image_pdfimage_print

Bugün dostlarımızın sözün həqiqi mənasında fədakar əməyi nəticəsində Marketinq Forumunun bütün təşkilatı məsələləri həll edilmişdir. Artıq hətta bilətlərdə satışdadır. Bilətlərin alınma qaydaları və forum haqqında bəzi detallara keçməzdən əvvəl bloqumuz vasitəsi ilə, vacib bir məlumat vermək istəyirəm.

Forumda açıq satışda olan biletlərin sayı son dərəcə məhduddur. Əlbətdə biz ilk olaraq cəmi 150 yerlik bir salonda forum keçirmək istəyirdik. Lakin sonra bu sayın çox az olduğunu hiss etdik. Bugün biz Forumu 28 Cinemada etməklə əslində iştirakçı sayının daha çox olmasına nail olduq.

Buna baxmayaraq satışa cəmi 80 bilet çıxara bilirik. Buda o deməkdir ki, biletlərimizin sayı son dərəcə məhduddur. Hesab edirik ki, Marketinq sevənlər tezliklə biletləri 28 Cinema bilet kassasından ala biləcəklər. Artıq sabahdan biletlər kassada olacaq.

Həmçinin biletləri İB Club ofisindəndə əldə etmək olar.

Biletin qiymətini biz tam “şərti” təyin etmişik. Cəmi 30 manat!!! Səbəb çox sadədir – biz bilet satışından gələn pullara görə deyil, məhz Marketinqə dəstək olan dostlarımızın hesabına bu tədbiri həyata keçiririk. Əlbətdə sponsorlarımıza buradan bir daha “çox sağ olun” deməyə məcburam. Həqiqətəndə əgər onlar olmasaydı, birinci Milli Marketinq forumunu və ya kreativ dostlarımızın diliyə desək 3P Forumu keçirmək mümkün olmazdı. Mən sponsorlar haqqında ətraflı Forumdan sonra danışacam.

Sizində məlumatınız olduğu kimi, biz forumu 29-30 mayda həyata keçirəcəyik. Forumun birinci günündə biz 3 panel toplantı edəcəyik.

  1. Araşdırma. Burada biz Azərbaycan marketinq araşdırmaları barədə danışaceyik.
  2. Kommunikasiya. Burada biz milli marketinqdə reklam məsələsindən danışaceyik.
  3. İnternet. Bura isə Sizin bildiyiniz kimi daha çox yeni mediyalar və marketinqdə olan rəqəmsəl trendlərdən danışaceyik.

İkinci gün biz milli brendlərimizdən söhbət edəcəyik. Burada biz ölkədə çox tanınmış olan brendlərin hekayələri barədə bir-başa olaraq “ilk əldən” məlumatlar almağa çalışmalıyıq. Məncə son dərəcə maraqlı keyslərimiz var.

Bundan əlavə ikinci gün biz Türkiyyədə çox tanınmış ekspert olan Sinan Ergini dəvət edəcəyik. Sinan Ergin bizə marketoloqlar üçün şəxsi inkişafın sirlərini öyrədəcək. Hesab edirəm ki, ekspertimiz milli marketinqə öz mövcudluğu ilə xüsusi ab-hava qatacaq! Sizə Sinan bəyin leksiyalarının birindən bir fraqmentə baxmağa dəvət edim.

Əziz Marketinq sevərlər, Sizin qarşınızda söz verirəm ki, son dərəcə dəyərli və faydalı bir Forum keçirəcəyik. Bunun üçün artıq 10 gündür gecə-gündüz işləyən komanda var, bunun üçün Sizin bu forumda olmaq istəyiniz var. Mən sabahdan Bakıda 10 günə yaxın olmayacam. Amma inanıram ki, hər birinizi forumda görəcəm. Forumda görüşərik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Free Piano

    This definitely be the next preference. You are perfect, theme team. I Really enjoy the system, fonts along with the perfect subject. Thanks for a great valuable design. Great job! Popular Free Webmaster Keep up the ultra do the webjob!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close