image_pdfimage_print

Vacib qeyd: Burada mən Facebook yalnız cib telefonumdan silməkdən danışıram, PC facebook istifadə edəcəm.

Məni yaxından tanıyanlar bilir ki, mənimlə mağazaya getmək faciyədir. Hələ-hələ bu kitab mağazası oldusa, deməli o adamın halına yanmağa deyər. Mağazada nesə almaqdan başqa demək olar ki, hər şey (çox şey deyək) edirəm. Bugündə Moskvada Polyankada yerləşən kitab mağazasına dostumuz Ramillə getmişdim.

Nə başınızı ağrıdım yavaş-yavaş kitablara baxırdım (artıq orda biznes kitablar hissəsində işləyənlər məni tanıyır). Vaxtın idarəedilməsinə dair bir kitaba baxırdım ki, ağlıma çox maraqlı (dəhşətli) bir fikir gəldi. Siz təsəvvür edirsinizmi, biz gündə nə qədər vaxtı sosial şəbəkələrdə itiririk?! Söhbət qazandıqlarımızdan getmir. Əlbətdə qazandıqlarımız var. Amma axı hamımız Facebook həmdə “boş-boş” işlərlə məşğul oluruq.

Bunun hesabını aparaq. Mən misalı özümdən verim ki, dəyərli oxucumuzun xətrinə deyməsin. Mən iphone facebook yüklədikdən sonra daha çox internetdə olmağa başlamışam. Bunu görə son vaxtlar demək olar ki, oxuma templərim iki dəfə aşağı düşüb. Menecerə stimul verən əsas amillərdən biri, fasiləsiz informasiya emalıdır. Bununla belə bizim emal etdiyimiz informasiya kontenti unikal olmalıdır. Mən Facebook-a saatlarla (cəmləyəndə həqiqətəndə saatlar olur) olduqda öz dəyərli sərvətimi (vaxtımı) havaya atıram. Düşünün…

  • gündə bir saat;
  • həftədə 7 saat, bazar və altıncı günləri daha çox oluruq… deməli həftəmiz 10 saata gəlib çatır;
  • ayda 2 gün;
  • ildə demək olar ki, bir ay. Bir iş ayı!!!

İstəyirsiz bunu rəqəmləri pula çevirək. Facebook bizdən hər il ən azı aylıq qazancımız qədər pul qopardır!

Dostlar diqqət edin. Mən burada Facebook-a girməyək demirəm. Mən deyirəm mobil facebook bizim vaxtımızı (pulumuzu, gələcəyimizi) itirir. Bunları nəzərə alaraq. Vaxt itirmədən, elə Polyankada olan mağazadaca mobil facebook pozdum.

Mən artıq Facebook günün müəyyən edilmiş vaxtlarında girəcəm. Ay boş edim…, Ay nəbilim görüm kim nə yazır, Ay məni 10 dənə PM gəlib… bir sözlə Facebook-a yalnız günün əvvəlcədən təyin edilmiş vaxtları, ciddi nəzarət altında girəcəm!

Beləliklə Mobil Facebook – Давай До Свидание!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. ::))))))) aaaayyyyy supeeeeeeeerrrr ləzzət elədi ::)).

  2. Bunu oxuduqdan sonra mende mobil facebook pozdum. Vaxtimi daha semereli istifade etmeye baslayacam.

  3. Razıyam. Ümumiyyetle facebook mence gündelik işlerin asanlaşdırılması üçün ele bir funksya teşkil etmir. Ancaq ve ancaq vaxt itkisi.

  4. mende telefondan silmeyi duwunurem artiq

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close