image_pdfimage_print

Çox yaxın tanıdığım, biznesdə 40 ildən çox iş təcrübəsi olan bir nəfərin dediyi sözlərlə bu yazını başlamaq istəyirəm: “Mən şirkətlərin Marketinq, R&D, İstehsal kimi funksiaların köməyi ilə inkişaf etdiyini çox görsəmdə, bir dənədə olsun şirkətin güclü maliyyəçi hesabına irəli getməsini görməmişəm. O şirkətlərdəki maliyyə nəzarəti əsas funksiya kimi oxtaya çıxır… o şirkətlər tezliklə məhv olurlar!” Bu fikirlərlə tam razıyam. Dediklərimi bir neçə tezislə əsaslandırmağa çalışacam.

Biznesin ürəyi müştəridir. Müştərini isə “quru” rəqəmlərlə görmək olmaz, müştərini başa düşmək üçün həyacan lazımdır. Heç bir maliyyə nəzarəti, heç bir maliyyə hesabatı müştərinin həqiqi portretini ortaya qoya bilmir. Beləliklə maliyyəçilər əslində biznes üçün lazımsız olan funksiyaya nəzarət edərək, əsas işlərin həyata keçirilməsinə mane olurlar. Biznesin nəticəsi pul qazanmaq olsada, bu pulun qazanılma yolu heç bir şəkildə maliyyəçilərin əlində olmur.

Ümumiyyətlə 21-ci əsrdə maliyyə biznesdə öz aktuallığını gündən-günə itirir. Bugün dünyanın ən güclü və rentabelli şirkətlərinə baxın: Google, Apple, Coca-Cola, McDonalds… və s. Əgər bir vaxtlar şirkətin gücü onun aktivindəki siyahının çoxluğu edisə… bugün əsas uğur kriteriyası kimi brend, informasiya qaynaqları, know-how, HR potensialı kimi amillər dayanır. Bunları maliyyəçilər başa düşürmü?! Axı belə faktorlar “maliyyəçilər” tərəfindən qəbul edilmir. Onlar üçün rəqəmlər vacibdir.

Bu dediklərim heçdə o mənaya gəlmir ki, biznes əsas məqsədi maliyyə demek deyil. Sadəcə biz başa düşməliyik ki, yalnız məqsədlə biznes yaratmaq olmaz. Əgər Sizin biznesin hədəfi yalnız maliyyədirsə, əmin olun ki, irəli gedə bilməyəsiniz. İstınilən biznesdə maliyyə qazancı ilə yanaşı digər bir stimul olmalıdır! Maliyyəçilərimizin bəziləri elə başa düşürlər ki, biznesdə elə ancaq pulu düzgün saymaq lazımdır. Əslində biznesdə ən çətin fəaliyyəti pulu kassaya salmaqdır.

Mənim maliyyəçilərə şəxs olaraq heç bir “pretenziyam” yoxdur. Olada bilməz. Mənim çoxlu maliyyəçi dostlarım var. Amma reallıq reallıq olaraq qalır.

Bugün maliyyəçilər hələdə başa düşməyiblər ki, onların gece-gündüz əldə etməyə çalışdıqları sertifikatlar heç kimə lazım deyil! Artıq kağız-kugüz dövrü gedib. Onun yerinə insanlarla unsiyyət qurma bacarığı, praktik zəka, tez gərar vermə qabiliyyəti, müştəriləri başa düşmə kimi xarakteristikalar gəlib. Maliyyəçilər isə hələdə CFA, ACCA, CMA nə bilim nə “C” danışır, bəsdirinda-aa-a Sizinki!)) Özünüzə yazığınız gəlmir, bizə yazığınız gəlsin!

Ünsiyyət demişkən bəzi maliyyəçilərlə danışmaq belə çətin olur. O gün bir maliyyəçi ilə görüşmüşəm… yalan olmasın 15 dəqiqə sertifikatlardan danışdı, sonradan bir-az biznesdən danışdıq, axırdada marketinq xərclərinin hesablanması üçün bir proses hazırlamaq istədiyini və məndən bu istiqamətdə kömək istədi. Hörmətli maliyyəçi dostumuza dediyim məsələni bir daha burdada yazım.

