image_pdfimage_print

Beləliklə son bir həftədə bağlı olan bloqumuz bugündən etibarən tam aktiv və əvvəl ki, funksiyalardan daha yaxşı formada hazırdır. Artıq biz bloqumuzu WordPress son yenilənmiş versiyasından yazırıq. Bununla dəyərli oxucularımız bloqda olan sürətin artdığını hiss edəcəklər.

Eyni zamanda bloqun bağlı olması ilə biz başa düşdük ki, bloq doğurdanda oxunaqlıdır. Necə bildik?!

  1. Facebook. Son 5 gündə mənə Facebook vasitəsi ilə 17 nəfər dostumuz yazaraq, bloqun işləmədiyini deyib. Dostlar çox sağ olus bizi belə diqqətlə izləyirsiz. 
  2. E-mail. Mənə 8 e-mail gəlib ki, burada bloqun işləmədiyindən təəsüflənənlər var. Facebook-a mənim dost olmayan adamlar şəxsi e-mail vasitəsi ilə mənə bunu deyirlər.
  3. Cib telefonu. Mən gələn zənglərin sayını bilməsəmdə, son 5 gündə zəng edən adamların yarısından çoxu “salam” sözündən sonra, “Bloqun niyə işləmir?!” soruşurlar. Bu məni çoooox sevindirir!

Bloq bizim əsas n media platformamız olduğu üçün əlbətdə oxunaqlı bloqa sahib olmaq hissi böyük məsuliyyət tələb edir. Buna baxmayaraq, mən bloq yazı siyasıtimizi dəyişmirəm.

Biz yaşadığımız və əmin olduğumuzlardan yazırıq. Ordan-burdan köçürməklə işimiz yoxdur. Amma Sizə nesə yazmaq üçün, çoxlu oxuyuruq.

Biz “əti çox, suyu az” yazırıq. Bizdə uzun-uzadı yazılar yoxdur. Bizim oxucularımız “Arifdir – Arifə bir işarə yetərlidir!”

Biz daha çox məntiqə fikir veririk. Hərf səhvlərimiz çoxdur. Bilirik… Amma bizim oxucularımız bunu qəbul edir. (Sağ olun). Bizdə əlimizdən gələni edirik ki, qrammatik səhv az olsun.

Biz siyasətdən deyil, biznesdən, marketinqdən, iqtisadiyyatımızın güclənməsi üçün olan işlərdən yazırıq. Lazımsız kritika bizdə yer yoxdur (olmayacaqda).

Biz yalnız səmimi tərzdə yazırıq. Özümüzü kiməsə göstərmək bizə lazım deyil!

Dostlar bloqa verdiyiniz dəyərə görə çox sağ olus!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Nehayet ! :) Men de blokunuzun daimi oxucularından biri kimi bu bir.neçe günde teesüflenirdim. Dediyiniz kimi,onemli olan yazılanların mahiyyet ve mezmunundadır. Amma qramatik baxımdan da oxunaqlı olması da biraz.onem kesb edir hardasa.
    Deyerli paylaşımlarınız üçün sağolun. :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close