image_pdfimage_print

Bu yaxınlar İstanbulda olduğum tədbirlərin birində R. Erdoğanın çıxışına canlı şəkildə “şahidi” oldum. Suuuper… belə gözəl inandırma qabiliyyəti, belə səlist nitq, belə düzgün nəfəslə oynamaq… bir sözlə mükəmməl. Mən bugün Sizinlə bu mükəmməliyin arxasında duran “əlçatmaz” sadəlik barədə söhbət edəcəm. Necə olur ki, Erdoğan belə gözəl natiqlik qabiliyyətinə malik olaraq, publikanı inandıra bilir?!

Konkret misallar verəcəyik, lakin xahiş edirəm bu çıxışa Sizdə baxın – bir dildə danışa bilək!

Mən Erdoğanın çıxış texniklərini bir-bir sadalamamışdım əvvəl Sizə yazının sonunda çatdıracağım mesajı xatırladım: “Natiqlik, heçdə anadan gəlmə və ya irsi bir şey deyil. Yaxşı danışmaq üçün, inandırmağı bacarmaq üçün mütləq və mütləq təcrübə və hazırlıq lazımdır”.

Bu məsələləri biz Erdoğanın çıxışlarında aydın şəkildə hiss edirik. Biz görürük ki, çıxışın (təqdimatın) getmı alqoritmi klassik inandırma prinsiplərinə tam uyğundur. R. Erdoğan butün çıxışlarında aşağıdakı prinsiplərə riayyət edir:

Ehtiraslı salamlama. Erdoğan müəllim butün çıxışlarının əvvəlində son dərəcə ehtiraslı  “salamlama” niqti eləyir. Fikir versəniz görəcəksiniz ki, bu klassik “buz ətirmə” məntiqinə bənzəyir. Auditoriya ilə özü arasında sərhədlərin pozulması üçün natiq sözün həqiqi mənasında “klass” göstərir. Deyilən butün sözlər konkret auditoriyanı yüksəyə qaldırır. Oxuyanlar bilir ki, sendveç metodu çox vacibdir.

Auditoriyanı tərifləmə. Erdoğan salamlaşma bitdikdən sonra, hiss edilmədən auditoriyaya kompliment yağdırmağa başlayır. Ay Siz böyük adamsız, ay Sizi verənə şükür və s. Bu təsadüfi deyil. Natiqin danışıq prinsipləri saat kimi dəqiq işləyir. Məntiq eynidir. Salamlamadan sonra mütləq kütləni idarəetmək lazımdır. Bunün üçün ən ideal yol təriflər yağdırmaqdır.

Özünü yaxın göstərmə. Bu Erdoğanın çıxış məntiqinin demək olar ki, görünməz lakin vacib məqamlarındandır. Natiq çalışır ki, hiss edilmədən xalqın, kütlənin içərisinə girsin. Bunun üçün o “Məndə Sizdənəm” deyecek qədər bir sadə misal çəkir, məsələn “3,5 yaşlı torunum…” hamının nəvəsi olduğuna görə bu bir Erdoğanı daha xalqa yaxın edir və s.

Ümumi düşmən göstərilməsi. Erdoğan mütləq çıxışlarından özünə maksimum fayda qazandırır. Bunun üçün əlbətdə ki, o çıxışlarında düşmənlərə mesaj verməlidir. Lakin o bunu sadəcə “filankənslərə ar olsun” kimi eləmir. O ilk əvvəl xalqla düşməni tanış edir. Məsələn “bizim (diqqət edin, bizim, Sizin yox) firavanlığımızı əlimizdən almaq istəyənlər”. Belə tipli sözlərlə “xəyalı” düşmən obrazı yaradılır. Sonra bu obraz hansısa maddiyata bağlanılır, məsələn İsrayil. Düşmən obrazı auditoriyanın gözündə formalaşan kimi…

Düşmənlə – xalqın müqayisəsi. Başlayır əsas məsələ. Erdoğan bunu mükəmməl edə bilir. O çox gözəl metoforalardan istifadə edərək, xeyrlə – şər, gecə – gündüz, ağ – qara kimi klassik metaforlardan istifadə edərək, düşmənə əsl nifrət yaradır. Diqqət bu anda düşmən bizim içimizdə heç cürə ola bilmir. Axı o düşmən bizim pisliyimizi istəyir…

Düşmənlərə qarşı sözlər. Bundan sonra Erdoğan xalqın adından düşmənlərə demək istədiyini mesajları verir. Əslində ürəyində olan sözləri rahatlıq bu mərhələdə istifadə edir.

Sağollaşma burada Rəcəb Erdoğan daha sistemli və rasional tərzdə sözlər deyir. O salamlamada olan emosinı rasionallıqla bağlayır və son dəfədə hamını düşmənlərə qarşı birləşməyə çağırır.

Əlbətdə mən Erdoğanın çıxışlarından 10-la məsələrlə barədə söhbət edə bilərəm. Lakin unutmayın. Bu gözəl natiqliyin qarşısında gözəl hazırlıq durur!!!

Öz üzərinizdə işləyin, natiqlik bizə çox lazımdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close