image_pdfimage_print

Yay günlərində praktik bilgi və istirahəti bir arada etməkdən gözəl nə ola bilər?! Yaxın həftələrdə marketinq düşərgəsi adı altında görüşlər, yeni konsepsiyalı biznes event etməyə hazırlaşırıq.

Biz Azərbaycanda marketinq sahəsində yeniliklər edərək sektorun güclənməsinə təkan verdiyimizdən əminik. Bu əminliyi bizə Sizlər verirsiniz. Hesab edirik ki, sektorun inkişafı üçün “boş-boş danışmaqdansa” real işlər görmək lazımdır. Bu real işləri maksimum dərəcədə həyata keçirməyə çalışırıq, məsələn…

  • Məsələn, biz Marketinq AİR adı altında praktik marketinq seminarları həyata keçiririk. Bununla biz marketoloq olmaq üçün ən vacib 2 məsələni: praktik bilik və sektorda əlaqələri gücləndirməyə aşılayırıq. Artıq 150 nəfərə qədər iştirakçı AİR diplomuna layiq görülmüşdür.
  • Məsələn, biz gənclər üçün tamamiylə açıq girişli marketinq kitabxanası yaratdıq. Bu kitabxanaya kitablar aldıq və İB Clubun vasitəsi ədəbiyyatları gənc dostlarımıza təqdim etdik. Burada əsas fərqləndirici cəhət ondan ibarət ediki, bu kitabxana tamamiylə müstəqil bazada yarandı.
  • Məsələn biz, ölkədə ilk Marketinq televiziyasını yaratmışıq. Bununla ana dilində marketinq haqqında video-kontentlər yaratmaq, marketinq haqqında bilgini çoxaltmaq istəyirik. FMR TV yeni verilişlər hazırlayaraq, internet məkanına təqdim edir.
  • Məsələn biz, ölkədə ilk dəfə Milli Marketinq Forumu keçirdik. Bu forumda 150-ə qədər şirkətin 230 nəfərdən çox meneceri iştirak etdi. Foruma yalnız yerli spikerlər deyil, həmçinin xarici qonaqda dəvət etdik. Düşündüyümüzdəndə ciddi və faydalı bir forum oldu.

Daha sonra… daha sonra biz yay günlərində əyləncə ilə bilginin ortaq nöqtəsi kimi gördüyümüz marketoloqlar üçün “yay düşürgəsi” konsepsiyasında biznes tədbir etmək istəyirik. Yay dövrübdə hamının ağlından istirahət etmək, dincəlmək, şəhərdən uzaqlaşmaq keçir. Əminik ki, marketoloqlardada bu belədir. Bunları nəzərə alaraq… hər bir marketoloqu yay düşərgəsinə dəvət edirik!!!

Mən qısaca Sizlərə bu haqda məlumat verim. Yaxın günlərdə tarixlər və görüşün detalları məlum olacaq.

  1. Konsepsiya. Marketinq düşərgəsi özündə yeni biznes tədbir formatını daşıyır. Burada biz toplaşaraq həm birlikdə istirahət edəcəyik, həmdə marketinq aktual problemlərindən söhbət edəcəyik.
  2. Yer. Düşərgə Bakı kənarında səfalı turist yerlərinin birində olacaq. Biz orda bir gecə qalarıq, sabah geriyə dönməyi düşünürük.
  3. Auditoriya. Bir düşərgəyə yerli marketoloqlar, gənc sahibkarlar, marketinqlə maraqlanan və gələcək karyeralarını marketinq üzərində quracaq dostlarımızı dəvət edirik.
  4. Master klasslar. Tədbirdə marketinq mütəxəssislərindən master-klasslar olacaq.
  5. Təşkilatçılar. Tədbirin təşkilatçıları Marketinq Azərbaycan qrupu və Sizin Marketinq AİR olacaq!!!

Hesab edirəm ki, çox maraqlı və faydalı bir görüş həyata keçirəcəyik. Yaxın günlərdə konkret zaman və “düşərgənin” yeri barədə məlumat verəcəyik. Lakin əvvəlcədən deyim ki, bu dəfə yerlər çox məhdud olacaq. Çünki biz ora yalnız 2 avtobus vasitəsi ilə gedəcəyik. Avtobusunda yerləri məhduddur!!!

İnanıram ki, forumdan sonra kəmərlərinizi açmamısınız!!!

BONUS: Tədbir günü axşam mafiya oynayacağıq!!!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Uğurlar. Bəs bu necə olacaq ilkin bəy, biletlə?

    • Salam! Forum iyun ayinin sonu iyul ayinin evvelerinde ola biler. Ishtirak biletle olacaq, amma indiden deyim ki, yerler mehdud olacaq. Insallah Sizinlede goruserik,
      Ugurlar

  2. Məlumat üçün sağolun. Çalışacam mən də iştirak edim. Sizi görməyimə şad olardım )

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close