image_pdfimage_print

Əziz bloq oxucuları, mənim Sizə bir işim düşüb. Mən tarixi-nadiri yarıya qədər oxumasamda…  marketinq sahəsində akademik karyera olaraq PhD etmişəm, praktik karyera olaraqda ölkədə qeyri-neft sektorunda tək-tük olan qlobal şirkətinin marketinq direktoruyam. Amma mən bir məsələni başa düşmürəm. Bu nədir?

Biz (Siz) Azərbaycan ilk dəfə marketoloqları bir araya yığıb forum təşkil edirik. Bu forumda məqsədlər barədə mən bir neçə dəfə Sizinlə danışmışam. Əlbətdə məqsəd ölkədə marketinqin inkişafına təkan verməkdir. Bəs Sizcə belə tədbir hansısa Marketinqlə məşğul olan azərbaycanlının xoşuna gəlməyə bilər?!

Forumu keçirmək üçün 25 gün ərzində gecə-gündüz zəhmət çəkən insanların zehmətinə hörmərsiz yanaşan adam ola bilər? Beziləri deyir ki, Milli Marketinq Forumunu bəyənməyənlər – paxıllıq edir… Qardaşlar bunlar nəyə paxıllıq edirlər?!

  • Biz 3 gecədir 28Mall-a hazırlıq edirik, əziyyət çəkirik… buna paxıllıq edirlər?! Gəlsinlər onlarda etsinlər…
  • Biz 25 gündür forumun təşkilatı, düzgün keçirilməsi üçün butün nervimizi korlamışıq… buna paxıllıq edirlər?! Gelməsinlər… mən istəmirəm bizim çəkdiyimiz əziyyəti kimsə çəksin. Amma “olmazsa – olmaz” deyirlərsə… gəlsinlər…
  • Biz forumun keçirilməsi üçün əziyyətlə qazandığımız pullarımızı qoyuruq… buna paxıllıq edirlər?! Gəlsinlər onlarda pul qoysunlar…
  • Biz 2 gündür yemək nədir… demək olar ki, bilmirik… stress iş şəraitində çalışırıq… buna paxıllıq edirlər?! Xahiş edirəm gəlsinlər… steresin nə olduğunu bilsinlər… amma çəkməsinlər…
  • Biz Azərbaycanda ilk praktik Marketinq təlimi etmişdik… ən münasib qiymətə… bəlkə hələ ordadılar?! Onda deyim ki, biz tezliklə artıq AİR 3 və AİR professional edirik… hazırlaşsınlar birlikdə edək.
  • Biz xarici eksperti Azərbaycana gətirmək üçün danışıqlar… (necə danışıq olduğunu Rafiq, Anar və NLP akademiyadan başqa heç bilmir) etmişik. Onlarda danışmaq istəyir?! Gəlsinlər…
  • Forumun təşkilatında çıxan 100-lə problemləri həll etmək istəyirlər?! Gəlib həll etsinlərdə nə mane olur?!

Məncə Sizdə əmin oldunuz ki, burada paxıllıq ediləcək bir şey yoxdur. Bəs Marketinq Forumunu kim bəyənməyə bilər?!

Ağılsız adamlar… yooox axı ağılsız marketoloq olmur ( ya olur?!). Çünki mən Milli Forumu bəyənməmək üçün başqa rasional səbəb görmürəm. Bəlkə özləri belə şeylər etmək istəyir?! Onda bəs niyə bu forumdan xoşları gəlmir?! Onlarda daha yaxşısını etsində… kim mane olur?!

Mən düşünürəm ki, bizim forumu milləti Azərbaycanlı və ağlı başında olan heç bir marketoloq sevməyə bilməz. Əlbətdə hamımız istəyirik ki, Marketinq Forumu daha yaxşı olsun. Arzu edirəm ki, bu forumdan sonra gələcəkdə daha yaxşı marketinq forumları olsun (olacaqda). Bunu biz təşkil edərik… və ya başqası edər. Əsas odur ki, nesə olsun.

Hələlik isə sabah günün çox maraqlı olacağını Sizlərin bir daha yadına salmaq istəyirəm.

Birdə dediklərimə aid nesə düşüncəniz varsa deyin… bəlkə mən nəyisə başa düşmürəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Ilkin müəllim, məncə bu həmişə olub. Yəni əməyi itirmək və dəyərləndirməmək insanın xislətində vardır əslində. Siz ölkədə çox azlarının diqqətini çəkdiyi işə əmək veririsiniz. )

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close