image_pdfimage_print

Bugün çoxtandır görüşə bilmədiyim bir dostumla (PhD birlikdə oxumuşuq) söhbət edirdik. Söhbətimiz hərlənib-fırlanıb yerli şirkətlər və orda olan vəziyyətə, biznes mühitə keçdi. Maraqlı bir fikir formalaşdı: “Oğurlamaqla qurulan bizneslə, qazanmaqla yaradılan arasında fərq nədir?!”. Bu barədə Sizlərə öz fikirlərimi bildirəcəm.

İlk əvvəl qeyd edim ki, bu iki bir-biri ilə tamamiylə fərqli görünən məsələlər arasında həmdə oxşaq cəhətlər var. Hər ikisinidə etməkdə məqsəd daha çox pul əldə etməkdir, hər ikisini etmək üçün həvəs lazımdır, hər ikisi insana əzəb verir və s. Bu iki yanaşmaya sırf biznes tərəfdən baxdıqda aşağıda düşündüyüm fərqlər meydana çıxır.

Fərq №1. Əgər oğurluqla qurulan bizneslərdə insanlar əhəmiyyəyli deyilsə, qazanmaq yaradılan biznesin şahı – insanlar, kadrlardır. Əgər hansısa şirkətdə insanlara, kadrlara dəyər verilmirsə… əmin olun bu şirkətin fundamentində oğurluq pullar var. Qazanılan pulla qurulan bizneslər çoxtan başa düşüb ki, istənilən işin sahibi, biznesmendən çox ordan işləyən, o biznesi böyük yerlərə gətirən kardlardır. Məsələn oğurluqla qurulan işlərdə, qoyum, qardaş, dost yuxarı başda oturur. Qazanılan bizneslərdə ust başda yalnız və yalnız ora layiq olan adamlar olur, olmalıdır!

Beləlilə birinci nəticəsimiz: Oğurluq pulla qurulan bizneslərdə, insanlara, kadrlara dəyər verilmir. Qazanmaq yolu ilə qurulan bizneslərdə insanlara dəyər verilir.

Fərq №2. Oğurluqla qurulan biznesdə investitsiya investitsiya xatirinə, qazanmaq yolu ilə qurulmuş bizneslərdə investitsiya pul qazanmaq üçün qoyulur. Bu yaxınlarda bir şirkətlə söhbət edirəm, bunlar Azərbaycanda bir sahəyə çox böyük investitsiya qoyurlar (şirkətin adını özüm demirəm), bunlar üçün bir araşdırma etdik… inandırıram Sizi 15 gün hesabatı başa düşə bilmədilər… axırdada dedilər ki, Siz bizim ümidlərimizi “puç” etdiniz. (Təbii ki, bu ödənişi heç bir təsiri yox edi, mən tam ödənişi əvvəlcədən almamış işə başlamıram)

Biz sadəcə bazarı daha dərin təhlil etdik… onlar isə investitsiyanı qoyub “şoka” düşmək istəyirdilər. Bu yaxında eşitmişəm ki, investitsiya qoymağa qərar veriblər. Mən artıq başa düşürəm ki, bunlar pulu necə qazanıb!!! Belə şirkətləri rəhbərlər məhv edir.

İkinci nəticəmiz. Oğurluq pulla qurulan bizneslərdə investitsiya məntiqi demək olar ki, olmur. Pul o qədər çox olur ki, ona mütləq harası “dürtmək” hədəfi olur. Qazanılan işlərdə isə bunun tərsi olur, təbii ki.

Fərq №3. Oğurluq pulları qazanılan şirkətlərdə satışın artırılma yolları dedikdə “day-dayları”, qazanılan pulla qurulan bizneslərdə satışın artırılması üçün Sizində bildiyiniz yollardan istifadə edilir. Mən fikir verirəm, “havadan” qurulan bizneslərdə satışın artırılması üçün az-qala “polis” işə cəlb edilir. Dəhşətlisi budur ki, bu qədər dəstəyə baxmamayaraq onlar daim ziyanda olurlar. Biznes məntiqi ilə işləyənlər isə yaxşı pul qazanırlar. Ədalətin, halallığın ən bariz göründüyü yerlərdən birincisi biznesdir. Oğurluq pullarla qurulan bizneslərdə xeyr, bərəkət olmur. Olada bilməz!!!

Üçüncü nəticə. Oğurluq bizneslərdə satışı artırmaq üçün direktiv metodlardan istifadə edilsədə, bu xeyr vermir. Oğurluq bizneslərdə din-bərəkət olmur, olada bilməz.

Mən bu fərqlər barədə çox yaza, çox danışa bilərəm. Hesab edirəm ki, bizim bloqun oxucuları biznesdə halallığın, düzgünlüyün nə qədər vacib olduğunu bilirlər.

Ədalət bugün ən effektiv marketinq alətidir… Sizə tam əminliklə deyirəm!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close