image_pdfimage_print

Bu yazı ilə bloqda 300-cü yazımı Sizinlə, dəyərli oxucularımızla paylaşıram. Bloq yazmaq mənə çox faydalı oldu. İstər maddi, istər mənəvi cəhətdən. Sizə səmimi deyim bugün bu bloq mənim üçün çox dəyərlidir. Mən bloqumuz haqqında Statistikalara keçməzdən əvvəl bloqun faydaları barədə söhbət etmək istəyirəm, Siz – bizim adamsız, ona görə sirləri açıram. Bloqun əsas faydası mənim üçün nədir?

Birincisi bloq yazmaqla mən özümə çox saylı yeni dostlar, yeni müsbət münasibətlər əldə etmişəm. Marketinq AİR yaranmasında belə bizim bloqun böyük rolu var. Mən bloq yazmaqla öz düşüncəmə yaxın adamlarla rahat ünsiyyət qura bilirəm. Bloq mənə yaxşı kruq yaradır! Bilirsizdə kruq çox vacibdir.

İkincisi bloq mənə öz fikirlərimi ifadə etmək üçün bir meydan, bir platforma rolundadır. Məsələn yadıma gəlir Azmi bəylə (burdan salamları deyirəm) tanış olduqda mənə dediyi ilk cümlə belə oldu: “İlkin, bloqda Azersun haqqında yazmışdın, diqqətlə oxudum və bundan sonra TV reklamı durdurduq.” Çox yaxşıdır. Deməli mənim bloqda yazdıqlarımı hərdən özümdən başqada kimsə oxuyur. Sizdən nə gizlədim… hərdən mənə elə gəlir ki, bloqumu yalnız özüm oxuyuram. Xoşbəxtçilikdən, İslam sağ olsun Statistikada maksimum şəffaflıq yaradıb. Hər məqaləni neçə nəfər share etdiyini dəqiq bilirəm.

Üçüncusu... təvazükarlıqdan kənar olsada deməyə məcburam ki, bizim bloq azərbaycan dilində ən azı 10dənə biznes bloqun yaranmasında “ilham” qaynağı olub. Bu superdir. Bizim bloqu oxuyub insanlar öz bloqlarını yazırlar. Amma, super olan başqa bir şeydə var:  bizi oxuyaraq nəinki bloq yazan, hətta öz biznesini quran və ya çalışdığı şirkətdə marketinqə yeni nəfəs verən dostlarımızda çoxdur. Burdan onları bir daha salamlayıram: “Siz düzgün yoldasınız!”

Dördüncüsu bloq vasitəsi ilə mənə 10-la şirkət müraciyyət edib. Biz onlarla birlikdə yeni biznes, marketinq layihələri həyata keçirmişik. Mən burdan həm pul qazanmışam, həmdə çalışdığım şirkətlərə daha çox pul qazandırmışam. Bu əladır!

Keçək bəzi Statistik rəqəmləri:

  • Bloqda olan məqalələr ümumi olaraq bugünə qədər 130 000 dəfədən çox oxunmuşdur!!!
  • Bloqda yazılan yazılar sosial şəbəkələrdə 5000 çox paylaşılmışdır (Share edilmişdir);
  • Bloqda sosial şəbəkələrlə birlikdə 2000-ən çox komment verilmişdir;
  • Bloq 4000-ən çox “açar” söz üzrə axtarış saytlarında aktivdir. Onlardan 800-ən çoxunda ilk 10-dadır (Google ilə)!!!
  • Bloqda orta hesabla bir məqalənin oxunma sayı 440 dəfədən çoxdur.
  • Bloqa gün ərzində otra hesabla 150-160 unikal istifadəçi daxil olur. Bu nəticəyə görə əlbətdə Google və Facebook müəllimlərə, həmçinin onların “qoyumu” gənc Twittere, qonşuları Linkedin müəllimə öz dərin minnətdarlığımızı bildiririk.))
  • Bloqumuz istər RSS, istərsədə maillərlə abunə sistemində rekordlar qırır. Sağ olun bloqa abunə olursunuz!!!

Biz istəyirdik ki, bloqun formatını və dizaynınə dəyişək. Sözün açığı bunun üçün bir xeyli pulda xərclədik… sonra isə işi təhvil alıb son dəyişikliyi etmədim. Bilirsiz, açığına qalsa səbəb çox sadə edi: Mən bu bloqda Sizinlə sadəcə doğruluğuna inandığım və əmin olduğum şeylərdən danışıram. Axı biz burda reklam və xəbər yaymaq üçün sayt hazırlamırıq. Biz sadəcə Sizinlə paylaşırıq. Buna görədə hesab edirəm bu sadə dizaynda bizim üçün kafidir. Əsas odur ki, fikirlərimiz bir-birimiz üçün aydın olsun.

Dostlar çox sağ olus ki, bu bloqla artıq 18 aydır birlikdəsiz. Sizin üçün yazmaq mənim çox xoşuma gəlir. Növbəti bloq postlarda görüşənədək!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. Googldə təsadüfən tapdığım və aylarla hər gün izlədiyim tək blokdur. Dəyərlə fikirlərinizi paylaşdığınız üçün çox sağolun. İnanıram ki bu blok hələ uzun müddət də sizin timsalınızda fəaliyyət göstərəcək. )

  2. heqiqeten eledi.

  3. Sağ olun gözəl bloqunuz var İlkin bəy.

  4. Əla bloq səhifəsinə maliksiniz məndə bloq açmağa qərar verdiyim zamanlarda Azərbaycanlı bloqerləer deyə axtarış etdim və sizin bu yazınızı gördüm artıq açmışam dəyəeli məsləhətləriniz üçün çox sağolun

  5. Sag olun dostlar!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close