image_pdfimage_print

Əgər Siz gördüyünüz işlərdən həzz almırsınızsa…

Əgər Siz nesə etdiyiniz zaman sevinmirsinizsə…

Əgər Siz etdikləriniz barədə ətrafdakılara “car” yaymırsınızsa…

Əgər Siz etdiklərinizə görə az qazandığınızı hiss edirsinizsə…

Əgər Siz “filankəslər, filan şeyləri edir” mən burda yatıram deyirsinizə…

Əgər Siz işdə ürəyiniz darıxırsa və iş vaxtın bitməsini gözləyirsinizsə…

Əgər gördüyünüz biznes Sizi əsir alıbsa…

Əgər Siz işi deyil, iş Sizi tutursa… demıli Sizin işlərdə

PROBLEM VAAAAR….

Heç bir problem özü-özlüyündən yaranmır. Ola bilsin ki, sözü gedən işdə monotonluq hiss edilir və ya artıq eyni şeyi, eyni nəticələrlə etməkdən yorulmusuz. Buna elmi dildə motivasiyanın düşməsi deyirlər. Məsələ burasındadır ki, əgər təcili dəyişikliklər olmasa, hər gün daha çox demotivasiya ilə nəticələnir. Biznesdə heç bir şəkildə bugünlə yaşamaq olmaz. Əlbətdə bu çox pisdir. Bu problemin həlli yolu necədir?

Bu problemin həlli üçün isə təbii, ki biz həyata, biznesə olan baxışlarımızı deyişməliyik. Dəyişiklik 3 cürə ola bilər.

  1. Siz iş yerinizi dəyişirsiz və (və ya) köhnə biznesi kəməsə verib yeni iş qurursuz
  2. Siz mövcud işlərdə yeni, fərqlilik tapırsınız. Bu fərqlilik Sizdə işə həvəs yaradır.
  3. Siz tamamiylə yeni və fərqli bir işlə məşğul olursunuz.

Hər 3 varinat real praktikada istifadə edilə biləcək üsullardandır. Əsas odur ki, biz öz gələcəyimizi öz əməllərimizlə gətirməliyik. Bunların hər birini birləşdirən və uğurlu olmasına təminat verən əsas məsələ isə birdir. Həyacansız heç bir işdə uğur qazanmaq olmaz. Həyacan isə fərqlilik və işdən maksimum həzz almaqla nail olunur. Yaxşı menecer yalnız, ətrafındakıları deyil, ən başda özünü motivasiya etməlidir.

İnsan sevdiyi işi görməsi ilə yanaşı, bu işdən daim yeniliklər axtarmalıdır. Yeniliyin olmaması problemlərin yaranmasının birinci səbəbi olur. Hər addımda yenilik etmək şərtdir.

Biznesdə həyacan lazımdır. Mən ətrafımda olan güclü biznesmenlərin hər birində eyni olan bir şeyi müşahidə edirəm. Bu insanların hər birində – həyacan var. Məhz bu kriteriya daha çox işləməyə, risk etməyə, işdən-iş çıxarmağa imkan verir.

Hər birinizə həyacanlı bizneslər arzusu ilə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close