image_pdfimage_print

Bilirsiniz ki, biz yayda Milli Marketing Forumunun davamı olaraq “Marketing Dağa qalxır” kreativ konsepsiyası ilə əyləncəli-işgüzar görüş keçirəcəyik. Tədbirimizin Qubada son dərəcə rahat və gözəl təbiiyəti olan istirahət güşəsində olacaq. Görüşümüzün formatı barədə mən keçən dəfələrdə Sizinlə söhbət etmişdim. Bu yazıda mən Qubada iştirakçılarla bölüşəcəyim mövzusunun subtiterlərini vermək istəyirəm.

Hə bir daha xatırladım: Tədbir 29-30 iyun (altıncı və bazar günü) Qubanın Terras Otelində olacaq. 29 səhər Bakıdan avtobusla çıxış, 30 geriyə qayıdırıq. Milli Marketinq Forumundan düz bir ay sonra yanı.

Beləlik mənim mövzumun adı: “Biznesdə 10 qızıl trend” adı altında olacaq. Mən iş təcrübəmdə gördüyüm və doğruluğundan əmin olduğum 10 məsələ barədə danışacam. Əgər “Mənim Qızıl onluğumda” mən karyeraya haqqında danışırdımsa, bugün Marketinqdə müştəri beyninə təsir etmənin 10 prinsipindən danışacam. Maksimum maraqlı və faydalı olması üçün hazırlaşıram!!!

Məndən başqa daha 3 nəfər dostumuz: Anar, Rafiq və Sənan danışacaq.

Anar müəllim bizə Satışın biznes fəaliyyətində ən “şah” fəaliyyət olduğunu sübüt etməyə çalışacaq.

Rafiq bizə Kannda gördükləri son trendlər barədə məlumat verəcək. Əminəm super bir təqdimat olacaq.

Sənan qardaşda Azərbaycan bank sektorunda olan marketinq elementlərindən söhbət açacaq. Mən bankda işləməyi çox istəyirəm. Maraqla öyrənəcəm.

Sözün açığı çıxışlar yaxşıdır, faydalıdır bu öz yerində amma mən əsasən ora başqa şey üçün gedirəm… Bizim bloqun oxucuları, bizim dostlarımızdı. Ona görə bu sirri Sizə açım. Mənim Qubaya aparan əsas stimul 2 vacib məsələdir: birincisi mən Qubada Bakıda tapa bilmədiyim sakitçiliyə ümid edirəm, ikincisi… mafiya oyununa. Mən bu oyunu çox sevirəm və inanıram ki, marketoloqlarla mafiyanın bir ayrı ləzzəti var.

Hamınızı dəvət edirəm!!! Əlbətdə təəsüf ki, yerlərimiz məhduddur. Amma buna baxmayaraq, yerimiz darısqal olsada ürəyimiz genişdir.

Hamınızı Qubada görmək ümidiylə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close