image_pdfimage_print

Bugün Embawood-un Masallı fabrikinə getmişdim. Fabrikin post-sovet ölkələrinin ən böyük mebel kompleksi, innovativ avandanlıqlar, yüksək səviyyəli kadrları və s. məsələlərlə paralel Masallı Fabriki Azərbaycan ən böyük şirkətlərinindən olan Embawood ilk yaranma nöqtəsidir. Məhz bu şəhərdə, məhz bu fabrikdə şirkət 6 nəfər işçi ilə fəaliyyət başlamış və bugün dünyanın 10-an çox ölkəsinə Azərbaycan mebeli ixrac edir.

Yalnız mebelmi? Əlbətdə yox, bugün Embawood öz məhsulları ilə yalnız mebel deyil, Azərbaycan mədəniyyətinə, Azərbaycan biznes məntiqini dünyaya tanıdır. Belə şirkətdə çalışmaq həqiqətəndə həzz verir!!!

Mən Embawood şirkətinin nümunəsində bir neçə vacib məsələ barədə danışmaq istəyirəm. Bu şirkət həqiqətəndə bugün Azərbaycanın digər şirkətləri üçün numünədir.

İlk əvvəl qeyd etmək vacibdir Embawood real olaraq icranın biznesdə nə qədər vacib olduğunun bariz nümunəsidir. Şirkətin uğurunun arxasında sahibkarlardan başlayaraq, butün işçilərin əzmkər zəhməti dayanır. Şirkətdə özünə məxsus işləmə mədəniyyəti var. Burada çalışdıqda demək olar ki, yorulmaq olmur. Səbəbi çox sadədir işçilər sevdikləri işlə məşğul olurlar, çünki şirkət işçiyə gördüyü işi sevdirə bilib. İnanın mənə, bunu hansısa əmək haqqı və KPİ etmək olmaz. Bunun üçün ideoloqiya, bunun üçün embawoodçu olmaz lazımdır!

Bu şirkət timsalınında əmin olmaq olar ki, biznesdə uğur qazanmaq heçdə kitablarda yazılan qeyri-adi strateqiyalar və ya gəliz məntiqlərdə deyil. Ümumiyyətlə ideya biznesdə uğurun çox az bir hissəsidir. Əsas icradır. Ən mükəmməl ideya belə, bərbad icra ilə məhv ola bilər və əksinə. Bu baxımdan hər bir şirkətə ilk əvvəl yorulmaz və dəgig icraçılar lazımdır. Sizə səmimi deyim, bugün Azərbaycan biznesinin elə ən böyük problemidə budur. Hamı strateqiya yazmaq istəyir… icraya gəldikdə – boş!!!

Şirkət biznesdə xüsusi viziona sahibdir. Mən Azərbaycanda çox az sahibkar tanıyıram ki, Embawood sahibkarları qədər, biznesdə yeniliklərə açıq olsun. Əlbətdə bu şirkətdə xüsusi bir aura yaradır. Daim yeniliklər, daim təşəbbüslər. Şirkət sahibləri biznesdə tam sərbəst və strateji düşüncəyə üstünlüklər verirlər. Hər bir funksiyanı tam professional cəhətdən icra edilməsinə çalışırlar və s.

Mən çox istəyirəm ki, Embawood kimi vizionu açıq olan şirkətlərin sayı çox olsun, Azərbaycanda. Çünki məhz belə bizneslərin üzərində ölkə daha güclü, daha güvvətli olur. Həm Sizə səmimi deyim, bizim belə şirkətlərdən, belə sahibkarlardan öyrənəcək çox şeylərimiz var.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close