image_pdfimage_print

Mən hər ay sektorumuzda olan yeni açılmış mağazalara gedirəm. Bir növ yeniliklərlə tanış oluram. Rəqib nə edir, necə edir və s. kimi suallara cavab tapmaqdan daha çox ümumi mağazalarda olan vəziyyət mənim üçün çox maraqlıdır. Ümumiyyətlə pərakəndə sektoru mənim ən sevdiyim sahələrdəndir. Hər dəfə belə vizitlər etdikcə bir şey məni məhus edir. Hərdən mağazalarda olan satıcılar (sektordan asılı olmayaraq) elə sözlər, elə hərəkətlər edirlər ki, adam butün həvəsdən düşür. Mən bu yazıda satıcılar tərəfindən buraxılan bəzi səhvləri Sizin yadınıza salacam.

  1. Axır ki gəldin… Bugün bir mağazaya girmişdim ki, mağazada olan 3 satıcının hər üçü ayağa qalxdı. Ayağa qalxması bir yana, mənə elə gəldi ki, mən mağazaya girdiyim zaman gərək qapını döyərdim. Satıcılar özlərini elə apardılar ki, elə bil bu mağazaya bir ildir heç kim gəlmirdi. Yadıma “meşəyə insan gəlir” düşdü. Mən mağazaya girdiyimə peşman oldum. Təbii ki, utana-utana mağazadan çıxdım.))
  2. Bilmirəm nədir… amma yaxşı şeydir. Satıcı satdığı malı bilmirsə – bu faciyədir. Satıcı təklif etdiyi məhsul üzrə ekspert olmalıdır. Bu o demək deyil ki, satıcı özünü ekspert kimi göstərib müştəriyə “gülməlidir”. Sadəcə lazım olan yerlərdə mütləq öz məhsul biliyimizi göstərməliyik. Bu şərtdir. Məlumat az olduğu halda edilən təriflər son dərəcə “saxta” görünür və müştərimiz buna inanmır.
  3. Yanımda adam var, sonra danışarıq… Mağazalarda olduğum zaman cib telefonu məsələsi ciddi problemə çevrilib. Düşünün ki, satıcı müştəri ilə söhbət edir… və bu anda zəng gəlir. Satıcı telefonu götürür: “Ay qız danışa bilmirəm, yanımda adam var. 5 dəqiqəyə yığıram” deyir. Bu müştəridə qıcıq yaradır. Adam istəyir ki, tez-bazar mağazadan çıxsın. Camaatın (satıcının) danışığına mane olmaq düzgü deyil)). Ah dünya hara gedirsən?!
  4. İnternetdə baxarsız… Çox zaman mağazaya gələn real alıcıya satmaqdansa… satıcı: “Siz bizim məhsullarımıza internetdədə baxa bilərsiniz…” deyir. Mən başa düşmürəm əgər satıcı mağazaya gəlibsə. Offlaynda Sizinlə söhbət edirsə, bu söhbəti necə onlaynlaşdırmaq olar?! Mağazaya gələn müştəriyə satmaq lazımdır. Mağaza satış həyata keçirildiyi yerdir. Satıcının məqsədi isə Sizində bildiyiniz kimi: – Satmaqdır!
  5. Sən sus… mən bilirəm. Satıcı elə bil danışmaq istəyir. Düşünün ki, satıcıya bir sual verirsən və heç cürə susdurmaq mümkün olmur. Nəzəriyyəçi dostlarımızın dediyi kimi: “Yaxşı satış, düzgün dinləməkdən başlayır”. Həqiqətəndə müştərini məmnun etmək üçün onun nə istədiyini bilməlisiniz. Bunun üçün isə… Siz sadəcə müşahidə və dinləmək qabiliyyətimiz olmalıdır.

Belə səhvləri çox danışmaq olar. Lakin mən hələlik cəmi bu 5 məsələyə toxunmaq istəyirəm. Gələcək yazılarda bunun davamınıda gətirərəm. Sağlıq olsun!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

8 Comments

  1. real ve praktik numunelerdir. Hele siyahini the uzatmaq olar.

  2. Tam heyatin icinden yazib Muellim. Rafiq muellim demis hele siyahini uzatmaq olar.

  3. Teşekkürler yazıya göre.Muşteri memnuniyyeti esas meyar olmalı. Bu siyahini cox uzatmaq olar,en beyenmediyim yanaşma ise "neçe manatlıq bir şey axtarirdiniz?" terzinde suallardi.

    • Arzu xanim… duz deyirsiz. Amma derd budur ki, eslinde saticinin dediyi "nece manatlig isteyirsiz" sozu strate olaraq dogrudur)) Satici mushterinin isteklerini bilmek ucun sual vermelidir. Amma bele acig sekilde yox daha yungul formada…

  4. Teşekkür. Mence müşteri içeride olanda satıcı ümumiyyetle telefonla danışmasa yaxşıdır. Bu alıcıya satıcı terfenden ona diqqet edildiyini hiss etdirecekdir.

    • Elbetde eledir. Yadimdadir… Bir mehshur Alman brendinin Satish standartlari kitabinda saticinin telefonla danishmasi yumoristik formada tesvir edirlir ve magaza daxilinde telefonu unudun… mentigi ortaya goyulur.

  5. təşəkkür edirəm..məncə hər bir müşdəri ilə eyni davranmaq doğru deyil.satıcı müşdərinin yumşaq damarını tutmalıdı.

  6. esasda muwteriyle yumwag davraniw terzi yaratmag lazimdi.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close