image_pdfimage_print

Mən son vaxtlar bir şeyin şahidi olmuşam: dünyada bizim biznesimizi, gündəlik işləri və təbii ki, həyatımızı rahatlaşdıran çox saylı funksialar var. Bu funksialar istifadəsiz qalmışdır. Siz təsəvvür edə bilirsinizmi, biz bəzi xırda funksiaları etməklə nə qədər rahat yaşaya bilərik?!

Hal-hazırda texnologiya “işıq sürəti” ilə inkişaf edir. Hər gün minlərlə innovatsiyalar meydana gəlir və bunların hər biri… biz insanlar üçündür. Məsələ burasındadır ki, kimlərsə bunu tətbiq edir irəli gedir, kimlər isə sadəcə qıraqdan durub “ah çəkir”. Muasir dünyada texnologiyada ayaq uydurmadan inkişaf etmək mümkün deyil. Özünüz bir anlığına düşünün: E-mail istifadə etməyən şəxs biznes apara bilərmi? Bu suala müsbət cavab verən ya “biznes” anlayışı fərqlidir, yada sadəcə möcüzəyə inanır.

Əlbətdə bugün biz Google hələ gələcəyi axtara bilmirik (bu haqda burada yazmışdıq), əlbətdə biz bugün “probkalı” yerdən avtomobili qanadlandıra bilmirik, biz “hətta” planetin bir yerində, digər yerinə yanız təyyarə ilə getsəkdə… razılaşın muasir texnoloqiyalar bizim həyatımızı rahatlaşdırır. Daha doğrusu rahatlaşdırmaq istəyir. Həyatını rahatlaşdırmaq istəyən hər kəs üçün internet, muasir informasiya kommunikasiyaları əvəzsiz imkanlar yaradır, məsələn?!

Məsələn bugün skype vasitəsi ilə biz dünyanın istənilən yerində olan insanla tamamiylə ödənişsiz danışa bilirik. Biz bir nəfər deyil, skypla konferensiyalar, onlayn video toplantılar etmək mümkündür.

YouTube vasitəsi ilə kameradan olan çəkilişi bir neçə saniyə ərzində butün dünya görə bilər. Nəyin ki, kamera eyni şeyi adi cib telefonu ilədə etmək mümkündür. Təsəvvür  edirdin bu portal bizim informasiya alış-verişi prosesini necə rahatlaşdırır!

QR kod kimi rahat informasiya mübadilə vasitəsi barədə çoxumuzun heç xəbəri yoxdur. Əslində isə çox faydalı bir vasitədir.

Kompyuterinizin monitorunu sinxronizasiya etmək istəyirsiz? Eyni şeyi Sizin digər partnyorunuzun görməsini istəyirsiz? Teamviewer bunu rahat etmək mümkündür.

Məs Sizə Facebook, Twitter kimi şəbəkələrin yaratdığı imkanlardan danışmıram. Biznes az qala bizim cibimizə yerləşir.

Dostlar əmin olun, dünyada həll edilməyən problem olmadığı kimi, həyatımızı rahatlaşdıracaq həllər daim var. Biz sadəcə bu həllərdən istifadə edərək, biznesimizi optimallaşdırmalıyıq. Bunun üçün sadəcə yeniliklərə açıq olmaq yetərlidir.

Dünyada minlərcə son dərəcə ağıllı adamlar bizim həyatımızı rahatlaşdırmaq haqqında düşünür. Bu insanların əsas hədəfi pul qazanmaq olsada, onların pul qazanmaq üçün vasitə kimi yeni dəyərlər, yeni sistemlər yaratmaqdır. Biz onların məhsullarından istifadə edib həyatımızı rahatlaşdırırıq, onlarda pul qazanır. Məncə pul qazandırmağa dəyər…

ƏLAVƏ OXUMAQ ÜÇÜN

şərhlər

şərhlər

1 Comment

  1. Tam razı. Ama İlkin bey, gelin gorün biz yeniliyi nece qebul edirik. Cox bahalı nootbuklar,600-700 manatlıq smartfonların yenilerinden de ele insanımız ancaq ya MP3 – e qulaq asır, ya da sosial şebekelerde vaxt oldürür.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close