image_pdfimage_print

Arzu edirəm ki, yeni bir dünya güdrətli türk dövlətləri tərəfindən qurulsun – 11-ci türk dilli olimpiyadaya həsr edilir!

Bugün dostlarımızdan biri məni İstanbulda türk dilli olimpiyadanın finalına dəvət etmişdi. Mən daha əvvəl bu olimpiyada haqqında məlumatım çox az edi. Sonradan məlum oldu ki, bu türk dilində keçirilən saycı 11-ci belə bir təşkilatdır. Sizə səmimi deyim… sözün əsl mənasında mükəmməl bir təşkilatçılıqla qarşılaşdım. Amma vacib olan tədbirin təşkilatçılığı deyildi.

Sizə ümumi məlumat verməmişdim əvvəl öz iphone ilə çəkdiyim bir videonu nümayiş etdirmək istəyirəm. Bununla Siz auranı azda olsa başa düşəcəksiniz.

Yeni bir Dünya konsepsiyası ilə keçirilən türk dilli müsiqi və sənət yarışmasında 140-an çox ölkədən türk dili sevən iştirak edirdi. Keniyadan, Mozanbikdən, Koreyadan, Amerikadan olan gənclərin türk dilində mahnı, şeir oxuması adamda həqiqətəndə qurur hissləri yaşadırdı.

İstanbul Atatürk stadyonu bugünə qədər olmayan sayda qonaq qarşılayırdı. Nə az, nə çox 250 000 adam bugün içəridə və çöldə final mərasimini canlı izləyirdi. Tədbirdə R. Erdoğanın xanımı ilə iştirakı və mənim son dərəcə öyrədici nitqi isə… son nöqtələri qoyurdu. Erdoğan çıxışında: “Həqiqi türkiyyə burdadır. Kimlərsə Taksimə 1000 nəfər yığmaqla deyil, bugün burada 250 000 adam var” deməsi tədbirin hər tərəfli əhəmiyyətli olduğunu hiss etdirirdi. Erdoğanın çıxışı və inandırma bacarığı barədə tezliklə ayrıca bir məqalə yazacam, natiqlikdən söhbət edir.

Ümumi olaraq mən tədbirdən özüm üçün bir neçə vacib tezislər çıxardım. Bu tezislərlə Sizinlə bölüşmək istəyirəm.

  1. Yeni bir Dünya konsepsiyası ilə türkiyyə, türkçüluk dünyada əhəmiyyətli söz sahibi olacağını ortaya qoyur. Biz türkiyyə ilə bir millətik və bundan yaxşı heçnə ola bilməz.
  2. Türk dilinin tədris edilməsi və ümumi türk litseyləri qardaş ölkənin iqtisadiyyatına, biznesinə inanılmaz dərəcədə güclü təkan verir. Bir növ fundament funksiyasını oynayır. Əminəm ki,  bu türk litseyləri ilə qardaş ölkə şirkətləri dahada güclənəcək.
  3. Türkiyyə dünyanı sevgi, təhsillə əla ala bilər. Bu reallıqdır. Biz buna çalışmalıyıq. Əgər məlum ölkələr dünyanı silahla, dava ilə, siyasətlə əldə etmək istəyirsə, biz bunları qarşı sevgi, ədalətlə mübarizə apara bilərik.
  4. Bu tip tədbirlər türkçuluyu gücləndirir. Onları birləşdirir və biz bilirik ki, birləşdikcə güclənmək daha asand olur.

Ümumi olaraq mən İstanbulda Olimpiadasında iştirak etməklə türküçülüyün gücənə inamım artdı. Sizi inandırıram belə yüksək səviyyəli təşkilatçılıq mən hələ bugünə qədər görməmişdim. Hər bir detal, incəliklə düşünülmüşdü, hər bir işdə intelektual əmək hiss edilirdi. Bir sözlə Yeni bir Dünya – türk dünyası olacağına əminliyim artdı.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close