image_pdfimage_print

Brendinq fəaliyyətinin ən rahat metofora ediləcək obyekti insandır. Hər bir mərhələsi ilə brendlər insalara bənzəyir. Yaranması prosesində başlayaraq, yaşamasına qədər. Fəaliyyət göstərmısindən başlayaraq, yox olmasına qədər. Sizə bir neçə nümunə verim. Razılaşacaqsınız.

Misal 1 – Fərqlənmək. Hər bir insan həyatda özünə yol tapmaq üçün digərlərindən mütləq fərqlənməlidir. Bunu biz istər oxuduğumuz kitablarla, istər işlədiyimiz yerdə göstərdiyimiz nəticələrlə, istərsədə ailədə münasibətlərin idarə edilməsi ilə, bir sozlə insan seçilməlidir. Eləcədə brendlərdədə bu belədir. Brendinq fəaliyyəti az qala fərqlənmə sözünün sinonimidir.

Misal 2 – Emosiya. Hissiyatı olmayan insan heç vaxt uğur qazana bilmir. Quru adamlardan heç kimin xoşu gəlmir. Mən əminəm ki, Sizdə “quru” insan görəndə ondan uzaqlaşmaq üçün yollar düşünürsüz. Eləcədə brendlər belədir. Biz brendlərdə emosiya, hisslər, ürək axtarırıq. Yalnız yaxşı məhsul, yalnız çox keyfiyyətli olmaq artıq azdır. Bizə həyatda bizim adamlar lazım olduğu kimi, həmdə “bizim” brendlər lazımdır.

Misal 3 – “Qəbirdə” olmaq. Bəzən bizim ətrafımızda çox yaxşı tanıdığımız adamlar olur. Biz onları çooooxtan tanıyırıq, lakin bu adamlarla heç bir münasibətdə olmaq istəmirik. Bu adamlar bizim xatirimizdə olsalarda, fiziki olaraq yoxdurlar. Bir növ bizim üçün maraqsızdılar. Hər birinizin ətrafında elə bir adam var. Brendlərdədə bu belədir. Dünyada çox saylı diri olaraq “qəbirdə” olan brendlər var. Bu brendlər əslində fəaliyyət göstərsədə, bizim üçün yoxdular.

Misal 4 – Obraza malikdirlər. Biz hətta simasını görmədiyimiz insan haqqında yaratdığımız, əmin olduğumuz bir obrazımız olur. Məsələn Sizin yanınızda kiminsə haqqında danışsalar, Siz özünüzdə hiss etmədən şuur altı olaraq bir obraz formalaşdırırsınız. Eləcədə brendlər elədir. Biz onların simalarını görməsəkdə, onlar insan olaraq təsəvvür edirik. Məsələn BMW, məsələn Mersedes – Benz, məsələn iPhone və s.

Misal 5 – Hədəf. Bizim mütləq qaydada özümüzə məxsus hədəfimiz, gələcək planlarımız, getdiyimiz yol olmalıdır. Hər bir insanın buna ehtiyyacı var. Hara gedəcəyini bilməyən insan, çatdığı yerdən asılı olmayaraq “Mən bura gəlmək istəmirdim…” deyəcək. Brendlərdədə bu eynidir. Brendin mütləq hədəfi və ana konsepsiyası olmalıdır. Strategiyasız brend tezliklə məhv ola bilər. İnsanlar kimi. Məqsəd insan ola bilərmi?!

Misal 6 – Qurban vermək. Biz güclü olmaq üçün mütləq nəyisə qurban verməliyik. Qurban vermək, həmdə nələrdənsə imtina etmək, kiminsə xoşuna gəlməmək deməkdir. Biz “100 dollar” deyilik ki, hamının bizdən xoşu gəlsin. Brendinq fəaliyyətindədə belədir. Güclü brend olmaq üçün hamının deyil, məhz bizə lazım olan təbəgənin xoşuna gəlmək lazımdır. Güclü brend – qurban vermə bacarığıdır.

Misal 7- Sadəlik. Necə ki, insan sadə olduqda daha tez qəbul edilir, eləcədə brendlər daha sadə, daha lakonik olmalıdırlar. Muasir dünyada informasiya çoxluğu, həm insanları, həmdə brendləri maksimum sadə və lakonik danışmağa vadar edir. Məndə sadəcə bu sozlərlə kifayətlənim

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close