Monthly Archives May 2013

Mən son vaxtlar bir şeyin şahidi olmuşam: dünyada bizim biznesimizi, gündəlik işləri və təbii ki, həyatımızı rahatlaşdıran çox saylı funksialar var. Bu funksialar istifadəsiz qalmışdır. Siz təsəvvür edə bilirsinizmi, biz bəzi xırda funksiaları etməklə nə qədər rahat yaşaya bilərik?!

Beləliklə son bir həftədə bağlı olan bloqumuz bugündən etibarən tam aktiv və əvvəl ki, funksiyalardan daha yaxşı formada hazırdır. Artıq biz bloqumuzu WordPress son yenilənmiş versiyasından yazırıq. Bununla dəyərli oxucularımız bloqda olan sürətin artdığını hiss edəcəklər.

Təxminən bir həftə bundan əvvəl bloqda yeni bir “update” funksiyasını gördüm. Əslində belə şeylərə heç zaman fikir verməsəmdə… bu dəfə bloqu yeniləmək istədim və… bloq bugünə qədər işləmirdi. Yaxın dostumuz bloqun yaranmasında bir başa iştirak edən GoCreativ Reklam şirkətinin direktoru İslam müəllimə zəng etdim. Sağ olsun, operativ işə girişdi. Bugün bloqumuz artıq işləyir (hələ tam işləmir). Lakin bu məsələlərdən mən bir dərs aldım – Biznesdə butün dəyər yaradan elementlərin kopyası olmalıdır!

Çoxtandır bloqun dəyərli oxucularına biznes aləmində baş vermiş gülməli (gülməli olduğu qədərdə faydalı) hadisələr barədə danışmaq istəyirdim. Bugün “nastroeniyam” məhz belə əhvalatlar yazmağadır. Bugün biz İlk Milli Marketinq Forumunun keçirilməsində faydalı olacaq bir görüş keçirdik və bu görünüşün nəticələri məni çox sevindirdi. Əminəm ki, yüksək səviyyıli bir forumumuz olacaq. Nəysə… Beləlik biznesdə baş vermiş gülməli məhkəmə hadisələri:

Bugün biznesmen olmaq istəyən gənc dostlarımızla çox maraqlı bir təlimimiz oldu. Əslində mən buna təlim deməzdim biz, ümumi olaraq yeni biznes yaratma yolları, marketinq və gələcəyə təsir edən trendlər barədə söhbətlər apardıq. Bu təlimdə diqqətimi çəkən bir məsələ oldu. Təlim başlanan zaman sual verdim: “Sizcə niyə biznes qurmaq lazımdır?!”

Mən hər ay sektorumuzda olan yeni açılmış mağazalara gedirəm. Bir növ yeniliklərlə tanış oluram. Rəqib nə edir, necə edir və s. kimi suallara cavab tapmaqdan daha çox ümumi mağazalarda olan vəziyyət mənim üçün çox maraqlıdır. Ümumiyyətlə pərakəndə sektoru mənim ən sevdiyim sahələrdəndir. Hər dəfə belə vizitlər etdikcə bir şey məni məhus edir. Hərdən mağazalarda olan satıcılar (sektordan asılı olmayaraq) elə sözlər, elə hərəkətlər edirlər ki, adam butün həvəsdən düşür. Mən bu yazıda satıcılar tərəfindən buraxılan bəzi səhvləri Sizin yadınıza salacam.

12
Close