image_pdfimage_print

Yay sözü istirahət sözü ilə mənim gözümdə sinonimdir. Bu məntiqlə məndə hələ yay gəlməyib. Buna baxmayaraq həftə sonu (beşinci gün) Bakıya gələr-gəlməz ailəvi reqionlara “səfərlərə” başladım. Altıncı və bazar günü Oğuzun Xal-Xal kəndində oldum. Təbiyyəti çox gözəl olsada infrastruktur, ümumi ab-hava xoşuma gəlmir bu kənddə. Buna baxmayaraq ailə və balaca uşaqlar üçün çox yaxşıdır, havası əladır. Bugün şəhərə qayıdanda “ekspromt” şəkildə Lahıca getməyi gərara gəldik və maşının rolunu “yüngülcə” Lahıc istiqamətinə saldım. Sizə gördüklərimdən və görmək istədiklərimdən danışım.

Deməli ilk olaraq deməliyəm Lahıc özünü gözəl reklam etmişdi. Mən ömründə bu yerdə birinci dəfə olsamda, ora haqqında kifayət qədər məlumata malik edim. Azərbaycanda PR o qədər güclü ikinci bir yer, inanın ki bugün ağlıma gəlmir. Maraqlı istirahət dedikdə, tarixi turizm dedikdə, gözəl təbiyyət dedikdə, Bakıya yaxın səfalı yer dedikdə Lahıc ağla gələn ilk yerlərdəndir (Top of Mind). Bu reqionun inkişafı üçün əla şansdır.

Yolları yarı-düzəlmiş, yarı-sökülmüş olmağı belə məni ailəyə “söz” verdiyim Lahıc gəzintisindən döndərə bilmədi və… saat 13:15-ə biz Lahıca çatdıq!

Bugün Orucda tutmamışdım və təbii ki ağlımızda ilk şeylərdən biridə yemək yemək edi. Lahıc turunu önə saldıq və gəzintiyə başladıq. Düşündük sonra gəlib yemək yeyərik. Əsas kücə ilə hərəkət edirdik, qızıma Lahıc tarixini danışa-danışa suvenir satan mağazalara girdik. Mağazalarda müştəri “problemi” yox edi. Daha doğrusu mağazalara müştəri girirdi, amma Satış… satış məncə son dərəcə zəif edi. Səbəb?!

Mən özümdən danışım ki, digərləridə nəticə çıxarsın. Orada bir neçə suvenirdən xoşumuz gəldi… amma inanın mənə bir mağazada satıcı tapmadım. Cəmi bir satıcı var edi, oda digər müştərilərlə danışırdı… Mənə “növbə” çatmadı.

Digər bir mağazada ümumiyyətlə “satmaq” istəyi hiss edilmirdi. Bir suvenirin nə olduğunu soruşdum… bir nefər yaşlı kişi, cavan oğlana “gör nə istəyirlər” dedi… o oğlanda nə istədiyimizi soruşdu, amma heçnə cavab vermədi…

Əziz oxucu, bu yazdıqlarım neqativ görünsədə həqiqətdir, amma Lahıcın gözəlliyi, tarixi, orda olan ab-havanı görmək, dadmaq son dərəcə vacibdir. Lahıcda mən bu qeyri-professionallıqla yanaşı səmimi insan güləşləridə gördüm.

Lahıcı gəzib heç bir suvenir almadıq… və yemək-yemək üçün Cənnət Bağı deyilən restorana girdik. Maşını parkinq edib bir yer tapdıq… və başladı. Qardaş 10 dəqiqə ofisiant gözlədikdən sonra, axır ki, özüm gedib adminstratoru tapdım. Diaoloqumuz:

Mən: “Acından öldük, hardasız?!”, Adminstrator “Müəllim, (müəllim olmaq mənim arzumdur) müştəri çoxdur, başımız qarışıqdır”. Mən: “Bizə nə verə bilərsən?”, Adminstrator “Müəllim bax 27 nəfər qonağımız var, onları yola samlalıyıq. Ondan sonra Sizə yaxınlaşacam”. Bu diqloq gedə-gedə adminstrator gardaş digər ofisiantlara deyirdi: “Heç kim sifariş qəbul etməsin, adam çoxdur”.

Siz özünüzü o restoranın sahibinin yerinə qoyun. Dəhşətli bir hissdir. Restoranda masaların yarısı boş ola, həftə sonu, mövsimi bir vaxtda… sənin adminstratorun isə deyə ki, müştəri çoxdur sifariş almayın!!!

Nə başınızı ağrıdım… gördüm bir mən deyiləm yeməksiz qalan. Həqiqətəndə xidmət sıfırın altında edi. Düşündüm “adama necə get deyərlər?!” və yeməyi İsmayıllı tərəfdə yesək daha yaxşı olar. Lahıcdan geriyə doğru düşdük.

Sizə deyim ki, mən həqiqətəndə Lahıcın gözəlliyinə və “tarixinə” görə burdan nesə almaq və burada nesə yemək istəyirdim. Əslində mənim kimi, adamlar ətrafda çox edi və xidmətdə buraxılan səhvlərə görə turizm biznesi layıq olduğu müştəridən (məndən və digər mənim kimilərdən) tam istifadə edə bilmədi.

Lahıc misallında mən bir neçə nəticələrə gəldim.

  1. Azərbaycanda ən azı daxili turizm dövriyyəsini artırmağa real imkanlar var. Ən azı bazar var, ən azı müştəri var. Bundan istifadə etməmək “günahdır”
  2. Bizim yerli turizm şirkətklərinin ən böyük problemi xidmətdir. Biz nəyin ki, xidmət edə bilmirik, biz xidmət etməyin vacib olduğunu hələ qəbul etməmişik.
  3. Sahibkarlar lazımı yerlərə pul qoymurlar. Hansısa bir reqionda milyonluq investitsiyalı biznesdə HR pul xərcləməmək… hələ bu biznes turizm sektorudursa… ən azı öz puluna qarşı hörmətsizlikdir.
  4. Reqionlarda insanlar işləmək istəyir, lakin bu işləyə bilir demək deyil. Turizmin güclənməsi yollarından biri, hətta birincisidə konsaltinq xidmətlərinin təşkil edilməsidir. İdeyasızlıq bugün Azərbaycan reqionlarının ən böyük iqtisadi problemlərindəndir.
  5. Brendinq Azərbaycan turizm üçün hava-su kimi lazımdır. Bugün xaricə Azərbaycanlı axınını saxlamağın ən yaxşı yollarından biridə güclü Azərbaycan “yer-brendlər” yaratmaqdır.

Mən hesab edirəm ki, Azərbaycan turizm potensilı artırmaq yolları var. Bizim sahibkarlar sadəcə daha profesional işləməli, xarici bençmarkinqə investitsiya qoymalıdırlar. Birdə… hamımız üçün aydındır ki, turizm sektorunun inkişafı makro-amillərə daha çox ehtiyyac duyur!

Sonda hər birinizə Lahıca getməyi tövsiyyə edirəm. Əgər olmusunuzsa bir daha gedin. Həqiqətəndə getməyə dəyər… belkə bəxtiniz gətirdi, orda pulda xərclədiniz!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close