image_pdfimage_print

Bugünlərdə bizim bloq özünü “Xaker” adlandıran adamlar tərəfindən “Məhv” edilməyə çalışılırdı. Mən hər işdə professionallığın sevirəm, eləcədə burda. “Ah kişi, da bunu edirsən, elə etki birdə açılmasındaaa-aaa!!! Sənində canın qurtarsın, mənimdə… Yoxsa oyuncaq kimi, xırda bir zərər vurub, getməyə deyməz kiii)))”. Zarafat edirəm. Bu xaker söhbətinə görə mən ilk dəfə bloq əhli qarşısında öz düşmənlərimi açıqlamaq istəyirəm. Başlayaq?!

İlk əvvəl deyim, ki hər birimizin düşmənləri olmalıdır. Hətta mən deyərdim ki, düşməni olmayan adamın həqiqi dostuda olmur. Mənim isə şükür yaradana – həm dostum, həm düşmənim var. Amma mənim düşmənlərim canlı deyil, onlar hisslər və özlərində bu hissləri daşıyan canlı olmaq istəyənlərdir.

Düşmən №1 – Vaxt. Vaxtın azlığı, qoyduqların hədəflərə yetişmək üçün qıtlığı, muasir dünyada mənim bir nömrəli düşmənimdir. Hərdən mənə elə gəlir ki, bu yalnız mənimlə baş verir. Bir gündə 3 vacib görüş olur və mən məcburən bu görüşlərdən birinə (ən azı) imtina etmiş oluram. İnşallah düşmənlərimin belə, düşməni vaxt olmaz.

Düşmən №2 – Yekəxanalıq. Məni tanıyanlar bilir, Sizdə bilim qarşımda istənilən formada təkəbbür, özündən razılıq və ya özünü üstün tutma halları görəndə bunu edən qarşısı hörmətim “sıfıra” enir. İnsan necə digərindən üstün olduğunu hiss etdirə bilər?! Bu son dərəcə səhv bir yanaşmadır. Mən çoxlu sayda özümdən qat-qat-qat bir daha qat üstün adamlar tanıyıram. Onlar söhbət etdikdə özlərini elə aparırlar, elə bil mənim tayımdılar. Amma bunun əksidə olur… İnşallah düşmənlərimin belə, yekəxana adamlarla münasibəti olmaz.

Düşmən №3 – “левый” işlər. Bizim bloqu oxuyanlar “özümüzünkülər” olduğundan bu düşmən barədədə deməliyəm. Hər birimizin yolunda “левый” işlər olur. Mən bunu açıqlamayacam. Sadəcə belə deyim, güclü menecer və ya güclü karyera qurmaq istəyən adamların hər birində ailə – iş – ətraf mühit arasında bir harmoniya, bir balans olmalıdır. Bu balansı pozan solaxay işlərdir. “Solaxay” olan hisslər, şəxslər, işlər… mənim düşmənimdir. Çalışıram bununla mübarizədən qalib çıxım. İnşallah düşmənlərimin belə, solaxay işlərə meylləri az olar.

Təbii ki, düşmənlərdən yazıramsa deməliyəm ki, kimlər mənim düşmənim deyil. Daha doğrusu “düşmən” kimi görünür, amma əslində düşmənim deyil.

  1. Mənim gördüyüm işlərə mane olmaq istəyənlər. Qətiyyən düşmən deyil. Onlar öz əməlləri ilə mane dahada motivə edilər. Sağ olsunlar!!!
  2. Mənim gördüyüm işləri daha yaxşı və ya pis edib məni zəif göstərmək istəyənlər. Qardaşdılar…)) Etsinlər. Nə qədər rəqabət çox olsa, bir o qədər mən daha çox işləyəcəm. Sağ olsunlar!!!
  3. Orda-burda dalımca danışanlar. Sağ olsunlar. Məni PR edirlər. Bizim sahə elə bir sektordu ki, burada heç bir şəkildə “qara PR” işləmir. Çünki bizim işlərin nəticəsini görmək hər zaman asanddır. Buna görə qoy danışıb məni tanıtsınlar, müsbət tanınmaq mənim işimdir. Sağ olsunlar!!!

Bir sözlə bizi güclü olmağa təşviq edən düşmənlərimizə və bizə bu gücü verən dostlarımıza eşq olsun!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Fövqaladə bir həzz aldım yazıdan :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close