image_pdfimage_print

Çox zaman bizim gənc marketoloq olmaq istəyən dostlarımız və bəzi nəzəriyyəçilər “strategiya” sözünü çox sevirlər. Onlara elə gəlir ki, strategiya sözünü nə qədər çox işlətsələr… onların (dostlarımızın) işinin faydası bir o qədər yaxşı, yüksək görünəcək. Belə adamlara şirkətlərdə – strateji adam, stratejist deyirlər. Əziz oxucu Sizlərin qarşınızda tam məsuliyyətlə deyirəm kiiii…

STRATEQİYA İLƏ MƏŞĞUL OLAN İŞÇİLƏRİN FAYDASI YOXDUR…

Bunun səbəblərindən danışmazdan əvvəl Sizə gülməli və ibrət edici bir hekayə danışım. Strateji düşünənlər haqqında.

Bir gün sıcanlar yığışıb öz günləri ağlayırlar. Biri digərinə deyir ki, bizim həyatımız həyat deyil… pişiklər gündə birimizi yeyir. Biz nə etsək bu pişiklərdən canımızı gurtara bilərik?! Siçanların içərisində biri Harvarda MBA oxuyur. Təbii ki, “ağıllıları” kimi cavab verir. Biz strategiya qurmalıyıq (MBA oxuyub axı…). Bəs strategiyanı necə quraq? Harvard məzunu deyir ki, mənim bir qrup yoldaşım var. Onun işi strategiya qurmaqdır. Gəlin gedək onun yanına. O bizə hər şeyi deyər. Sıcanların baş bilənləri yığışıb gelir strategiya quran adamın yanına. Məsələni danışırlar. Stratejist deyir ki, bunun üçün Sizin yeganə strategiyanız pişiklər gələndə qaçmaqdır (adam dahidir))). Amma Siz mənim dostum olduğunuza görə mən Sizə bir taktiki məsləhətdə verim. Gedin pişiklərin boyunlarına zınqırov vurun. Onlar gələndə səs gəlsin, sizdə qaçın. Təklif sıçanların çooox xoşlarına gəlir. Stratejistə pul verib ayrılırlar. Evə dönəndə sıçanın biri soruçur ki, bəs bu zımğırovu kim salacaq pişiklərin boynuna?! Geri dönürlər. Stratejistdən bu sualı soruşduqda…, çox sərt şəkildə cavab alırlar. Mən strategiyanı deyirəm. Sizin məndən soruşduğunuz icra məsələsidir. Gedin icra edin. Mənim vaxtımı almayın. Zınğırovuda mən asası deyiləm ki?!…

Məsələ burasındadır ki, bugün stratejistlərin çoxu “Harvard məzunu” olan stratejist kimi düşünür (işləyir). Bugün stratejist adamlara çoxda inanmaq olmaz. Bilirsiz niyə?!

Birincisi muasir dünya dinimikliyin üzərində inkişaf edir. Artıq 60-80-cı illərdə olan “strategiya” sözünün böyüklüyü heç kim üçün maraqlı deyil. Biznesmenlər başa düşürlər ki, onların strateqlərinin yazdıqları şirkətə qonaqlar gələndə gururla göstəriləcək “qalın” kitabdan başqa bir şey deyil. Hansı ki, o kitabı heç kim oxumur. Əzizlərim məsələrə sadə baxın (gəlizlikdən bezmişəm), biznes pul qazanmaq üçün aparılan insan fəaliyyətidir. Biznes heç bir zaman “akademikləşə” bilməz. Belə olsa biznes tezliklə məhv olar. Bizim zamanda, zamandan qıt heç bir resurs yoxdur. Bu baxımdan uzun-uzun strateqiya hazırlamağa çəkilən vaxtı başqa, daha vacib işlərə sərf etmək lazımdır.

İkincisi əgər fikir vermisinizsə bu strategiya çox aludə olan adamlar sektordan başqa demək olar ki, hər şeylə maraqlanırlar. Stratejistlər hər zaman digər sektorlardan numünələr verməyi sevirlər. Bu təbiidir. Çünki strateqiya yaratmaq üçün iki yol var: birinci yol sektorun içində olmaz, butün problemləri başa düşmək və düzgün uğur formulunu seçmək, ikinci yol sektora fikir verməyib internetdən, kitablardan heç də düzgün olmayan məlumatları toplamaq və onların çalışdıqları şirkətə tətbig etmək. Problem burasındadır ki, birinci yol çox çətin olur və stratejistlərin 99% məhz ikinci yolu seçirlər. Buna görədə nəticələr “hava” olur. Buna görədə yuxarıda yazdığım kimi, qalın kitabları heç kim oxumur!!!

Üçüncusü bu adamlar özləri haqqında “yumşaq” desək yüksək fikrə sahib olurlar. Onlara elə gəlir ki, “alçaq dağları onlar, yüksək dağları Porter yaradıb!!!”. Mən əlbətdə Porterləri, Drukkerləri, Ansoffları çox oxumuşam. Amma oxuyub bir şeyi başa düşmüşəm ki, işləmək lazımdır. Biznes çevikliyi, zəhməti, real işi sevir.

Əlbətdə strateqiya biznesdə vacibdir, əlbətdə biz bilirik ki, gedəcəyin yeri bilməsən – hara çatsan deyəcəksən “mən bura gəlmək istəmirdim…”. Amma bu yalnız həqiqi strateqiya yaradan şirkətlərdə işləyir. Həqiqi strateqiya yaratmaq üçün, stratejist işinə həqiqi baxmalıdır. O mütləq sektoru bilməlidir, o mütləq hər bir işdə şirkətin daxili mühitini nəzərə almalıdır, o mütləq strategiyanın uyğulanmasını göstərməlidir.

Biz inanırıq ki, bizim ətrafımızda çox saylı o “1 faizli” stratejistlər olacaq. Onlar bizə hara getmək lazım olan yeri göstərəcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close