image_pdfimage_print

Bugün dostlarımızla Dağ üstü parkda çay içirdik… son dərəcə gözəl hazırlanıb oralar. Hamınıza məsləhət görürəm. Mövzumuz bu haqda deyil təbii ki. Çay içdiyimiz zaman biz bir-iki məsələ barədə söhbət etdikdən sonra, Qriboedovun ən sevdiyim əsəri olan “Горе от ума”-ın biznesdədə mövcud olduğunu hiss etdim. Necə ki, əsərin gəhramanı “ağıllı” olduğuna görə hamı tərəfindən, “Dəli” adlandırılır eləcədə yerli şirkətlərdədə belə “dəlilər” var. Bugün “çox ağıllı” olmaqda bir şey deyil. Hesab edirəm ki, yaxşı menecer hamı ilə öz dilində danışmalıdır.

Məncə çoxlarınız sözü gedən əsəri oxumusuz. Burada sujet xətti bizim “Kefli İskəndərin” məntiqinə çox oxşayır. Hadisələr çar rusiyası dövründə cərahan edir. Əsərin gəhramlarında olan gənc fransada təhsil almışdır və artıq “kənddə” gedən proseslərin səhv olduğunu bildirir. Hamı gənci “dəli” hesab edir (əslində yeganə həqiqəti deyən o olur) və hətta sevgilisi belə deyir artıq gəhramandan üz döndərir. Deyə bilərsiniz ki, bu hadisənin biznesə, şirkətlərə nə aidiyyatı var?!

Məsələ burasındadır ki, bugün şirkətlərdədə belə adamlar var. Bu adamlar reallıqları daha dərin görürlər və problemi kökündən həll etmək istəyirlər. Təbii ki, şirkət (sahibləri, orta menecment və s.) buna hazır olmadığına görə belə “dəlilər” tezliklə öz düşüncələrini yerinə-yetirə bilməyib işdən kənarlaşırlar. Məncə belə adamların biznesdə olmasının müsbət və mənfi cəhətləri var. İcazə versəniz birinci müsbət, daha sonra mənfi cəhətlərindən danışardıq.

Sağ olun icazə verirsiniz!!!

Müsbət cəhətləri. Bu tip insanların şirkətdə olmasının müsbət cəhətlərindən danışmaq üçün ilk əvvəl deyim, belə adamlar şirkət üçün düzgün yolun nə olduğunu göstərə bilirlər. Sektorun, müştərinin və ümumiyyətlə biznesin gələcəkdə nə qurmaq vacib olduğunu göstərən adamın şirkətdə olmasından yaxşı nə ola bilər?! Rəhbərlər belə adamların sözlərindən istifadə edərək biznesin gələcək inkişaf templərini artıra bilər.

Yaxşı sahibkarlar bu tip adamların intelektual bilinyindən istifadə edərək yeni-yeni layihələr hazırlaya bilər. Həmçinin belə adamlar biznesin daha intelektual əsaslarla idarəedilməsinə təsir göstərir, ümumi kollektivi savadlandırır və s.

Mənfi cəhətləri. Bu adamlar “burnunu” görə bilmir. Elmi dildə desək, heç bir şəkildə şirkətin daxili mühitində gedən prosesləri başa düşə bilmirlər. Obrazlı desək, biznes susuzluqdan yandığı dövrdə: “Bunun yolu su kəmiri çəkməkdir” deyirlər. Halbuki sadəcə bir stakan almaq yetərlidir. Çox strateji düşünmək bu tip işçiləri yıxır!!!

Sizə bir vacib məsələ deyim, bu adamlar şirkət işçiləri ilə münasibəti son dərəcə pis olur. Şirkət əməkdaşları “normal” adam olduqlarında “dəlilər” ilə sözləri tutmur. Onlar bugünlə yaşayırlar. Satış aşağı düşüb?! Deməli kampaniya etmək və ya yenilik gətirmək lazımdır deyər “normallar” düşündüyü halda, bizim “dəlilər” biznes proseslərin reinjiniringindən danışırlar…

Bu tip adamlar heç vaxt kiçik bizneslərdə özlərini göstərə bilmirlər. Məsələ burasındadır ki, kiçik biznesi başa düşməyən adam böyük biznesində əsaslarını tuta bilmir. Bu adamların öz bizes qurma şansları sıfıra bərabər olur. Kiçik şeyləri düşünə bilmirlər.

Daha bir mənfi cəhət biznes sadəliyi sevir. Bu adamlar isə sadəliyin tam antonimi olurlar. Bəlkədə sadə olmaq istəyirlər, amma… nə etmək olar, ola bilmirlər. Qəliz terminlər, sadə problemlərin çətin izahı, bir sözlə çətin danışmağı, “satış düşür yerinə, BCG təhlil etdim gördüm, “itlər” çoxdur kimi özlərinin belə güclə başa düşdükləri terminlərlə danışırlar.

Açıq deyim… mən belə adamları sevmirəm!!!

Mən biznesə daha sadə yanaşmağı, marketinq təhlillərində sadə başa düşülən və tez effekt verən məsələləri, reklamlarda daha direkt mesajı, hansısa bir addım atdıqda mövcud vəziyyətin öyrənilməsini, şirkətin daxili mühitinin xarici mühitdən daha vacib olduğunu hesab edirəm. Mən biznesdə strategiyadan çox, taktikaya və ya 100 danışanı deyil, bir edənin tərəfindəyəm!

Necə ki, Qriboedovun və Cəlil Məmmədguluzadənin gəhramanları belə yolla uğur qazana bilmir, eləcədə bizim “Ağıldan ağılsızlarımızda” biznesdə, şirkətdə uğur qazana bilmirlər. Çox bilməyin birinci göstəricisi, öz fikirlərini düzgün və hamının başa düşəcəyi tərzdə ifadə etməkdir. Yalnız ifadə etmək deyil, həmçinin elə etmək lazımdır ki, insanlar sənin ətrafına toplaşa bilsin.

Dostlar məncə çox ağıllı olmaqda bir şey deyil, nə deyirsiz?!

P.S. Xahiş edirəm Bloq qaydaları ilə tanış olun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Ozlerini ağıllı,daha doğrusu savadlı kimi gostermey isteyib de terminlerle filan danışan adamlarda soz yığınından başqa heç ne yoxdu elbetde,amma men biznesin sadece kalkulyatornan 3-5 reqemi topluyub çıxacaq qeder de sade olmadığını düşünürem. Onun da elme dayanan hansısa ünsürleri vardır elbet. Ele olmasaydı zennimce ele hamı bir biznes qurardı. :-)

    • Elbetdeee eledir. Biznes asand deyil. Amma hansisa problem barede sade dilde danishmag ucun o problemi tam derinden basha dushmek lazimdir. Mesele burasindadir ki, geliz danishmag ve geliz meseleler one cixarmag meselenin kokunden xebersiz olmagi gostericisidir. Tesadufi deyil, bele soz var: “Sizin biznes ideyani 4 yashli usag basa dusmurse demeli ideyada problem var”)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close