image_pdfimage_print

Son 10 ildə hər dəfə iyul ayı gələndə yadıma taxıl əkməyim düşür. Bu taxılçılıq mənim ilk biznes təşəbbüsüm olub… təxminən 400 “şirvan” (o vaxt helə hesablanırdı) itirmişəm, ziyanım olub. Amma əvəzində mənə bir treninq, bir treninq… oldu, inanın ki, ömürlük həyat dərsi. İyul ayı olduğuna görə Sizə bu “həyat keysimi” danışmaq istəyirəm. Bu hadisə mənim üçün əsl biznes nəzəriyyəsidir. Vaxtınız varsa, başlayaq?!

Məni tanıyanlar bilir mən Yevlaxlıyam. İnanıram ki, həmdə bilirsiz ki, Yevlaxda ənənəvi olaraq pambıq əkilir. Pambıq əkilən torpaqlar isə, taxıl əkini üçün “yümşaq” desək yararlı olmur. AMMA mən 10 il bundan öncə belə düşünmürdüm.

Bir gün qrup yoldaşımla mühazirədə oturmuşdum… nə yalan danışım dərsədə qulaq asmırdım (o vaxt polisdə işləmək istəyirdim). Yanımda Oğuzdan qrup yoldaşım oturmuşdu. “Ağzım dinc” durmadı… və soruşdum:

Mən: “qardaş sən yayda nə edəcəksən?” Qrup yoldaşım cavab verir: “Taxıl biçinimiz var, orda olacam”. Mən deyirəm “Qardaş taxıl əkirsiz?!”, cavab “Hə”. Mən deyirəm “Pul qazanmaq olur?!”, Qrup yoldaşım deyir: “Əlbətdə hər il bir maşının pulu çıxır”. Bu sözlə mən şoka duşdüm, sevindim… mənədə maşın lazım edi!!!))

Tez-bazar taxıl əkmək prinsiplərini dostumdan “öyrəndim”. Çətin bir şey yox edi… sadəcə ilin əvvəlində pul verirsən, ilin sonunda biçində gəlib pulunu götürürsəm. Biznesmen olmaq nə asand işdir?! Özdə 100 qoymusansa ən pis halda… 300 götürürsən, ən piiis halda. Normal olsa 400 rahat götürəcəksən! Nə başınızı ağrıdım… elə mühazirə gedə-gedə artıq pulu hara xərcləyəcəyimi təyin etdim. Vse!!!

Vaxt itirmədən atamla danışdım. Allah hamının valideynlərini sağ eləsin, içində bizimkilər olmaqla. Heçnə soruşmadan “Əla fikirdi, et!” dedi. Mən ömrümdə taxıl əkməyin nə olduğunu bilmirdim… və ata bir tanış (qohum) adamdan xahiş etdi ki, onunla taxıl əkim.

Qohumun 5 hektar sahəsi var edi. Ürəyimdə dedim vseeee: “Sahə var, taxıl əkəcəm milyoner olacam!!!”. Qohumla danışdıq və razılaşdlq ki, mən taxıl pulu verəcəm, qohumda torpağını. Nə çıxsa, yarı bölünəcək. Uzun-sözün qısası, qohum mənə hər yektara görə 100 şirvan lazım olduğunu dedi. Bura hər şey daxildir: həm əkin, həm biçin, həm sulama… bir sözlə həəər şey!

Atamdan pulu aldım və qohuma birdən-birə 500 şirvan pul verdim (indi yazandada, gülməyim gəlir)!. Qohum getdi “əkməyə”. 2-3 aydan bir zəng edirdim: “Taxıl necədir?” oda sağ olsun, məni həvəsdən salmırdı. Deyirdi ki, narahat olma… taxıl deyil, qızıldır.

Biçin vaxtı gələndə… (hə birdə deyim, biçinə qədər bir 30-40 şirvanda aldı məndən… kübrə və s.) getdim kəndə. Bugünə qədər biçin sahəsinə getməyim… yadıma gəlir. Bir isti edi, bir isti edi. Bilirsizdə Yevlaxda necə isti olur?! Yevlaxlılar bilir.

Bir zülmlə biçini bitirdik və məlum oldu taxıl çox çirklidir. Qohum dedi ki, gəl taxılı saxlayaq (onlarda) biçimdən sonra qiymət qalxacaq, onda rahat və baha satarıq. Əlbətdə razılaşdım.

Taxıl biçimi bitdi, hardasa avqust ayında taxıllları satanda məlum oldu ki, biz 5 hektardan cəmi 2 ton taxıl yığmışıq… bunuda 5 qəpikdən satıb 100 şirvan pul əldə etdim. Yadınıza gəlirsə taxıla 500 şirvan qoymuşdum. 500-100=400 ZİYAN!!!

Ziyan bir tərəfə “qohumda” məndən narazı qaldı. Dedi ki, mən qışda “ac” qala bilmərəm. Nə başınızı ağrıdım, o 100 şirvandan 30-nu qoyuma verdim. Ən maraqlı bu edi ki atam mənə heçnəəə demədi. Sadəcə güldü və dedi ki, belə şeylər olur.

Beləliklə bu taxılçılıqdan mən nə nəticə çıxardım?!

