image_pdfimage_print

Bugünlərdə işə götürülməsində yaxından iştirak etdiyim işçilərdən birinin işdən azad olmaq istədiyini eşitdim. Çox təəcübləndim. Yadıma gəlir, cəmi 4 ay bundan öncə o işçiylə aramda təxminən belə bir dialoq olmuşdu:

Mən: “Bu iş son dərəcə məsuliyyətli işdir və burada işləmək istəyirsənsə, fikrini gətiləşdir. Burada bir-az işləyib çıxmaq olmaz, sənə ilk etapda investitsiya qoyulacaq”. İşçinin cavabı: “İlkin müəllim narahat olmayın mən daimi iş axtarıram və məni bura işə götürsəniz uzunmüddətli işləyəcəm”. Mən deyirəm: “Onda mən səni işə götürürəm, amma sənin etdiyin səhv, mənim səhvim olacaq”. İşçi xanım deyir: “Müəllim peşman olmayacaqsınız!!!”

Bugün isə hemin xanım… “Mənim ən böyük arzum filan şey olmaqdır…” deyir və yeni işə keçmək istədiyini bildirir. Ay bala bəs onda nə gəzirdin başqa şirkətdə?! Belə işçiləri işə götürmədən işdən çıxarmaq lazımdır! Dəhşətlisi budur ki, bu işçi hər şeyi həll edib bu haqda sonda məlumat verir. Kobud dildə desək: “Mən sabahdan işə çıxmayacam” səviyyəsində. Bu tamamiylə qeyri-peşəkarlıqdan xəbər verir.

Adətən işçilərlə söhbət etdikdə daim belə sözlər eşidirəm, Bizi sahibkarlar başa düşmür, bizim sahibkar öz bildiyini edir, bizim sahibkar bizə inanmır və s. Mən hesab edirəm ki, bugün Azərbaycan biznes mühitində sahibkarlar öz işçiləri ilə müqayisədə daha haqlıdırlar. Bugün bizim ölkədə çoxlu işləyə bilməyən işçilər var!!!

Bizim işçilər öz məsuliyyətlərini bilmədən yüksək maaş, rahat iş mühiti və sosial üstünlüklər axtarsada elementar vəzifə öhdəliklərini bilmirlər. Unutmaq olmaz ki, işçinin pul almalı deyil, o pul qazandırmalı və qazandığı pulun haqqını verməlidir. Bunun əsasında o maaş və pul tələb edə bilər.

Artıq Sovet dövrü keçdi… bugün heç kim, heç kimə borclu deyil. Sahibkar bizim zehni, fiziki əməyimizdən istifadə edərək dəyər yaradır və bunu satır! Biz isə eyni cürə öz resurslarımızdan istifadə edərək qabiliyyətimizi satırıq.

Bu baxımdan uğurlu sahibkarın ən vacib xüsusiyyətlərindən biridə insanları tanımaq və düzgün komandanı ətrafına yığa bilməkdir.

Muasir dövrdə biznesə ən faydalı disziplina idarəetmə qabiliyyətidir!!!

Biz Sizinlə bir neçə dəfə söhbət etmişik ki, yeni biznes açılışlarında, start up layihələrdə işçilərin əhəmiyyəti daha yüksək olur. Əgər böyük və daha sistemli bizneslərdə işçinin dəyəri yalnız konkret prosesinin keyfiyyətli yerinə yetirilməsi ilə ölçülərsə, yeni bizneslərdə konkret işçidən hansısa prosesin icra olunub-olunmaması asılıdır.

Bunu butün işçilər başa düşməli və məsuliyyətli olmalıdırlar. Axı biz hansısa bir şirkətdə çalışaraq zəhmətimizlə qazancımızın haqqını verməliyik.

Hesab edirəm ki, orta menecment hədəflərini daha düzgün qoymalıdır. Mütləq düzgün və lazımlı hədəflər təyin edilməlidir. Ən qorxulu adam, ən qorxulu işçi məqsədi, hədəfi bəlli olmayan işçidir.

Arzu edirəm heç bir sahibkarın qabağını məqsədi dəqiq olmayan işçi çıxmasın!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close