image_pdfimage_print

Düşünün ki, Marketinq ölkədə elə səviyyəyə gələcək ki, marketoloqlar əl-ələ verib Forum keçirəcək. Bu forumda ölkədə özünü marketoloq hesab edənlər və sektorda olan yeniliklərə maraqlı olan dostlarımız iştirak edəcək – Xəyal deyil, gercəkdir?!

Düşünün ki, biz FMR TV forum haqqında veriliş edəcək. Bu verilişə qonaqlar çağıralacaq və mən bu videonu bugün Sizinlə paylaşacam. Xəyal deyil, gerçəkdir?!

Düşünün ki, Marketinq Forumunda qəbullarını düşmək “mümkünsüz” olan spikerlerimiz olacaq, bu adamlar öz marketinq sirlərini bizimlə bölüşəcək. Yalnız praktika deyil, həmçinin nəzəriyyə danışacaq – Xəyal deyil, gerçəkdir?!

Düşünün ki, Türkiyyədə şəxsi inkişaf dedikdə – ilk yada düşən adam – Sinan Ergin qonağımız olacaq. Bizə yaxşı marketoloq olmaqdan danışacaq. 2 saat master klass. Uğurlu satış, uğurlu pazarlama (oxu marketinq), uğurlu karyera və s. – Xəyal deyil, gerçəkdir?!

Düşünün ki, yox eee, səhv yazıram əmin olun ki, Marketinq haqda müzakirələri öz sektorunu yaxşı bilən, yaxşı nitqi olan moderatorlarımız olacaq. Bu dostlarımız elə edəcək ki, forumda əsl “facebook” sistemi olsun. Komment vermək istəyən, sual yağdıran, fikir bildirənlərə tam şərait yaradılacaq – Xəyal deyil, gerçəkdir?!

Düşünün ki, marketoloqlarla networkinq qurmaq üçün xüsusi xidmət olacaq. Forumda olan istənilən peşəkarla əlaqə qurmaq təşviq ediləcək. Bizim sektorda uğurun 60% əlaqəlırdir, forumda gözəl tanışlıq qurmaq şansı olacaq – Xəyal deyil – Gerçəkdir?!

Düşünün ki, 28 Cinema ən böyük və infrastruktur cəhətdən ən rahat zalı bizim olacaq. Burada istər texniki imkanlar, istər sırf rahatçılıq təmin ediləcək. 270 nəfər marketoloq bir zalda rahat oturub ən aktual mövzulara baxacaq – Xəyal deyil, gerçəkdir?!

Düşünün ki, bu tədbirin keçirilməsinə heç ağlımıza belə gəlməyən insanlar dəstək verəcək. Bunun nəticəsində biz çox bahalı tədbiri cəmi adam başına 30 manat simvolik bir haqq almaq keçirəcəyik. Xəyal deyil, gerçəkdir?!

Düşünün ki, biz 2 gün ərzində 4 kofe-breyk 2 nahar yeməyini təşkil edəcəyik. Biz iştirakçılara xüsusi hədiyyələr təqdim edəcəyik. Əslində dəyəri baha olan bir tədbir olacaq. Bu tədbir çox münasiq qiymətə olacaq. Xəyal deyil, gerçəkdir?!

Düşünün ki, bir çox Top yerli şirkətin aparıcı rəhbərliyi forumda iştirak edəcək. Bu adamlar belə forumu dəstəkləyib: “Biz Sizin üçün nə edə bilərik” deyəcək. Biz isə: “Çox sağ olun” deyəcəyik. Xəyal deyil, gerçəkdir?!

Düşünün ki, biz heç kimin inanmadığı bir tədbiri etməyə çalışırıq. Bu tədbirə hazırlıq… cəmi 20 gündəndə az bir vaxtda olur. Xəyal deyil – gerçəkdir?!

Bilirsiz dostlar… bu mövzunu çox uzatmaq olar… amma sözün açığı mən demək istədiklərimi Sizə çatdırdım. Həmdə bilirəm vaxtınız azdır. Əslində məndə gedim yatım. AMMA növbəti yazılarımda bu forumun görünməyən digər bir tərəfi “yekəxana” marketoloqlardan yazacam. Bilirsiz mən pisləri görmək istəmirəm… amma hərdən onlardanda yazım ki, yaxşıları tanıyaq.

Hələlik isə bugünlərdə forumun keçirilməsi üçün inanılmaz işlər görən butün dostlarımıza çox sağ ol deyirəm. Mən bu günlərdə ölkədən kənar olsamda – ürəyim Sizinlədir.

Xəyalları gerçək etmək – gözəldir!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close