Monthly Archives İyul 2013

Hər birimizin ağlında düşündüyü və icra etmək istədiyi bir ideya, bir fikir var. Lakin aramızda bəziləri bunu hələdə düşünür və ya “lazımlı” vaxtı axtarır, digərlərimiz isə sadəcə başlayıb düşündüyünü həyata keçirir. Mən hesab edirəm ki, istənilən prosesdə uğur qazanmaq üçün, sadəcə nədənsə başlamaq lazımdır. Yerində saymaq və ya “ideal” bir şey etməyi gözləmək insanı geriyə aparır. Fikirlərimi əsaslandırım.

Bizim bloqumuzun oxucularının sayı gündən-günə artır. Bu məni çox sevindirir. Təbii ki, bloqun oxucu sayı artdıqca mənə olan suallarında sayı artır. Son bir həftədə bloq oxucuları tərəfindən 17 e-mail almışam. Mən bu oxucularımızı şəxsən tanımıram, lakin verilən sualların bir çox bir-birinə bənzəyir. Bu baxımdan bloq vasitəsi ilə mənə verilən 3 ən çox soruşulan suallın cavabını açıq şəkildə bloq yazı ilə vermək istəyirəm. Beləliklə bloqda ən çox verilən birinci sual: “Biznes qurmaq üçün nə qədər pul lazımdır?!”. Cavabımı yazıram.

Yay sözü istirahət sözü ilə mənim gözümdə sinonimdir. Bu məntiqlə məndə hələ yay gəlməyib. Buna baxmayaraq həftə sonu (beşinci gün) Bakıya gələr-gəlməz ailəvi reqionlara “səfərlərə” başladım. Altıncı və bazar günü Oğuzun Xal-Xal kəndində oldum. Təbiyyəti çox gözəl olsada infrastruktur, ümumi ab-hava xoşuma gəlmir bu kənddə. Buna baxmayaraq ailə və balaca uşaqlar üçün çox yaxşıdır, havası əladır. Bugün şəhərə qayıdanda “ekspromt” şəkildə Lahıca getməyi gərara gəldik və maşının rolunu “yüngülcə” Lahıc istiqamətinə saldım. Sizə gördüklərimdən və görmək istədiklərimdən danışım.

Bugünlərdə Almatada ezamiyyədəyəm olduğumdan bu şəhəri (ölkəni) daha diqqətli öyrənməyə başlamışam. Mən Kazaxstanda çox olmuşam. Hər dəfədə bu ölkənin yerli biznesmenlərimiz üçün gözəl potensiallı bir yer olduğundan əmin oluram. Bizim biznesmenlər mütləq Almatada (Kazaxstanda) bizneslərini genişləndirməlidirlər. Mən niyə belə düşünürəm?!

Çox yaxın tanıdığım, biznesdə 40 ildən çox iş təcrübəsi olan bir nəfərin dediyi sözlərlə bu yazını başlamaq istəyirəm: “Mən şirkətlərin Marketinq, R&D, İstehsal kimi funksiaların köməyi ilə inkişaf etdiyini çox görsəmdə, bir dənədə olsun şirkətin güclü maliyyəçi hesabına irəli getməsini görməmişəm. O şirkətlərdəki maliyyə nəzarəti əsas funksiya kimi oxtaya çıxır… o şirkətlər tezliklə məhv olurlar!” Bu fikirlərlə tam razıyam. Dediklərimi bir neçə tezislə əsaslandırmağa çalışacam.

Son aylarda Azərbaycanlı dilli bloqlarda xeyli aktivlik hiss edilir. Bu çox yaxşıdır (bloq yazmaq haqqında daha əvvəl danışmışdıq). Bugün artıq azərbaycanlı dilində savadlı və məntiqli yazan biznes bloqerlərimizin, dostlarımızın sayı artır. Mən son vaxtlar yazılan butün biznes bloqları təhlil edərək öz subyektiv nəzər nöqtəmə görə oxunması vacib olan 5 TOP bloq yazısını Sizlərə təqdim etmək istəyirəm. Beləliklə başlayaq.

Paris dedikdə ağlınıza nə gəlir?! Bəs Venessiya dedikdə? Bakı?! Göyçay? Yevlax?! (Mən Yevlax dedikdə yadıma çoooox şey gəlir… amma bu bu yazının mövzusu deyil). Hər bir şəhər özünə məxsus assosasiya, özünə məxsus emosiyanı özündə əks etdirir. Hansısa şəhərlər üçün bu əla imkanlar, hansısa şəhərlər üçün isə mənfi imic formalaşdırır. Bu “marketoloqlar” dilində şəhərlərin brendinqi adlandırılır. Mən bugün Sizinlə şəhər brendləri barədə danışacam.

Bugün çoxtandır görüşə bilmədiyim bir dostumla (PhD birlikdə oxumuşuq) söhbət edirdik. Söhbətimiz hərlənib-fırlanıb yerli şirkətlər və orda olan vəziyyətə, biznes mühitə keçdi. Maraqlı bir fikir formalaşdı: “Oğurlamaqla qurulan bizneslə, qazanmaqla yaradılan arasında fərq nədir?!”. Bu barədə Sizlərə öz fikirlərimi bildirəcəm.

12
Close