image_pdfimage_print

Bugün yaxın dostumuz Huseyn bəy myvideo saytında mənim Milli Marketinq Forumunda olan açılış çıxışımı “tək parça” olaraq yerləşdirmişdir. Çox sağ olsun. Maraqlı olsa Sizdə baxa bilərsiniz.

Ümumiyyətlə mən hesab edirəm ki, hər bir marketoloq, hər bir biznes adamı öz fikrini düzgün və başa düşülən formada izah etməyə qadir olmalıdır. Vacib deyil, hazırlıqlı və ya spontan… biz yaxşı danışmağa məcburuq. Mən öz çıxışlarımda çoooxlu səhvlər görürəm. Əlbətdə bu səhvləri öyrənmək ən ideal metod “şahmatçı” üsuludur.

Bilirsizdə şahmatçılar öz səhvlərini necə düzəldirlər?! Yaxşı şahmatçı olmaq üçün oynadığın oyunları tam təhlil etmək və təhlil etdiyin oyunun təhlilini bir dəftərə yazmaq mütləqdir. Mən şahmatla aktiv məşğul olduğum vaxtlar mənim müəllimlərim bunu mənə bir növ vərdiş kimi “otuzdurmuşdular”. Hər bir partiyam minimum 3 gün təhlil edilirdi.

Mən eyni prinsipi bugün “şahmatsız” həyatımdada tətbiq edirəm. İstənilən atdığım addımı mütləq qaydada təhlil edirəm və gələcəkdə bir daha səhv buraxmağa çalışıram… biri məni saxlasın… yenə gələcək olacaq bloq mövzusu barədə yazdım deyəsən.

Neysə, əziz oxucu tezliklə Sizlərə bu “şahmatçı” metodundan ətraflı yazacam, hələlik isə video baxa bilərsiniz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close