Əziz maliyyəçilər biznes proseslərlə deyil, insanlarla idarəedilir. Proseslər insanların işlərini yungülləşdirmək üçün bir vasitədir, bir alətdir. Proses heç vaxt hədəf ola bilməz. Hədəfləri isə biznesdə marketinq qoyur. Marketinq fəaliyyətinin yaxşı təşkil edilməsinin ən ideal prosesi şirkətdə müştəri dəyərlərinə əhəmiyyət verməkdir. Unutmayın ən ideal prosesləri olan şirkət belə “cansız” şəkildə fəaliyyət göstərə bilməz. Amma prosesi deyil, ürəyi, canı, biznes düşüncəsi olan mən 10-la şirkət tanıyıram, onlar yüksək templərlə inkişaf edirlər.

Bir vaxtlar Maliyyə direktorları şirkətdə İcraçı Direktor (CEO) olmağa ən yaxın adam edilər. Səbəb çox sadə edi, o dövrlərdə biznes maliyyə nəzarəti ilə hələdə idarəedilə bilirdi. Bəs bugün?! Bugün o maliyyəçi ki, marketoloq kimi düşünə bilmir, heç vaxt uğurlu CEO olması mümkün olmur. Maliyyəçilərin CEO olmaq üçün yeganə yolu marketoloqlar kimi, istehsalçılar kimi düşünə bilmə qabiliyyətləridir. Əgər maliyyəçi şirkəti maliyyəçi məntiqi ilə idarəetsə – şirkət batar!

Əziz və hörmətli maliyyəçi dostlarımız! Sizdən xahişim biznesi proses kimi yox, canlı mexanizm kimi görün. Əsas hədəf olaraq xərcləri azaltmaq yox, mənfəəti artırmaq görün. Qeyri-maddi aktivlərin vacibliyindən əmin olun. İnsan qaynaqları, brendə qoyulan investitsiyaları təşviq edin. Birdə xahiş edirəm bu sertifikat söhbətlərini yığışdırın. Biznesdə sertifikat yox, çeviklik qalib gəlir.

Maliyyəçi dostlarımıza atəşli salamlar!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

12 Comments

  1. Qəşəng :)

  2. Utanmır, hələ axırda maliyyəçilərə salam the göndərir ))))).

  3. Çox savadsız yazıdı. Cem Yilmaz demişkən: Birini yüceltməkden ötrü diğerini itin g*tünə salmak gerekmez ki. necə deyərlər "Mənim məsləyim haqqdır demək olar. Amma ən haqq mənim məsləkimdir deyə bilmərsən". Marketing, Finance, R&D, POM vəs. bunların hərbirinin müəssisədə yeri ayrıdır, birini digərindən üstün tutmaq vəya hər hansı biri olmadan digərini təsəvvür etmək olmaz.
    Bu adam Finance vəya Accounting funksiyasını düzgün başa düşdüyünə şübhə edirem. Finance funksiyası sadəcə pul qazanmaq deyil. Kobud şəkildə desək, Maliyyə vəsaitlərini düzgün idarə edərək var olan maliyyə resursları daha da artırmaqdır. Nəyin bahasına olursa olsun pul qazanmaq "Gangster'lərin Funksiyasıdır"

  4. Özal Kerimli neçə il iş təcrübəniz var?

  5. mailiyəçilər hirsləndirəcək məqalədi))).
    Maliyyəçilərimizin bəziləri elə başa düşürlər ki, biznesdə elə ancaq pulu düzgün saymaq lazımdır)))).

  6. Ilkin, agentliklərə qarşı marketinq müdirləri də çox vaxt maliyyə müdiri kimi yanaşır :)

  7. Məncə nə maliyyəçilər lazımdır,nə də başqa mütəxəssilər.Marketoloqlar hər şeyi idarə edə bilirlər.))))

  8. Rashad Nazarli marketinq müdirlərindən nə çəkmisənsə, hər postda bu söhbətə qayıdırsan ))) nə olub qardaş?

  9. Özal Kerimli sən o vaxt İmran müəllimi də belə sevirdin )) Qardaş maliyyə gərək çox olsun ki, onu idarə edəsən də, az olanda idarə etməli bir şey qalmır. Gah o tərəfə sayırsan, gah bu tərəfə sayırsan eyni məbləğ olur ))))

  10. Gardash agentlikler… ayri dunyadiii)) gardashdilar. Pensiyaya cixanda onlardanda yazacam, insallah!)))

  11. Kim yazib eee bu yazini?!)) Eslinde her bir struktur dostlarimizdir. Bir gun "pensiyaya" cixanda Marketoloqlardanda yazacam!)

  12. Rafiq Hunaltay marketinq müdiri kimi çəkmişəm, onlardan yox

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close