image_pdfimage_print

Mən Qubada təqdimat etdiyim zaman muasir biznesin əsas hərəkət parametrlərindən danışacam. Bloq oxucuları əsas tezisləri deyim.

Birincisi mən düşünürəm ki, biznesi kişilər idarə etsələrdə… bizi idarəedən qadınlardır. Dolayısı ilə biznes qadınların əlindədir.

İkincisi son vaxtlar insanlar aqressiyaya daha meyllidirlər. Bu özünün sonuncu reklamlarda, sonuncu kino filmlərdə… bir sözlə biz “dildə” dinclik istəsəkdə… ürəyimizdən aqressiya keçir. Aqressiv brendlər daha çox rəğbət görürlər.

Üçüncüsü tezliklə gələcək Google vasitəsi ilə axtarılacaq. Bu proqnozlaşdırma məntiqini daha üst səviyyəyə qaldıracaq. Dünya idarə edən şirkətlər bu idarəetməni gücləndirmək əllərindən gələni edirlər.

Dördüncüsu butün dünyaya əyləncə, flirt axtarır. Gündən-günə ciddilik “muzey” eksponatına çevrilir. İnsanlar hər yerdə əyləncə axtarır və əylənmək istəyirlər.

Beşincisi…

Altıncısı…

Yeddincisi… haqda danışmıram tədbirdə ətraflı söhbət aparacam bu haqda.

Səkkizincisi satış nöqtəsi özünü bizim cibimizə salacaq. Artıq mağazaya getmək və ya mağaza sahibinin mağazasına adam salmaq deyə bir problemi olmayacaq. Əsas müştərinin cib telefonuna girmək olacaq.

Doqquzuncu autsorsinq prosesi ən üst səviyyə qalxacaq. Bunu yaxşı edən şirkətlər, insanlar tezliklə lider, edə bilməyənlər liderin əlinin altında işləyəcək.

Onuncu… Sizə səmimi deyim bu son dərəcə gizli bir trenddir. İcazə versəniz bunuda sabah ətraflı izah edərdim.

Neysə gedim yatım, sabaha gədər…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close