  1. Bilmədiyin işə girmək olmaz. Taxıl hara, mən hara?! Mən taxıl əkmək prinsiplərini bilsəydim, heç olmasa o “qohum” məndən bir-birə 500 şirvan istəyəndə ona deyərdim ki, xərclədikcə mənə de birlikdə verək.
  2. Pulu olmayan adamla iş görmək olmaz. Çünki pulu olmayan adam, potensial olaraq səni aldatmağa hazırdır. Birdə o risk etmir, axı heçnə qoymayıb!!! Əlini daşın altına qoymayan adamla, iş görməyin.
  3. İşin üstündə olmaq şərtdir. Mən taxılın pulunu verib, “yatırdım”. Əlbətdə bu biznes pul qazanmaq mənim halalım deyil. Biznes əziyyəti sevir. Əziyyətsiz biznes olmaz. Öz işinin üstündə olmaq şərtdir.
  4. Qohumla iş görməzlər. Qoyum iş görmək çox çətindir. Yaxşı olanda gözü cibində qalır, pis olanda pis olursan. Bu baxımdan çalışmaq lazımdır ki, biznesdə qoyumlarla təməsda olmayasan. Amma bir məsələ var. Əgər qoyum həqiqətəndə işinin professionalıdırsa… niyədə yox?!
  5. Hesabatçılıq şərtdir. Kiminlə iş görməyinizdən asılı olmayaraq, hesabatlara baxmaq hamımız “qızıl” prinsipi olmalıdır. Nəzarət edilməyən heç bir iş, Sizin deyil!
  6. Övladlarınıza etibar edin. Mənim atam mənə o pulu verməklə, pulu itirsədə övladına yaxşı həyat dərsi verdi. Sağ olsun!
  7. ƏN VACİBİ: Şəxsi təcrübə hər şeydən öndədir. Mən bu taxılçılıqda öyrəndiyimi heç bir MBA və ya PhD olmaqla öyrənə bilmərəm. MBA oxumuş və PhD olmuş biri kimi Sizə deyirəm!
  8. Səhvdən qorxmaq olmaz. Hamı səhv edir, etməlidirdə. Əsas odur ki, bir dəfə edilən səhvi bir daha etməyisiniz.

Bu baxımdan mən “qohumlardan” çooox razıyam. Sağolsunlar. Düzdür mən o vaxt 400 şirvan itirdim… amma əvəzində “qiymətsiz” təcrübə qazandım.

Hə birdə, əslində səhv dedim mənim ilk biznesim taxılçılıq yox…, saggız satmaq olub. Bir gün danışaram bu haqda…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

8 Comments

  1. " Shexsi tecrube her sheyden ondedir!" yazinizin davamini gozleyirem..

  2. Sağolun İlkin bəy,sizinlə razıyam. Onsuzda boyük biznesmen olmaq istəyən heç vaxt yeni qurduğu biznesə kənarda oturub nəzarət etməməlidi və edə də bilməz. Qazandığı 3-5 manatdırsa onu da başda özü götürməlidir. İlk başda kiməsə tapşırılacaq məsuliyyət ya verəcək pul yoxdur məncə.

    • Elbetde!!! Bunun ucun sadece bir nece defe yeni biznesleri “o” gurmag lazimdir. Bunu eden kimi, bu meselelerin hegigiliyine hami inanacaq. Shexsi tecrube cox yaxshi mektebdir!

  3. Əlbətdə. Amma bizdə vəziyyətə bir baxın. 10 000 manatnan yatırım edib, 2-3 nəfər də işçi tutub,özü isə kənarda oturub,uğur axtaran adamımız var çox təssüf ki.

  4. Çox sag olun İlkin bəy, dediklərinizlə tam razıyam, bu biznes qurmağa dair həyat təcrübələri məni də bu həyatda çox şeyə öyrətdi, çox ziyanlar etdim, dostu-düşməni tanıdım. Sizin məqaləyə rastlamağımin da səbəbi məhz sizin kimi yaxın bildiyim birinə pul verib taxıl əkmək olmuşdur. Məsələ burasındadırki, siz hekayədə olan kimi, mənim də bir tanışım dedi ki, maya burax 50 hektar torpağım var taxıl əkək nə olsa 50/50-yə. Mənə dedi ki, 1000 AzN pul lazımdır, mən də verdim. İndi ele İyul ayı qurtarırdı gördüm hər yerdə taxılı biçib qurtarıblar bundan xəbər çıxmır. Zəng etdim sorushdum ki, ay qardaş bəs nooldu bizim taxıl məsələsi?! Dedi hə lap yaxşı olub, biçmişəm, 12 ton 6-sı sənin 6 tonu da mənim, yığmışam qaraja 3-4 aya bahalaşanda satacam, indi ucuzdur kq 20 qəpikdir. Martda 5-10 qəpik baha olacaq. Mən də vurdum böldüm gördüm ki, 6 tondan mənə cəmi 1200 AzN pul qalır, yani bunun 1000 AzN mənimki, 200 AzN də xeyir. Bu səbəbdən nəsə yaman şübhələndim indi araşdırıram görəm 1000 AzN-ə nə qədər taxıl əkmək olar və nə qədər sahədə, və 50 hektar sahədən nə qədər məhsul götürmək olar?! Odur ki, ele sizin də hekayəyə rastladım və çox maraqlı oldu mənimçün. Çox sağ olun ki, öz təcrübənizi bölüşürsünüz.

    • Perviz bey esas odur ki, artig Azerbaycandan dilinde oxumag isteyen dostlarimizin sayi artir. Bloqa verdiyiniz diggete gore cox sag olun.

      Blogun gapilari her zaman uzunuze acigdir! Bizim blogu yalniz dostlar oxuyur… artig adam buralarda olmur. Ele bilin oz saytinizdir)!

      • Təşəkkürlər, çox gözəl bloqdur. Uğurlar Sizə. Hesab edin ki, mən də artıq Sizin daimi oxucularınızdanam.

  5. Heyat tecrubeleriniz insani hemishe ireli can atmaga heveslendirir. Cox sagolun

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close