image_pdfimage_print

Bizim bloqumuzun oxucularının sayı gündən-günə artır. Bu məni çox sevindirir. Təbii ki, bloqun oxucu sayı artdıqca mənə olan suallarında sayı artır. Son bir həftədə bloq oxucuları tərəfindən 17 e-mail almışam. Mən bu oxucularımızı şəxsən tanımıram, lakin verilən sualların bir çox bir-birinə bənzəyir. Bu baxımdan bloq vasitəsi ilə mənə verilən 3 ən çox soruşulan suallın cavabını açıq şəkildə bloq yazı ilə vermək istəyirəm. Beləliklə bloqda ən çox verilən birinci sual: “Biznes qurmaq üçün nə qədər pul lazımdır?!”. Cavabımı yazıram.

Cavaba keçməzdən əvvəl qeyd edim ki, bu tip sual çox zaman daha fərqli formada qoyulur, məsələn:

  • Mənim filan qədər (1000 manatdan, 50 000 manata qədər suallar almışam) pulum var, Sizcə hansı biznes açsam yaxşı olar?
  • Mən biznes qurmaq istəyirəm amma bilmirəm ki, mənə nə qədər lazımdır?
  • Mənim yaxın qoyumum (əmi, dayı, xala və s.) mənə filan qədər pul verəcək. Mən nə biznes qurum?!
  • Və s., və ilaxir. bu kimi suallar.

Mən bu yazımla butün sözü gedən tipli suallara cavab verməyə çalışacam.

İlk əvvəl qeyd etməliyəm ki, suallın qoyuluşu xəbər verir ki, hələ dostlarımız biznes açmaq üçün tam “bişməyiblər”. Mən hər zaman deyirəm, bu dəfədə təkrar etməyə məcburam: “Biznes qurmaq üçün puldan daha vacib şərtlər, məsələlər var!”.

İstənilən biznes mütləq qaydada düzgün təyin edilmiş bazar və icradan asılıdır. Zəhmət olan yerdə, bərəkət olur. Bərəkət olan yerdə halallığın olması şərtdir. Biznes qurmaq üçün pulun miqdarı deyil, bu pulun necə və hansı istiqamətdə xərcləyəcəyiniz vacibdir.

Mən bugünə qədər bir dənədə olsun biznes görməmişəm ki, onun açılması prosesində maliyyə problem olmasın. Pul hər zaman lazımdır və hər zaman azdır. Uğurlu biznes qurmaq üçün mütləq qaydada aşağıda olan şərtlər riayyət edilməlidir.

  1. İdeya bənzərsiz olmalıdır. Hamının etdiyi şeyi etmək, özünü (biznesini) öldürməyə bərabərdir. Heç vaxt “filankəs edib, məndə edim” məntiqi ilə çıxış etməyin. Görəcəyiniz işdə fərqlilik ən vacib şərtlərdəndir.
  2. İşinizin üstündə olun. Çalışın qurduğunuz biznesin ən azı birinci mərhələlərində tam nəzarəti öz əlinizə alın. Mən “investor” məntiqi ilə qurulan bizneslərə skeptik yanaşıram. Bu hələlik Azərbaycanda işləmir. Yaxın 5 ildədə işləyəcəyinə inanmıram!
  3. Başınızdan böyük düşünməyin. Əgər hansısa qurmaq istədiyiniz biznesə maliyyə və ya intelektual olaraq gücünüz çatmırsa… “pul yığmaq” haqqında deyil, eyni biznes daha xırda formasını edin. Ən böyün bizneslər belə, xırda işlərlə başlayıb. Xırda olmaqdan qorxmayın, utanmayın!
  4. İcra, icra yenədə icra. İstənilən ideyanı biznesə çevrilən düzgün icrahatdır. İdeyanın dəyəri heçnədir. Bəli, bəli. Düz oxudunuz. İdeya heç kimə lazım deyil. Əsas icradır. Orta ideyanı mükəmməl icra ilə mənfəətli bir biznesə çevirmək olar.

Beləliklə verdiyim cavabı bir daha təkrarlayıram. Biznes qurmaq üçün pul deyil, bənzərsiz fikir, gözəl icra və istək olmalıdır.

Əziz oxucular!

Bloqumuzu oxuduğunuz üçün, mənə yazdığınız üçün çox sağ olus. Bizim bloqu belə həvəslə oxumağınız məni çox sevindirir. Bilirəm, bilirəm ki, bloqumuzda çoooxlu səhvlər var. Çox zaman qrammatik səhvlər, bəzən adi cümləni belə düz yaza bilmirəm… amma inanın mənə… biz burda Sizə sadəcə biznesdə, həyatda yaşadığımız şeylər barədə yazırıq. Məqsəd gözəl yazı yazmaq deyil, məqsəd Sizinlə səmimi söhbət etməkdir.

Bloqumuzu oxuduğunuz üçün bir daha çox sağ olus!!!

Növbəti yazılarımda daha iki aktual sualla cavab verəcəm. Maraqlıdırsa bloqa abunə olun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

4 Comments

  1. Deyerli fikirlerinizi bolüşdüyünüz üçün sağolun. Amma İlkin bey men bir şeye – yazılarda olan qrammatik sehflere herden tessüflenirem. Bu qeder oxunaqlı blok qurulub ve oxucu sayı günden-güne artır,sizin kimi deyerli insanların yazılarını oxuyuruq,niyede bu qeder müsbetlerin arasında bele bir problem qalmalıdı ki? Ve men düşünürem ki bu sizin elinizde çetin sayılabilecek bir şey deyil. Bir daha deyerli fikirleriniz üçün sağolun! :)

    • Mende ele dushunurem… niye olsun ki?! Amma hec cure garshini ala bilmirem.)

      Esas odur ki, Sizin kimi dostlar bunu basha dusur ve oz aramizda bunu deyir…)))

      Cox sag olun!

  2. Ilkin bey her sheye gore size minnetdaram.Bu cur deyerli yazilarin,mentiqli chixishlarin,izahli fikirlerin muellifisinizse demek size olar…! Kim xos gzole baxirsa tebii ki,xos terefini goturur.Qrammatik sehvleri duzeltmek be ya en azindan kimese duzeltdirmek en sade bir seydir.Esas meqsed deyerli vaxtinizdan istifade edib bloqa yazdiqlarinizi qavramaq,derk etmek ve en baslicasi deyerlendirmekdir.Size bele de davam edin,bzim size chox ehtiyacimiz var.Sizin kimi Azerbaycanlilar Azerbaycana ve Azerbaycanlilara chox lazimdir.Sizin yazilarinizi oxuyanlarda milli suurun hansi istiqametde inkisaf edeceyini anlamaq ele de cetin deyil.Size derin tesekkurumu bildirerem.
    Siz bir mektebsiz,insan yox! Bu menim subyektiv fikrimdir.Allah her sey ucun sizden razi olsun.

    • Xeyal gardash… sohbetin hansi İlkinden getdiyini bilmirem)) Menden danisirsinizsa… hec bir mekteb yoxdur. Sadece gundelik heyatimizda etdiklerimiz ve gorduklerimizi Sizinle paylashiram.
      Oxudugunuz ucun cox sag olun.
      Her zaman kritikaniza, kommentlerinize ehtiyyac duyurug.

      Sag olun!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close