image_pdfimage_print

Daha əvvəl Sizlərə dediyimiz kimi, foruma biletlər sürətlə satılmaq üzrədir. Artıq cəmi 27 boş yerimiz qalıb. Biletlərin belə tezliklə alınması tutduğumuz yolun düz olması barədə xəbər verir. Əzizlərim bu çox yaxşıdır. Deməli bizdə həqiqətəndə marketinqə maraq var.

Mən hal-hazırda Moskvada olsamda ürəyim tam olaraq forumun təşkilatı istiqamətində gedən işlərdədir. İstər foruma dəstək verən şirkətlər, istər iştirakçılar, istərsədə bizimlə çiyin-çiyinə tamamiylə təmannasız şəkildə çalışan dostlarımıza bir daha çox sağ ol demək istəyirəm.

Bu forumda biz dostlarımızı tanıdıq, bu forumda biz hələlik bizimlə dost olmayan amma tezliklə dost olacaqları tanıdıq, bu forumla bizimlə dünən “dost” olan, bugün öz arxasınca danışanları tanıdıq… və ən əsası biz əmin olduq ki, hər şey zəhmətin qarşısında acizdir! Nəysə… bu haqda forumdan sonra ətraflı danışacam.

Forumun biletləri ümumi olaraq iki satış kanalından paylanılırdı: 28 Cinema və İB Club. Bugün toplam olaraq bilet alışlarında vəziyyət yaxşı mənada kritikdir. Yer qıtlığı var.

Eyni zamanda Sizlərə məlumat vermək istəyirəm ki, biz həftənin birinci günü Azərbaycan Marketinq cəmiyyətində spikerlər və Rəhim müəllimlə birlikdə görüşümüz olacaq. Bu görüşdə spikerlər öz təqdimatları barədə bizə ətraflı məlumat verəcək, bir növ forumun diskusiyası aparılacaqdır. Sizə açıq deyim… spikerlərimiz son dərəcə ciddi hazırlıqlar içindədilər.

Aldığımız məlumatlara görə Sinan Ergin Azərbaycan marketoloqları qarşısında edəcəyi ilk çıxış üçün xüsusi bir təqdimat hazırlamaqdadır. 2 saatlıq təqdimatda ölkədə Marketinqin güclənməsi üçün Sinan bəy əlindən gələni edəcəkdir. Bizdə bu təqdimatın maksimum faydalı olması üçün lazımı addımları atırıq.

Mənim üçün çox maraqlı panellərdən olan milli brendlərimizin keysləri foruma tamamiylə frəqli aura qatacağı heç kimdə şübhə doğurmur. Sizə səmimi deyim, ürəkdən edilən heç bir iş hədər yerə getmir. Bu forumun təşkilatçıları həqiqətəndə ürəkdən çalışırlar! Marketinq AİR-ə başlayan uzun yolumuzun davam etdirmək çox xoşdur.

Butün dostlarımızı bir nəfər kimi, ilk Milli Marketinq Forumunda görmək xoşdur! Söz verirəm yaxşı olacaq!

ƏTRAFLI OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close