image_pdfimage_print

Bugünlərdə hamılıqla 4-cü hakimiyyətin hansı istiqamətdə inkişaf etdiyini görürük. Mətbuat öz hakimiyyətini saxlayır, hətta nəyin ki saxlayır inkişaf etdirir. Amma bu bizim başa düşdüyümüz mətbuat kimi deyil, artıq yeni medya adlandırılan sosial şəbəkələrin əlindədir. Mən bugün Sizinlə dünyada əsl hakimiyyətə çevrilən Twitter barədə yazacam.

Əvvəlcə yaxın tarixi baxaq:

  • İsmayıllı hadisələri. Azərbaycan bu hadisələrin gedişatında əlbətdə ki Twitter haştaqlaının rolu danılmazdır. Xatırlayıram bu hadisələr olanda xaricdə edim və soisial mediya vasitəsi ilə hər şeyi addım-addım izləyirdim. Nəticələrdən Sizində xəbəriniz var.
  • Gezi Parkı İstanbul. 31 mayda saat 16:00-an 00:00 qədər #Direngeziparki haştaqı ilə nə az, nə çox düz 2 milyon Tweet yazılmışdır!!! Bu bir dünya rekorudur. Nəticələrdən Sizində xəbəriniz var.
  • Bugünlərdə butün türk dünyasının bir yumruq olaraq birləşməsini göstərən türkçə olimpiyadasında cəmi 5 saat ərzində dünyada ən trend müzakirə mövzusu olan #YeniBirDünya həştaqı. Nəticələri gördük.
  • Nəqədər kiçik olsada öz “ayranımız” olan İlk Milli Marketinq Forumunun haştaqı Azərbaycanda trend olması bir daha 4-cü hakimiyyətinin gücünün nədə olduğunu göstərir.

Bəs Sizcə sosial mediyanın ənənəvi mediyanı gözümüzün önündə… günün gunorta çağında məhv etməsinin səbəbi nədir?! Necə olur ki, məsələn bir çox hallarda butün ölkə bir mövzudan danışdığı halda “ənənəvi” mətbuat “korluq”, yeni mediya “koroğluluq” edir?!

Səbəb məncə çox sadədir.

Birincisi yeni medya daha operativ və sistemli məlumat yaya bilir. Düşünün ki, yeni mediyaların köməyi ilə informasiya axını inanılmaz sürətlə hədəf kütləyə çata bilir. Twitter rolu burada həqiqətəndə danılmazdır və gələcəkdə artacaq.

İkincisi artıq insanlar ənənəvi mediyaya inanmırlar. Bu özünü hər bir elementdə göstərir. İnsanlar TV reklama inanmır, insanlar TV xəbərlər inanmır. Biz həm informasiya istehlak edən, həmdə istehsal edən tərəf kimi çıxış etmək istəyirik. Twitter bizə bu imkanı verir və s.

Üçüncüsu insanlar hər bir şeydə əyləncə axtarırlar. İstənilən bir fəaliyyətdə əyləncə olduğu zaman uğurlu olma ehtimalı çoxalır. Yeni mediyalar bu imkanı bizə verir. İnformasiya istehlakı daha “ləzzətli” olur. Twitter nəsə haqqında məlumat almaöğın özü belə hansısa kanalda xəbərləri dinləməkdən çox əyləncəlidir.

Əlbətdə Twitter haqqında aşağıdakı videoda hörmətli R. Erdoğanın fikirləridə var. Video baxın, davam edək söhbətə.

Düzdür bir vaxtlar bizdə sosial şəbəkənin kütlə məntiqi barədə danışmışdıq. Buna baxmayaraq yaxın keçmişin təcrübəsi göstərir ki, ənənəvi mediyada heç bir şəkildə 4-cü hakimiyyət qalmamışdır və həqiqi hakimiyyət məhz bloqlarda, twitterlərdədir. (Yadıma düşmüşkən ən çox Twitterdən istifadə edən siyastçilərdəndir Erdoğan)))

Mən hesab edirəm ki, 2013-cü ildə ölkəmizdə TwitterManiya ili olacaq. Bu baxımdan artıq yavaş-yavaş aktivləşmə vaxtıdır. Twitter istənilən sosial aktiv insan üçün çox gözəl platforma imkanları yaradır.

Əziz oxucu özünüzə mütləq Twitter hesabı açın tezliklə Azərbaycanda ən dəbdə olan informasiya alış nöqtəsi ora olacaq. Gözləyirəəm!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Tesbitlerle raziyam. Sosyal medya bir de enenevi medyadan onunla ferqlenir ki enenevi medyada qarşılıqlı ünsiyyət demək olar ki yoxdur. Sosyal medyada isə bu ən böyük faktordur. Qarşılıqlı ünsiyyət fikir ifadə etmə imkanı, azadlığı verir. Bu the bir çox nəticələrə səbəb olur… eyni və qarşı düçüncəlilər kütlələrinin yaranması, müəyyən fikirləri dəstəkləməsi və s… Son hadisələr də buna misaldır.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close