlarımızın sözün həqiqi mənasında fədakar əməyi nəticəsində Marketinq Forumunun bütün təşkilatı məsələləri həll edilmişdir. Artıq hətta bilətlərdə satışdadır. Bilətlərin alınma qaydaları və forum haqqında bəzi detallara keçməzdən əvvəl bloqumuz vasitəsi ilə, vacib bir məlumat vermək istəyirəm.

12
Close