image_pdfimage_print

Bugünlərdə Almatada ezamiyyədəyəm olduğumdan bu şəhəri (ölkəni) daha diqqətli öyrənməyə başlamışam. Mən Kazaxstanda çox olmuşam. Hər dəfədə bu ölkənin yerli biznesmenlərimiz üçün gözəl potensiallı bir yer olduğundan əmin oluram. Bizim biznesmenlər mütləq Almatada (Kazaxstanda) bizneslərini genişləndirməlidirlər. Mən niyə belə düşünürəm?!

Daha əvvəl olan yazılarda biz Azərbaycan şirkətlərinin inkişaf corafiyası barədə yazmışdıq. Bu defə konkret olaraq niyə Kazaxstan bazarının maraqlı olmasından danışacam. Beləliklə:

  1. Kazaxstan bazarı son dərəcə dinamik inkişaf edən və böyük bazardır. Post-sovet ölkələrində adam başına düşən əmək-haqqına görə ölkə ikinci yeri tutur. Rusiyadan sonra. Bununla yanaşı neft gəlirləri, stabil siyasi mühit ölkədə biznesi dahada inkişaf etdirir.
  2. Kazaxstanda biznes rühu, daha çox pul qazanmaq istəyi bizim yerli sahibkarlarla müqayisədə aşağı səviyyədədir. Bundan bizim biznesmenlər son dərəcə səmərəli istifadə edə bilərlər. Qısası ölkədə sahibkarlıq mühiti yaxşı olsada, sahibkar olmaq istəyən, riskdən qorxmayan azdır. Biznesdə icra və istək çox vacibdir. Bizim sahibkarlarda bu var.
  3. Kazaxstanda rus dili demək olar ki, əsas ana dilidir. Xarici ölkələrdə işləyənlər məni yaxşı başa düşər. Rus dilində bizim sahibkarların və işçilərin çoxları bildiyi üçün rahatlıqla burda biznes aparmaq olar. Çimkent bölgəsindən başqa Kazaxstanda əsas dili daha çox rus dilidir.
  4. Kazaxstanda qanunverilicilik digər post-sovet ölkələri ilə müqayisədə daha sadədir. Ya qanunla həll edirsən, yada bizim biznesmenlərin “rahat” edə biləcəyi digər yolla. Qanunlar biznesə mane olmur. Əsasda budur.
  5. Kazaxstanda milliyətçilik digər ölkələrlə müqayəsədə daha az inkişaf edib. Xarici ölkələrdə iş qurulan zaman ölkədə milliyətçilik məsələləri sahibkarlar üçün böyük maniyə ola bilər. Bu ölkədə bu məsələ demək olar ki, yoxdur.
  6. Kazaxstan bazarında innovativ və dərin ticari məntiqi olan pərakəndə və ya istehsal şirkətləri yoxdur. Paralel olaraq Gömrük qanunvericiliyi və “yazılmyan” şərtlər çox sadə və asanddır.

Ümumiyyətlə mən hesab edirəm ki, bu ölkədə Azərbaycanlı sahibkarlar böyük işlər görə bilərlər. Sadəcə gecikmək olmaz. Hər zamanın öz hökmü olduğu kimi, hər bir bazarında bir “boş” vaxtı olur. Bu zamanı tutduğumuz zaman işlər daha rahat gedə bilər.

Kazaxstan bazarı Azərbaycan biznesi gözləyir…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Sizce Kazakstanda hansi biznes sahelerinde is gurmag olar? Azerbaycanlilara garsi orda munasibet necedir

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close