image_pdfimage_print

Söhbət əlbətdə Bakıda açılan hansısa yeni xidmət və ya plastik əməliyyatlar edəcək klinikadan getməyəcək. Biz bu yazıda Sizinlə biznesdə, şəxsi işlərdə və ümumiyyətlə hər şeydə bizim üçün lazım olan vacib bir məsələ – digərlərinin əliylə hədəfə çatmaq yollarından söhbət edəcəyik.

Əziz oxucu, bugün dünyada vaxtın dəyəri gündən-günə dahada artır. Həyatda nəyəsə nail olmaq üçün mütləq vaxt lazımdır. Vaxtımızın olması üçün təbii ki, biz öz vaxtımızdan düzgün istifadə etməyi bacarmalıyıq, daha doğrusu ən vacib işləri görməliyik. Bəs digər işləri kim görəcək? Və ya biz ən vacib işləri görsək, bəs bir o qədər vacib olmayan işləri kimlər görəcək? Bax bu anda biz başa düşürük ki, həyatda uğur qazanmaq üçün 2 əl çatmır. Mütləq bizim əllərimizə “köməkçi” əllər lazımdır.

Əlaqə sözünün kökünün “əl” olması heçdə təsadufi deyil. İngilislər buna “networking” deyirlər. Bugün muasir dünyada uğur qazanmaq üçün ən vacib resurs məhz “ƏL”alaqələrdir, yəni digər əllər. Qədim atalar sözümüz var “Tək əldən səs çıxmaz” məhz bugün ki, biznes formul kimi görünür. Həqiqətəndə bugün biznesdə “tək” heç bir iş görmək mümkün deyil. Biz yalnız “şəriklikdən” danışmırıq. Əgər Sizin yaxşı əlaqələriniz olması, Siz heç cürə biznesinizi lazımı inkişaf səviyyəsinə qaldıra bilmətəcəksiniz. Bunun üçün sadəcə vaztınız çatmayacaq.

Bəs necə etsək əlimiz üzana bilər?! Necə etsək əlaqələrimiz çoxalar. Mən Sizə bir şad xəbər vermək istəyirəm. Əlaqələrinizi çoxaltmaq istəyirsinizsə bu çooox asanddır. Bunun üçün sadəcə yaxşı insan olmaq kifayətdir. Yaxşı əlaqələr qurmağın yeganə yolu: saf, mehriban və ən əsası xeyr əməllərdən keçir. Networking güclü olması üçün hər birimizdə 3 vacib xüsusiyyət olmalıdır. Bunlar hansılardır?

Birincisi yaxşı əlaqələr qurmağın yolu məhz yaxşılıq etməkdən keçir. Heç bir vaxt insanlara kömək etmək faydasız olmur. Lakin burada bir “tələ” var. Nəyəsə görə edilən yaxşılıqlar suni alınır. Çox yaxın tanıdığım və böyük hörmət etdiyim bir dostumuzla söhbət etdikdə mənə belə bir söz dedi: “İlkin yaxşılıq etmək azdır, əsas odur ki, yaxşılıq edib bu yaxşılıq barədə unudasan”. Mən o vaxtlar bu sözün mənasını başa düşmürdüm. Amma indi tam bilirəm. Əsil yaxşılıq təmənnasız və məqsədsiz olmalıdır. Bunu insanlar dəyərləndirir.

Məsləhət №1. Yaxşılıq etmək əlaqələrin genişləndirilməsi üçün birinci şərtdir. Yaxşılıq etməkdən qorxmayın, çalışın ətrafdakılara faydalı işlər görün. Siz hiss edəcəksiniz ki, Sizin ətrafınızda çoxlu yaxşı adamlar, əlaqələr olacaq.

İkincisi Siz bilirsinizki həyatda hər şey naziklikdən, insan isə qalınlıqdan sınır. Heç vaxt özünüzü yuxarı göstərməyin. “Qalınlıq” etməyin. Özünüzdən statusca kiçik olan şəxslərlə münasibət qurmaqdan çəkinməyin. Bu o demək deyil ki, onlarla bir “kruqa” girin – əsla. Sadəcə onlara daha yaxın olun. Unutmayın bugün hansısa ali məktəbdə olan tələbə sabahın naziri, millət vəkili və ya iş adamıdır. Mənə hər zaman işdə heç gözləmədiyim adamlar tərəfindən köməklikklər olub. Əgər bir vaxtlar mən onlara qarşı “yekəxana” olsaydım, əminəm mən onların xatirində yumşaq desək pis qalardım və s. Uşaqla – uşaq, böyüklə – böyük olmaq uğurlu əlaqələr qurmağın ən vacib şərtlərindəndir.

Məsləhət №2.  Yekəxanalıq etmək Sizə qarşı münasibətləri mənfi tərəfə dəyişəcək. Çalışın heç vaxt özünüzü yüxarı tutmayın. Gənclərlə, işsiz adamlarla əlaqədə olmaqdan çəkinməyin. Onlara yaxşılıq edin. Bu Sizin üçün böyük investitsiya olacaq.

Üçüncüsu necə ki, işlənməyin əşya tez paslanır, eləcədə əlaqələr belədir. Çalışın münasibətləri daim aktual, daim aktiv saxlayın. Təklikdə yemək yemək xasiyyətinizi unudun. Daim əlaqədə olduğunuz adamlarla görüşün, münasibətləri pozmayın. Öz əlaqələrinizdən daim istifadə edin. Xeyri mütləq öz ətrafınıza verin. Məsələn, əgər Sizə mebel lazımdırsa və mebel şirkətində çalışan dostunuz varsa mütləq mebeli ondan alın (satışlar düşüb deyə yazıram – ZARAFAT). Çalışın işlərinizi yalnız tanıdığınız adamlarla edin. Təkrar edirəm özünüzü unutdurmaq olmazzz!!!

Məsləhət №3. Yeməyi tək yeməyin. Bu sözün altında yatan fikri başa düşdüyünüzdən əminəm. Yalnız tanıdığınız adamlarla iş qurun, yalnız bildiyiniz restoranlara gedin və s. Ətrafınızla daim aktiv təməsda olun. Onlardan kömək istəməyi unutmayın.

Əziz oxucu, muasir dövrdə dostlarsız, əlaqələrsiz iş qurmaq düzgün deyil. Nəyin ki, düzgün deyil, heç mümkündə deyil. Sizdən xahişim indidən əlaqələrinizi genişləndirməyə çalışın. Tezliklə faydasını hiss edəcəksiniz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Əlbətdə!,ümumiyyətlə məncə insanlararası münasibətləri gözləməyən bir kimsə həyatda nəyəsə nail ola bilməz. Yazı üçün çox sağolun.

    • Insanlardan musbet menada istifade etmek lazimdir. Amma elbetde bu garshiligli olmalidir. Her shey yaxsilig etmekden bashlayir, mence…

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close