image_pdfimage_print

Təxminən bir həftə bundan əvvəl bloqda yeni bir “update” funksiyasını gördüm. Əslində belə şeylərə heç zaman fikir verməsəmdə… bu dəfə bloqu yeniləmək istədim və… bloq bugünə qədər işləmirdi. Yaxın dostumuz bloqun yaranmasında bir başa iştirak edən GoCreativ Reklam şirkətinin direktoru İslam müəllimə zəng etdim. Sağ olsun, operativ işə girişdi. Bugün bloqumuz artıq işləyir (hələ tam işləmir). Lakin bu məsələlərdən mən bir dərs aldım – Biznesdə butün dəyər yaradan elementlərin kopyası olmalıdır!

Bloqda yenidən hazırlanma prosesləri gedəndə bir anlığına butün bloqda olan məlumatların pozulması təhlükəsi var edi. Təbii ki, burada yazılanların heç biri, məndə kopyası yoxdur. Mən burada səmimi olaraq Sizinlə söhbət edirəm və buna görədə “kopyalamıram”. Amma bu mənim buraxdığım kobud səhvdir. İşlərlə bağlı hər şeydən ən azı 2 dənə olmalıdır.

Əgər Sizin satız nöqtənizdə çox yaxşı bir admistrator varsa bu əladır. Amma bu adminstratorun olmadığı günlərdə (bazar və ya istirahət günü) işləriniz mənfi istiqamətdə dəyişirsə – bu dəhşətdir. Mütləq və mütləq həmin admistratorun alternativi, kopyası olmalıdır. Bu olmasa Sizin biznesiniz riskdədir. Riskləri idarəetmək isə sahibkarın əsas bacardığı işlərdən olmalıdır.

Əgər Sizin bir satış meneceriniz ümumi satışın böyük hissəsini tək başına edirsə, bu əladır. Amma Siz mütləq onun kopyasını yaratmalısız, belə olmasa tezliklə menecerinizin işində “özündən razılıq” hiss edəcəksiniz. Və ya sadəcə… Sizin biznes bir nəfərdən asılı ola bilməz. Mütləq hər bir vacib işçinin alternativi olmalıdır.

Əgər Sizin kitabınlz yazılırsa (məqalə, dissertasiya və s.) bu əlbətdə əladır. Lakin Siz bu yazının yalnız bir kompyuterdə edirsizsə və bunun kopyasını digər informasiya daşıyıcısında saxlamırsınızsa bu kobud səhvdir. Texnika bizim həyatımızı rahatlaşdırır, amma texnikanın “ürəyi”, “beyni” yoxdur. O çox sadəliklə bizim butün əməyimizi məhv edə bilər. Məsələn bir il bundan əvvəl telefonda olan butün kontaktlarım pozuldu… kopyası yox edi!

Əgər Sizin biznesinizdə hər sahədə bir təhcizatçı şirkətiniz varsa və bu şirkət hər şeyi ilə biznesinizi qane edirsə – bu əladır. Amma biz mütləq hər sahə üçün ən azı 2 təhcizatçı tapmalıyıq. Hər iki təhcizatçı ilə işləməliyik. Belə olması bizim biznes böyük təhlükədə ola bilər. Hətta ikinci tapdığınız alternativ digərindən geri qalırsa belə… dublikat (kopya) mütləq olmalıdır. Heç vaxt bir nəfərdən (şirkətdən) asılı olmaq olmaz.

Bəs Sizcə nəyin kopyası, alternativi ola bilməz?!

Mən hesab edirəm ki, mən əminəm ki həyatda olan bəzi şeylərin hem vaxt alternativi və (və ya kopyası) ola bilməz! Bunlar aşağıdakılardır:

  1. Sevdiklərimizin kopyası olmaz. Dostlar dünyada ən vacib, ən saf hiss – sevgidir. Mən düşünürəm insan sevdiyi heç bir insanın, sevdiyi heç varlığın kopyası ola bilməz. Heç olmalıda deyil!
  2. Dostların kopyası olmaz. Mən düşünürəm ki, saf dostluq alternativsizdir. Əsl dostun yerinə heçnə əvəz edə bilməz. Bu sadəcə mümkün deyil!
  3. Vətənin kopyası olmaz. Mən Yevlaxda anadan olmuşam, hər dəfə o şəhərə gedəndə… daha çox vuruluram. Düşünürəm ki, Sizdədə belədir. Sizdə öz anadan olduğunuz yerin alternativi tanışırsız. Belədə olmalıdır!
  4. Seçdiyiniz peşənin kopyası olmaz. Mən marketoloqam. Hesab edirəm ki, daim bu işlə məşğul olacam və hesab edirəm seçdiyiniz peşənin alternativi ola bilməz. Bunu sonuncu yazmağım təsadüfi deyil. Mən bilirəm ki, Sizlər bunun əskini düşünürsüz. Razıyam bu müzakirə doğura bilər. Lakin mən düşünürəm ki, hər bir insanın yalnız bir edə biləcəyi iş ola bilər!

Dostlar arzu edirəm ki, biznesinizdə daim alternativləriniz bol olsun…

ƏALAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close