image_pdfimage_print

Dünən 28 Cinemada maraqlı bir kinoya baxdım – Kadrlar. Filmin gedişatı, 1,5 saat ərzində verdiyi həzz əlbətdə çox yaxşı edi, lakin mən Sizinlə bugün filmin əsas sujet xəttini təşkil edən Google şirkəti haqqında danışacam. Daha doğrusu söhbət bu şirkətin simasında kadrlara, HR brendinqə verilən dəyərdən gedəcək.

Kadrlarda hadisələrin cəriyan etmə ardıcıllığı təxminən belə gedir: 2 nəfər satış meneceri işdən çıxır, bundan sonra onların yeganə şansı olan Google şirkətinə stajirovkaya gedirlər. Bura tam təsadüf nəticəsində düşə bilirlər. Buna kimi “dostlarımız” internet, kompyuter işinə tam yad olan adamlar olurlar. Amma komanda ruhu, üstün zəka və həyat təcrübələrinə görə Google şirkətində arzuladıqları işə sahib olurlar. Təxmini belə…

Film butövlükdə Google şirkətinin HR brendinq strateqiyasının bir elementi kimi çıxış edir. Şirkətin işçilərə verdiyi dəyərlər, ana fəlsəfəsi, üstünlükləri gözəl bir komediya janrında olan filmdə izah edilir. Mən hər zaman hesab edirəm ki, güclü brend yaratmaq yolları, ilk olaraq şirkətin daxili mühitində bu brendə inamdan başlayır. Brend ilk olaraq şirkət işçiləri tərəfindən hazırlanmalıdır. Bu baxımdan film Google üçün çox boyük üstünlüklər yaradacaq.

Siz fikir vermisiz, işçi məmnuniyyəti yüksək olan şirkətlər bazar payı, mənfəət daha yüksək olur. Bu haqda Sizinlə söhbət etmişdik. Dünyanın mükəmməl şirkətlərinin siyahısına baxın.

Məsələyə digər bir baxış nöqtəsi əlbətdə ki, şirkətin ana ideyoloqiyasının olmasıdır. Film ərzində bir neçə dəfə “Googlçu – Гооглер”, “Googlamaq – гооглит”, “Googlanmız – гооглированный” kimi sözlər PR edildi. Ümumiyyətlə mən bir neçə dəfə böyük korporativ şirkətlərin ofisində bir məsələni müşahidə etmişəm. Vacib deyil bu Google və ya Siemens, BASF, P&G və s. bu şirkətlərdə özünə məxsus mədəniyyət olur. Bax bu bugün bizim yerli şirkətlərdə çatışmır. Bunu bizim HR eksperlər yaratmalıdır, bunun üzərində çalışmaq lazımdır.

Kinoya baxmağı hər birinizə tövsiyyə edirəm. Maraqlıdır. Ən çoxda istəyirəm bu filmə HR rəhbərlər baxsın. Əmin edirəm öyrəniləsi çox şey var.

Bu arada yadıma düşmüşkən deməyə borc bilirəm ki, Azərbaycandada xırda həcmli dövriyyəsi olan bu bənzər şirkətlər var. Əlbətdə belə HR strateqiya hazırlayan şirkətlərə – çox sağ deməkdən başqa heç bir sözümüz yoxdur.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close