image_pdfimage_print

22 iyul, 20:00-a Azərbaycan Marketoloqları və marketinqi sevən şəxslər Dalida restoranında iftar edəcək. Hamınız dəvətlisiniz.

Ən çox sevdiyim, ən çox dəyər verdiyim müqəddəs Bayramda vurğunun olduğun peşə sahibləri ilə bir arada olmaqdan gözəl nə ola bilər?!

Müqəddəs ayda, marketoloqlar bir araya gələrək nəfisinə, mənfiliyə, qəddarlığa qarşı birləşərək, iftar açacaqlar, bundan gözəl nə ola bilər?!

Ölkə Marketoloqları bir süfrə arxasında oturaraq, problemlərdən deyil, onların həlli yollarından danışacaq. Pis adamlardan deyil, yaxşı, faydalı olan insanlardan danışacaq. Bundan gözəl nə ola bilər?!

Çoxtandır görə bilmədiyim, əslində çox hörmət etdiyim, amma vaxt azlığına görə görüşmədiyim dəyərli həmkarlarımla bir arada olmaqdan gözəl nə ola bilər?!

Marketinq mövzusunda dostların fikirlərini eşitmək, ölkə marketinqindən olan yeni trendlərdən danışmaq və bununla rahatlıqla iftar süfrəsinin bərəkətini hiss etməkdən gözəl nə ola bilər?!

Maraqli prezentasiyalara baxmaq, kommentlər vermək, marketinqi daha dərin öyrənməkdən gözəl nə ola bilər?!

Ölkə Marketinqində böyük gücə çevrilmiş… yox səhv dedim ölkə biznesində böyük gücə sahib şəxsləri bir araya yığaraq, sinerji alan Marketinq Azerbaycan Qrupunun üzvləri ilə bir arada iftar etməkdən gözəl nə ola bilər?!

Hər bir addımlarından nesə öyrəndiyim yaxın dostlarım, Anar və Rafiqlə bir arada olmaq, bu dostlarımızla yanaşı 10-la digər yaxın adamlarla Oruc açmaqdan gözəl nə ola bilər?!

Bu dediklərimi əlbətdə çoxaltmaq olar, amma mən hesab edirəm ki, Siz bu yazdıqlarımla qəlbimin vəziyyətini başa düşürsüz. Sizdən nə gizlədim, mən çox sevinirəm ki, biz addım-addım, damcı-damcıda olsa ölkə Marketinqini gücləndirə bilirik.

Mən çox sevinirəm ki, tanıdığım, bildiyim bir çox nüfüzlu milli şirkətlərimizə gedəndə, onlarla söhbət edəndə: “Marketinq AİR çox yaxşı məzunları var, Marketing Azerbaycan Qrupunu oxuyuram, Facemark, FMR TV çox maraqlıdır” kimi sözlər eşidirəm. Bu Sizin uğurunuzdur. Bizim gördüyümüz bütün işlərdə, başlanğıc və ana nöqtə ölkədə Marketinqi inkişaf etdirməkdir və bu inkişafın istənilən bir göstəricisini görmək məndə ifadə edilməz xoş hisslər yaradır, bundan gözəl nə ola bilər?!

Əziz oxucu, hamınızı 22 iyul (həftənin birinci günü) saat 20:00 Dalida restoranında olan Marketoloqların Ramazan görüşünə dəvət edirəm. Görüşdə iştirak etmək üçün buradan iştirakınızı təsdiqləyin.

Sosial şəbəkələrdə və Twitterdə rəsmi haştaqımız – #Dirennefsine elan edilir. Hamımız üçün xeyrli olsun.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close