image_pdfimage_print

Çoxtandır bloqun dəyərli oxucularına biznes aləmində baş vermiş gülməli (gülməli olduğu qədərdə faydalı) hadisələr barədə danışmaq istəyirdim. Bugün “nastroeniyam” məhz belə əhvalatlar yazmağadır. Bugün biz İlk Milli Marketinq Forumunun keçirilməsində faydalı olacaq bir görüş keçirdik və bu görünüşün nəticələri məni çox sevindirdi. Əminəm ki, yüksək səviyyıli bir forumumuz olacaq. Nəysə… Beləlik biznesdə baş vermiş gülməli məhkəmə hadisələri:

  1. Amerikalı bir nefər 1991-ci ildə Anheuser-Busch (Stella brendi) şirkətini məhkəməyə verir. Şəxsin dediyinə görə şirkət reklamda yarı-çılpaq qızları və dəniz əhval ruhiyyəsi göstərsədə bu realda pivə içməklə mümkün olmur. Amerikan məhkəməsinə verilən iskə görə şirkət vətəndaşa vurduğu mənəvi ziyana görə 10 000 dollar ödəməlidir. 6 aydan çox sürən məhkəmə prosesindən sonra vətəndaşa heç bir pul verilmir.
  2. Allen Xepard deyilən bir nəfər isə Mayk Djordanı və Nike şirkətini məhkəməyə verir. Səbəb çox sadədir. Şirkətin verdiyi davamlı reklam kampaniyaları nəticəsində Allen rahat yaşaya bilmir. Hamı Alleni Mayk Djordana oxşadır və bunun nəticəsində vətəndaş rahat dincələ bilmir. Allen Nike şirkətindən 10 mln. dollar pul tələb etmişdir. Məhkəmə imtina etmişdir.
  3. 2002-ci ildə Rusiyanın məhşur pərakəndə şəbəkəsinin prezidenti Evgeniy Çiçvarkin eyni vaxtda 4 rus vətandaşı tərəfindən məhkəməyə verilmişdir. Həmin il, Çiçvarkin 31 dekabrda Moskvanın Arbat metrosundan Tverskoyda yerləşən mağazaya qədər paltarsız gələn hər kəsə Samsung cib telefonu hədiyyə verilməsini elan edir. Mağazanın qarşısında çılpaq rus qadınları növbəyə düzülür. Çiçvarkin isə cəmiyyətdə əxlaqsız normaların təbliğatına görə məhkəməyə verilir.
  4. Almaniyanın Frankfurt şəhərində isə bir qrup gənc Red Bull şirkətini məhkəməyə vermişdir. Deyilənə görə gənclər Red Bull reklamlarından sonra içkini istifadə etsələrdə, “qanadları” çıxmamışdır. Bu gənclərə mənəvi zərbə vurmuş və bu zərbəyə görə Red Bull şirkətindən adam başına 50 000 Evro tələb edilmişdir. Məhkəmə şikayəti qəbul etməsədə, gənclər bu haqda aparıcı talk şoularda iştirak etmişlər.
  5. HRS internet portalı daha bir almaniya vətandaşı tərəfindən məhkəməyə şikayət edilir. Deyilənə görə saytda olan rahat ödəniş və sifariş sistemi müştərini hər dəfə alışa təşviq edir. Bunun nəticəsində müştəri son bir ildə 5 şəhərdə Hotel rezervasiya etsədə heç birində qalmamışdır. Və “təbii olaraq” HRS-ən pulların geriyə qaytarılmasını istəyir. (Bu arada HRS mənim ən sevdiyim saytlardandır!!!)

Hələlik bu qədər…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close