image_pdfimage_print

Bu yaxınlarda maraqlı bir kitab oxuyuram. Kitab ümumi olaraq biznes etikasından ibarətdir. Bir fikirlə qarşılaşdım. Menecerin maşını nə olmalıdır?!

Əslində ilk baxışdan cavabı çox sadədir – Baxır menecer nə qədər qazanır… və s. Lakin əslində məndə hesab edirəm ki, istənilən alış insan aylıq (illik) gəlirinin bir hissəsindən çox ola bilməz. Məsələn əgər menecerin illik gəliri 30 000 manatdırsa, onun durub 40 000 maşın alması doğru deyil. Və ya əksinə əgər illik qazanc 100 000-sə Hyuindai sürməyin nə mənası?!

Qol saatı məsələsi. Saat şirkətlərinin apardığı “sistematik” PR  fəaliyyəti əsasında belə bir deyim formalaşmışdır ki, qolunuzda olan saat Sizin aylıq gəlirinizin ən azı 80% olmalıdır!   Çox bahadır… mən saat taxmağı çox sevirəm. Amma bu sırf sevgidir…)) artıq heçnə.

Cib telefonu. Bu haqda heç bir kitabdan və ya hardansa oxumamışam. Amma düşünürəm ki, bu vacib biznes aksessuarlardan biridir. Mən hamıya i-phone işlətməyi tövsiyyə edirəm)) – Amma bu yalnız tövsiyyədir. Özünüz düşünün məncə telefon aylıq gəlirin 25-30% çox olmalı deyil…

Geyimlər məsələsi. İlk əvvəl menecer səliqəli və bahalı geyinməlidir. Mən bununla tam razıyam. Amma bu baxmayaraq geyimə xərclənən pulun çox olması heçdə menecerin səviyyəsindən xəbər vermir. Mən Louis Vuittondan sumka götürmək və danışarkən saqqız çeynəməyi xanımlara, Mersedes – E – Class sürən oğlanın aşırı dərəcədə parfum vurmasını heç cürə qəbul edə bilmirəm. Məncə Sizdə mənimlə razılaşırsınız.

Buna baxmayaraq bugün bizim cəmiyyətdə mən tez-tez disproporsiyaların şahidi oluram. Bilmirəm kredit almaq asanddır, bilmirəm bizim özümüzün qanımızda bir-az… amma mən səviyyədə bəzən ciddi disprporsiyalar görürəm. Gəliri çox yuxarı olan adamın, ucuz bir şeylər geyinməsi və ya maaş az olsada bahalı telefondan istifadə…

Əlbətdə istər geyim, istər davranış, istərsədə sürdüyümüz maşın bizim haqqımızda çox şeyi deyir. Bu danılmazdır, lakin olmadığımız kimi görünmək, insanda şəxsiyyətin itməsinə gətirib çıxara bilər. Bu çox pis haldır. Mən hesab edirəm ki, hər şeydə olduğu kimi, insan həyatının hər bir mərhələsində mütləq balans, proporsiya olmalıdır. Sizin imkanınız varsa Siz Mersedes sürməlisiz. İmkan yoxdursa Mersedes sürməyə dəyməz. Eləcədə saat, telefon və ya geyim. Hətta yayda gedəcəyiniz istirahət belə proporsiyaya uyğun olmalıdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Amma bizdə evini satar alar bahalı telefonu :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close