image_pdfimage_print

Mən hər zaman dostlarla söhbət etdikdə deyirəm ki, marketoloqun sektoru yoxdur. Başqa sözlə desək marketinqin baza prinsipləri sektorlardan asılı olmayaraq eynidir. Vacib deyil, Siz mebel sektorunda işləyirsiz və ya kosmik peyk vasitəsi ilə əldə edilən xidmət təklif edirsiz… marketinq müştərini başa düşmək qabiliyyətidir və marketinq tənqiddən qorxmalı deyil.

Əgər fikir versəniz bir çox şirkətlər marketinq departamentlərinə P&G, Mars, Unilever və s. şirkətlərdə işləyən adamlar gətirir. Bu təsadüfi deyil. Şirkət sahibləri dəqiq başa düşür ki, yaxşı marketoloq olmaq üçün müştərini başa düşən və marketinqin baza prinsiplərini bilən adamlar lazımdır. Belə kadrlar isə bir mənalı şəkildə rəqabətin güclü olduğu sektorlarda olur. FMCG, Telekom, Bank sektoru və s.

Bəs Sizcə nəyə görə dünyada ən güclü marketoloqlar məhz bu sektorlardan çıxır?!

Birincisi heç kimə sirr deyil ki, marketinq rəqabət mühitində daha lazımlı olur. Hansısa sektorda rəqabətin olması üçün isə mütləq müştəri güclü olmalıdır. Dada doğru desək, Porterin məhşur rəqabətin 5 gücləri sektorda özünü tam göstərməlidir. Bunun üçün azad bazar iqtisadiyyatı ilə yanaşı, həmçinin bazar şərtləri formalaşmalıdır.

İkincisi marketinqin güclü olması üçün məhsullar arasında rasional fərqlər az olmalıdır. Götürün GSM sektorunu. Biz hər bir mobil rabitə üçün pul ödəyirik, lakin bir başa olaraq Azercell və ya Bakcell arasında olan fərqi rasional yolla hiss edə bilmirik. Bu zaman marketinqə ehtiyyac dahada çoxalır. Marketinq emosional üstünlükləri rasional hala gətirməlidir.

Üçüncusu hesab edirəm ki, marketinq şirkət sahibinin baxışından çox asılıdır. Bugün bizim əməyə ehtiyyac müəyyən inkişaf səviyyəsinə gəlmiş bazarlarda daha çox hiss edilir. Əslində belədə olmalıdır. Marketinq – xərc tələb edən fəaliyyətdir. Düzdür bu xərcə hərdən investitsiya kimidə baxmaq olar, lakin sahibkara bunu başa salmaq “yumşaq” desək çətindir. Bu baxımdan yaxşı marketinq, intelektual CEO olan şirkətlərdə daha önə çıxır.

Mən hesab edirəm ki, lider olmaq istəyən şirkətlərin, Marketinq Direktor axtarışında heç bir şəkildə mənsub olduqları sektorda təcrübəsi olan marketoloqlar gətirməsi doğru deyil.   Marketoloq məhz marketoloq olmalıdır. Bunun üçün isə ona lazım olan şey sektorda təcrübə deyil, məhz müştəri yönümlü düşünmə qabiliyyətidir.

Yaxşı marketoloqların sektoru olmur.

Unutmatyın, Marketoloq yalnız peşə deyil, həmdə həyat tərzidir. Yaxşı marketoloqlara dərin hörmətlə!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close