image_pdfimage_print

Bugün biznesmen olmaq istəyən gənc dostlarımızla çox maraqlı bir təlimimiz oldu. Əslində mən buna təlim deməzdim biz, ümumi olaraq yeni biznes yaratma yolları, marketinq və gələcəyə təsir edən trendlər barədə söhbətlər apardıq. Bu təlimdə diqqətimi çəkən bir məsələ oldu. Təlim başlanan zaman sual verdim: “Sizcə niyə biznes qurmaq lazımdır?!”

Mən bu sualla öz cavabımı verməzdən əvvəl bir neçə bu sualla geniş yayılmış cavablar barədə danışacam. Beləliklə başlayaq “şablon” cavablardan.

Amma bu cavablara keçməzdən deyim ki, mən təlimə düz 1,5 saat gecikdim. Səbəb çox sadə edi: birincisi – mən öz iş qrafikimi düzgün qura bilməmişdim, ikincisi şəhər çox probkalı edi. Əlbətdə görüşlərə gecikmək mənim ən sevmədiyim bir şeydir. Bu haqda mən Sizinlə növbəti yazılarda ətraflı danışacam. 

Şablon cavab № 1. Biznes açmaq sərbəstlikdir. Dostlar sərbəstlik axtaran adamın biznes açması çox kobud səhvdir. Öz iş təcrübəmdə bir neçə yeni biznes açan bir adam kimi, Sizə deyim ki, yeni biznes açdıqda nəyin ki, sərbəstlik insan öz biznesinin “məhbusuna” çevrilir. Siz açdığınız biznesin butün işlərini düzgün və lazımlı formada icra etməlisiniz. Bunun üçün ilk vaxtlar sözün həqiqi mənasında əsəbləriniz, pulunuz, vaxtınız olmayacaq! Biznes sərbəstlik sözü ilə antonimdir! Sərbəstlik axtaran adam getsin bir şirkətə işə düzəlsin… daha sərbəst olmaq istəyirsiz?! Onda müəllim olun.

Şablon cavab № 2. Biznes açan kimi pul yağacaq. Biznes açanda pulun yağdığına zəmanət verə bilməsəmdə, ilk olaraq pulun Sizin cibinizdən axmasına tam qarantiya verirəm. Əlbətdə istənilən insan fəaliyyəti bir maddiyata dayanır, eləcədə biznesdə.  Lakin əgər Siz qurduğunuz biznesdə hədəfiniz yalnız pul qazanmaqdırsa uğursuzluq ehtimalı çox böyükdür. İnsan yalnız sevdiyi və həzz aldığı işlərdə uğur qazanır. Pul heç vaxt uzunmüddətli motivasiya sistemi ola bilməz. Biznes açılışını tək pul qazanmağa bağlamaq kobud səhvdir.

Şablon cavab № 3. Biznes açdıqda işlər yungülləşir. Dostlar inanın mənə sahibkar öz işçisindən çox işləyir. Sahibkar biznesin butün həlqəsinə görə məsuliyyət daşıyır. Bu baxımdan düşünmək ki, sahibkar icraçı deyil və buna görə daha rahatdır… “yumşaq” desək düzgün deyil. Biznes açırsınızsa deməli, işdən qorxmalı deyilsiz.

Bəs əslində biznes niyə açılmalıdır?!

Mən hesab edirəm ki, biznesdə uğur qazanmaq üçün bu suallın cavabları aşağıdakılar olmalıdır:

  1. Siz bazarda fərqlilik yaratmaq istəyirsiniz. Bu məntiqlə açılan bizneslərin demək olar ki, hər biri uğurlu olur. Səbəb çox sadədir. Bugün bazar yenilik axtarır. Növbəti şadlıq sarayı, və ya növbəti mebel mağazası heç kimə lazım deyil. Yenilikçilik – sahibkarlığın əsas feyllərindəndir.
  2. Siz sevdiyiniz işi təkmilləşdirmək istəyirsiniz. Hansısa xobbinizin biznes tərəflərini açmaq və inkişaf etdirmək uğurlu olur. Belə işlərdə sahibkar ürəklə işləyir və layihəsinə inanır. Eyni zamanda işlə, əyləncənin kombinasiyası hər zaman effektiv olur. Mən hər zaman buna riayyət etməyə çalışıram.
  3. Siz faydalı bir iş qurmaq istəyirsiniz. Sohbət xeyriyyə cəmiyyətindən getmir. Sadəcə olaraq biznesdə mütləq bir əl aldığı zaman, digər əl verməlidir – obrazlı desək! Bu baxımdan gördüyünüz işlərdə digərlərinin işinə yarayan bir nöqtələr varsa, biznes uğurlu alınır.

Dostlar, bu yazdıqlarımın sonu olaraq demək istəyirəm ki, əgər Siz yalnız pul qazanmaq üçün biznes açırsınızsa… öz əməyinizə yazığınız gəlsin! Biznes qurmaq üçün gördüyünüz işə qarşı sevgi olmalıdır! Birdə unutmayın – Biznesmen ən layiqli və dəyərli peşədir.

DAHA ÇOX OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Razıyam. Xususən də uğursuzluğun başlıca səbəbinin məhz ən başda PUL QAZANMALİYAM kimi sozlərdən yapışmaq məsələsindən. Bu çox vaxt belə olur, BİZNES PUL GƏTİRMİR DEMƏLİ BAĞLAMALIYAM!
    Məncə bizim insanımız bizneslə bir fəaliyyət kimi məşğul olmur,sadəcə PUL GƏLSİN! məntiqi ilə çalışır. Ona görə də çoxumuz 10 il də çalışsaq ən yaxşı halda xırda alverçidən ötəyə gedə bilmirik.
    Çünki biliklənmirik, araşdırmırıq. Və mən ən sərsəm fikirin hər şeyi ancaq praktikada oyrənəcəyəm deyib yerində sayanlar olduğunu düşünürəm. Praktika çox şey ola bilər amma hər şey… Ədiblərdən birinin dediyi kimi. Elm- sərkərdə, praktika-əsgərlərdir.

    • Elbetde bilirsiz nezeriyye cox vacibdir. Esasende biznesde. Cunki biznes nezeriyye eslinde, ele praktikadan goturulur.
      Cox sag olus, diggetli oxudugunuz ucun.

  2. Çox sağolun. Tessüf ki biz çox az oxuyuruq. :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close