image_pdfimage_print

Bəzən dostların çoxu bloqda mebeldən və mebel sektorundan az yazdığımı mənə deyirlər. Həqiqətəndə bugün bloqda olan 293 yazıdan yalnız 7-si mebel sektoruna aiddir. Bu dəfə mən sektorumuzun qlobal bəlası olan – brendinq fəaliyyətindən danışmaq istəyirəm. Beləliklə mebel sektorunda brendinq varmı?!

Bu “davalı” suala cavab verməzdən əvvəl demək istəyirəm ki, biz brendinq dedikdə insanların məhsul haqqında düşüncələri, rəyləri və ya qeyri-maddi məhsul anlayışını başa düşürük. Brendinq – müştəriyə verilən vəddir. Mebel sektorunda müştəri bu vədi seçə bilmir. Müştəri hansı vədi, hansı brendin verdiyini başa düşmür. Brendinq alış prosesinə digər sektorlardan qat-qat az təsir edir. Məsələn Siz hansı mebel brendini tanıyırsız?! Əlbətdə Embawoodan başqa?! İKEA cavab verməyin, çünki o haqda ətraflı danışacam. Beləliklə niyə mebel sektorunda brendinq zəifdir?

Birincisi mebel kollektiv şəkildə alınan məhsuldur. O şey ki, məsləhətli alınır burada emosional gərarlar minimuma enir. Düşünün ki, Siz mebel alırsınız. Bu zaman Siz nə qədərdə emosiya qatılsanızda, sonda gərarı tam rasional formada vermək istəyəcəksiniz. Axı söhbət böyük məbləğdən gedir. Bunun əksi olaraq GSM sektorunda məhsul demək olar ki, “havadır” və burada rasional müqayisə çətinləşir. Bu zaman qeyri-maddiyat əhəmiyyət qazanır. Brendinqin yeri görünür! Mebeldə isə hər şey daha konkretdir. Burada gərar uzun-uzadı düşünülür. Bu baxımdan brend bir başa olaraq alış prosesinə təsir etmir. (İKEA mebel brendi deyil)

İkincisi sektora girmək asand olduqda rəqabət daha çox qiymət amilinin üzərində gedir. Dünyada neçə avtomobil şirkəti var? Bəs mebel şirkəti? Təhcə Azərbaycan mebellə məşğul olan 2500 çox istehsalçı var. Siz birdə xarici mebeli düşünün… Belə olduğu zaman sektorda fərqlənmək çox çətin olur. Bazarda təmərküzləşmə güclü olmadığına görə şirkətlər qeyri-maddi aktivlərə: brendinqə və ArGe (R&D) investitsiya qoya bilmirlər. Sadəcə buna pulları çatmır. Satışlar çox saylı xırda-xırda şirkətlərin əlində birləşir. Buda güclü brendinqlə fərqlənmə şansını azaldır!

Üçüncusu mebel sektorunda məhsul rahat “kopyalana” bilir. Bilirsiniz ki, brendinq vizuallıqdan başlayır. Məsələn mağazada Snikers qablaşdırılması olması, brendin bir dəyəri qalarmı?! Təbii ki, yox. Qablaşdırma problemi mebeldə yox səviyyəsindədir. Hansınızsa evinizə aldığınız mebelin korobkasına baxmısınızmı?! Əlbətdə xeyr! Mebelin üzərində loqonun vurulması isə özünü bugünə qədər sektorda tam doğrultmur. Mebel məişət texnikalarından fərqli olaraq brend gücünü istifadədə göstərə bilmir. Səbəb yenədə yuxarıda dediyim ikinci misaldadır. Mebel istehsalçıları çoxdur və eyni şey rahat kopyalayır. Məhsulda digərlərindən fərqlənən nesə etmək mümkün deyil.

Bəs mebel brendləri necə yarana bilər?

İlk öncə biz qəbul etməliyik ki, aparılan çox saylı araşdırmalara görə sektorda brendinq alışın ilkin mərhələsində əhəmiyyətli olur. Başqa sözlə desək, müştərinin kateqoriya ilə tanışlığı başladığı anda – brendinq əhəmiyyətli olmur. Sizə mebel lazımdır? Cavabı – HƏ olduğu andan Siz mebeli hardan almaq istədiyinizi təyin etmək istəyirsiniz. Diqqət edin. Siz düşünmürsüz nə alacaqsınız, Siz düşünürsüz hardan alacaqsınız. Müştəri davranışları belə gedir:

  1. Mənə mebel lazımdır  – Brend helə yoxdur.
  2. Menə yataq mebeli lazımdır – Brend hələ yoxdur.
  3. Mən yataq dəstini hardan ala bilərəm (şərti yataq) – Brendinq meydana gəlir. Hardan… tanıdığı, etibar etdiyi yerdən. Brend vacibdir.
  4. Həmin yerə gedir. Mən nə alım?! – Brend yaddan çıxır. Başlanır dizayn, qiymət, keyfiyyət və s. rasional amillər.
  5. Mebel alınır. Usta gəlir – Brendinq yada düşür.
  6. Kiməsə mebel lazımdır. Tövsiyyə vermək lazım olduqda – Brendinq yada düşür.

Deməli mebel sektorunda brendinq məhz pərakəndə nöqtəsi funksiyasında olmalıdır. Müştəri nə alacağına rasional gərar versədə, hardan alacağı suallının cavabı – güclü brendinq fəaliyyətindən asılıdır. Əgər şərti Snikersin brendinqi qablaşdırmadan başlayırsa, mebel brendinin qablaşdırılması satış nöqtəsinin çöl və iç görüntüsüdür. Bunu əlbətdə dünyada ən yaxşı edən İKEA. Amma diqqət edin.

İKEA mebel brendidirmi?! Məncə YOX. İKEA mebel brendi kimi deyil, məhz pərakəndəçi brend kimi fəaliyyət aparır. Beləliklə biz bir daha əmin oluruq ki, mebel sektorunda məhsul brendi yoxdur. Mebel sektorunda brendinq satış nöqtəsində başlayır və müştərinin evində “montajçılar” bitir.

Beləliklə düşünməyə dəyər…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close