image_pdfimage_print

Hər birimizin ağlında düşündüyü və icra etmək istədiyi bir ideya, bir fikir var. Lakin aramızda bəziləri bunu hələdə düşünür və ya “lazımlı” vaxtı axtarır, digərlərimiz isə sadəcə başlayıb düşündüyünü həyata keçirir. Mən hesab edirəm ki, istənilən prosesdə uğur qazanmaq üçün, sadəcə nədənsə başlamaq lazımdır. Yerində saymaq və ya “ideal” bir şey etməyi gözləmək insanı geriyə aparır. Fikirlərimi əsaslandırım.

İlk əvvəl qeyd etməliyəm ki, həyatda insanın dəyəri etdikləri ilə ölçülür. Diqqət edin. Düşündüyü, etmək istədiyi, dostuna məsləhət verdiyi deyil – məhz icra etdiklərimiz bizi biz edir.

Biz bazar iqtisadiyyatında yaşayırıq. Bugün artıq heçkimə, nəzəri biliklər və ya “qalın” kitablardan öyrəndikləri lazım deyil. Sizə bir söz deyim… bugün heç “adlı-şanlı” MBA diplomuda bizim köməyimizə çatmır. Gördüyümüz işlər, sırf prakrik əməllərimiz bizi digərlərindən fərqləndirir. Bunun üçün nə lazımdır? Praktik bilik əldə etməyin yolu nədir?! Əlbətdə ki, nesə etmək, əlbətdə ki, icra etmək. Unutmayın ideya icra edilmirsə heç bir dəyəri olmur.

Biz Azərbaycanda Marketinq AİR təlimlərinə start verdikdə beynimizdə sadəcə bir fikir var edi – Praktik Marketinq təlimləri lazımdır. Sizə səmimi deyim, mən əminəm ki, bu fikir Azərbaycanda bir çox marketoloq dostlarımızda olub, elə indidə var. Lakin bu dostlarımızın heç biri bunu icra etmir, heç biri nedənsə başlamır. Biz isə… praktik marketinq təlimlərinə başladıq və… Azərbaycan Marketinq havasını Marketinq AİR təlimləri ilə dəyişdik. Bugün artıq sentyabr ayından Marketinq AİR 3 təlimləri başlayır. Bizim ideyamız hamıda ola bilərdi, lakin bunu etməyə başlayan yalnız biz edik!!!

Azərbaycanda onlayn marketinq televiziyası yaratmağı düşünən o vaxtlar elə mənim tanıdığım bir neçə dostumuz var edi. Biz isə bu fikrə sadəcə Rafiq və Anarla Dərya Fishdə yemək yediyimiz zaman gəldik. Üstündən cəmi 12 gün keçəndən sonra biz artıq ilk çəkilişimizi etdik. Bugün FMR TV ölkədə biznes və marketinq icmasının maarıflənməsinə xidmət edir. Sizə nə yalan deyim… bizim özümüzədə bu gözəl xidmət edir. FMR TV vasitəsi ilə biz daha çox tanınırıq. Buda mənə əlavə dostlar (kruq) və dolayısı yollarla pul qazandırır! Biz başlamasaydıq nəsə olardımı?!

Mənim yaxın tanıdığım bir dostum var (burdanda ona salam deyirəm) hər dəfə mənimlə görüşəndə “mükəmməl” ideya ilə gəlir. Mən ona deməkdən yorulmuşam ki, “ah qardaş nedənsə başla – a – aaa”. Dostum hələdə çalışdığı şirkətdə işləyir və hələdə şəxsi biznes qurmayıb. Səbəb?! Səbəb çox sadədir. İdeya reallaşdırılmasa… heç kimə lazım deyil. Nedənsə başlamaq lazımdır.

Sizcə İKEA yarandığı vaxt onun bugün olduğu kimi ideal marketinq konsepsiyası və ya təhcizatçılarla işləmə mexanizmi var edi?! Əlbətdə yox. Sadəcə o vaxt İKEA-nın sahibi nedənsə başladı… Necə dəyərlər “Karvan yolda düzələr”. Əgər o vaxtlar İngvar Kamprad düşünsəydi ki, mən ilk əvvəl təhcizatçı sistemi qurum, sonra mebeli qablaşdırılmasını düşünüm… sonra biznes açaram… bugün İKEA yox edi.

Üzməyi öyrənmək üçün mütləq suya girməyə başlamaq lazımdır. Siz heç təsəvvür edə bilərsiniz, kimsə üzgü öyrənmək istəyir… amma suya girməyə qorxur. Heç vaxt belə öyrənmək olmaz. Eləcədə xarici dil. Dil öyrənmək üçün danışmağa başlamaq lazımdır. Əgər Siz gözləsəniz ki, “öyrənim sonra danışaram…” heç vaxt öyrənə bilməyəcəksiniz. Eləcədə biznesdə… nəyisə başlamadan uğur qazanmaq mümkün deyil!!!

Azərbaycanda adlarını çəkmək istəmədiyim 100 milyondan çox dövriyyəsi olan şirkətlərin bir çoxu, sadəcə başlamaqla – başlayıblar!!!

Əgər mağaza açmaq istəyirsinizsə, şəhərdə ən mükəmməl yeri və ya ən mükəmməl satıcını axtarmayın. Siz başlayın, icra edin, zəhmət çəkin… bərəkətini Qurban olduğumuz verər!

Məni yaxından tanıyanlar bunu bilir – onlara çox demişəm, Sizədə deyim. Mən hesab edirəm ki, istənilən addımın düzgün və ya səhv olduğunu təyin etmək yolu… bunu reallaşdırmaqdır. Heç vaxt başlamaqdan qorxmayın… birdə unutmayın karvan yalnız və yalnız yolda düzəlir!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

5 Comments

  1. “İş qurmaq üçün indi heç olmasa mene 50000 pul lazımdır ” deye – deye yerinde sayan adamlara bunu biraz daha etraflı izah etmek lazımdır :)
    Maraqlı yazınız üçün çox sağolun. )

  2. Ilkin muellim Sizi tanimasamda blogunuzu her gun izleyirem. Is vaxtimda ilk acdigim sayt Ilkin Manafovun blogu olur. Yazilarinizin hamisini bir nefese oxuyuram, esl blogger desti-xetti hiss edilir. Bu tip bloglar bizim dilde kas ki, cox olsun. Menim marketing kumirimsiniz. Sizin telimleriniz olurmu, orada nece istirak etmek olar? Xahis edirem mene bu barede melumat veresiniz. Sag olun

    • Salam Xatire xanim. Cox sag olun ki, oxuyursuz. Mende inanin ki, Sizin oxumaginiz ucun yaziram)

      Telimlerimiz olur. Sentyabr ayinin 15-en Marketinq AIR telimleri start verilir. Ishtirak etmek ucun Facemark saytindan Marketinq AIR bolmesinden geydiyyatdan kece bilersiniz.

      Buradan yani: http://marketingair.facemark.info/
      Sizi telimlerimizde gormek xosh olar!!!

  3. Menim ucun maraqlidir sizin hansi sahede sexsi biznesiniz var? hiss edilir ki, praktikanin icinden yazirsiniz, ele bil hamisi konkret basiniza gelib. maraqlidir blogunuz, tebrik edirem

    • Bizim şəxsi biznesimiz (mənim şəxsi biznesim) sevdiyim işlərdir. Tam səmimi…
      Əlbətdə çalışıram ki, yazdıqlarım praktikadan olsun.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close