image_pdfimage_print

Bugün başıma maraqlı bir hadisə gəlib. Qismən mənə aid mağazaların birində müştəri ilə kiçik bir dioloqum oldu və başa düşdüm ki, satıcının “çox bilmişdiyi” biznesə necə zərbə vura bilər.

Əslində bizim yazdığımız şeyləri xarici pərakəndəçilər çoxtan bilir. Biz isə hələ tezə-tezə başa düşürük. Amma buna baxmayaraq məndə hərdən elə təsəvvür olur ki, bizim sahibkarlar hələdə satıcının nə qədər vacib olduğunu başa düşmürlər.

Deməli müştəri mənimlə danışır və deyir. “Qardaş mən bilirəm ki, bu mağazada mal əsl maldır. Ona görə Sizdən alıram. Birinci başqa mağazalarada getdim. Bir dükana girdim (rəqib dükana). Dedim filan şey (məhsulun kateqoriyasını, özüm demirəm) hara istehsalıdır? Qız mənə dedi ki, xammal isveç, hazırlanır Türkiyyədə. Dizaynda almaniyada… Dedim ay bala mən İsveçin bu malı istehsal etdiyini axı eşitməmişəəəm!” Bundan sonra müştəri çox düşünmədən çox böyük məbləğə təklif etdiyimiz məhsulu aldı və xoşbəxt şəkildə evinə getdi!!!

Sizdən nə gizlədim, eyni dioloqu mən yenədə bu mağazada başqa müştərimizin ağzından eşitmişəm. Sadə dillə desək başqa müştərimizdə hemin mağazada olub və eyni söhbət eşidib. Bu söhbət onun üçündə maraqsız olub… və oda bizdən gəlib alıb. Məni maraq götürdü. O “məhşur” satıcı ilə tanış olmaq istədim. Çox vaxt itirmədən bugün hemin mağazaya getdiiim.

Mağaza girişində məni bir xanım, bir nəfərdə cavan oğlan qarşıladı. Hər şey son dərəcə yaxşı görünürdü. Cavan oğlan salamladıqdan sonra bir mağazada yox oldu, satıcı xanım astaca məni müşahidə edirdi (mağaza lüks məhsullar satır). Bir məhsulun qarşısında durdum və istər-istəməz bir sual verdim və… başladı. Xanım (çox incə və gözəl görünüşlü xanım edi bu arada onuda deyim…) təşəbbüsü alaraq mağazadan çıxana qədər susmadı. Nə başınızı ağrıdım məhsulun texniki xarakterindən başladı… dizayn məntiqindən danışdı, keyfiyyətdən danışdı və gəldi istehsal edildiyi ölkə mənşəyinə… bu anda xanım yuxarıda dediyim söhbəti başladı. Həqiqətəndə danışdıqca səhvləri ortaya çıxırdı. Satıcı-xanım sadəcə “çox bilmişlik” xəstəliyinə tutulmuşdu. Səhv məlumatlar verirdi.

Bəzən satıcıların çox dərin məlumat verməsi satışa mənfi təsir göstərə bilər. Mən bir dəfə personalın necə “gül kimi” brendi məhv etdiyindən danışmışdım Sizə. Bizim danışdığımız halda olduğu kimi. Heç vaxt satıcı məhsulun dərin və mənbəyi az məlum olan informasiyaları verməli deyil. Əlbətdə burada söhbət B2B satışlardan getmir. Hansısa istehlak məhsulunun satışında satıcının buraxdığı xırdaca “quş” müştərini tamamiylə səhv istiqamətə apara bilər. Bu baxımdan satıcıların dediyi hər bir sözü defələrlə təhlil etmək lazımdır.

Satıcılardan söhbət açılmışkən… bugün bir işıq almaq üçün girdiyim salonda satıcı xanım mənə gözlənilmədən “Ərik yeyirsən” (Sən aaa Siz yox…) dedi. İnanın ki, o təklifdən sonra həmin mağazanın sahibinə səmimi olaraq “yazığım” gəldi. Əməlli başlı ev üçün gözəl lüst seçəçəkdim… “ərik” söhbətinə görə məcbur olub başqa yerdən aldım… neysə bu başqa söhbətdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. ::))))))) gülməyim gəldi. Çox gözəl yazmısız, Əllərinizə sağlıq! Bunlar hər gün mağazalarda rastlaşdığımız hallardı,acı reallıq…

    • Seadet xanim gulduyunuze cox sevindim. Eslinde bir cox sheyler bir gulushle hell edilir. Hetta saticilarin davranishlarida))
      Blogu oxudugunuz ucun sag olus.

      • Eksine, men size tewekkur edirem ki yazilarinizla mene inanilmaz stimul verirsiz. Bilmirem bu haqda sizin meqalelerinizin hansindasa yazmiwam ya yox, ama heqiqeten size derin tewekkurlerimi bildirirem. Sizin elmden, dunyagoruwden, vaxtin deyerinden behs eden yazilariniz qeder mene motivasiya veren belke de 2ci bir yazi olmayib. Men elmde hesedi cox sevirem, ama 1 meqsedle ki qabaga gedeni geri cekmeyesen, ozun qabaga gedesen ve bawqalarina da destek olasan. Sirf bu xasiyyetime gore sizin yazilariniz mene sozun esl menasinda motivasiya verib, xususen de sehv etmiremse Rusiya seferinizde 3 gune 4 kitab oxuyub bitirmeyiniz, fbden istifadeni azaltmaq haqda meslehetiniz, ktbxana severliyiniz ve s ve ilaxir )))) size belke de qeribe gele biler bunlari sadalamagim, amma men harda, kimde musbet 1 wey goruremse onu ozumde tetbiq etmeye caliwiram. Blog fealiyyetinizde ugurlar, yazan elleriniz var olsun, bele de davam edin. Emin olun ki, menimle hemfikir olan 10-larla oxucunuz var.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close