Monthly Archives İyul 2013

Sizə tam səmimi deyim, hər dəfə Orucluq ayı gələndə qəlbimdən daha çox yaxşılıq etmək, daha yaxşı işləmək, sevdiklərimi daha faydalı olmaq hissi dahada qabarıq hiss edilir. Əlbətdə bu müqəddəs Ramazan ayının hikmətidir.

Bugün nəhayət ki, RafiqAnar müəllimlə bir araya gələ bildik. Saat 6-a başlayan görüşümüz 00:45 başa çatdı. Hesab edirəm ki, yaxın günlərdə Azərbaycan Marketinq icmasına bir neçə yeni layihə təqdim ediləcək. Layihə adları surpriz olsun, amma söz verirəm çox maraqlı və faydalı olacaq.

Bugün dostlarımızla Dağ üstü parkda çay içirdik… son dərəcə gözəl hazırlanıb oralar. Hamınıza məsləhət görürəm. Mövzumuz bu haqda deyil təbii ki. Çay içdiyimiz zaman biz bir-iki məsələ barədə söhbət etdikdən sonra, Qriboedovun ən sevdiyim əsəri olan “Горе от ума”-ın biznesdədə mövcud olduğunu hiss etdim. Necə ki, əsərin gəhramanı “ağıllı” olduğuna görə hamı tərəfindən, “Dəli” adlandırılır eləcədə yerli şirkətlərdədə belə “dəlilər” var. Bugün “çox ağıllı” olmaqda bir şey deyil. Hesab edirəm ki, yaxşı menecer hamı ilə öz dilində danışmalıdır.

Son 10 ildə hər dəfə iyul ayı gələndə yadıma taxıl əkməyim düşür. Bu taxılçılıq mənim ilk biznes təşəbbüsüm olub… təxminən 400 “şirvan” (o vaxt helə hesablanırdı) itirmişəm, ziyanım olub. Amma əvəzində mənə bir treninq, bir treninq… oldu, inanın ki, ömürlük həyat dərsi. İyul ayı olduğuna görə Sizə bu “həyat keysimi” danışmaq istəyirəm. Bu hadisə mənim üçün əsl biznes nəzəriyyəsidir. Vaxtınız varsa, başlayaq?!

Bu həftə sonu keçirdiyim ən dadlı, ən ləzzətli və faydalı həftə sonlarından biri edi. Bu həftə biz Azərbaycan marketoloqları ilə Qubaya “Dağa Qalxırdıq”)). Çox yaxşı oldu. Təşkilatçılığımız, işə yanaşmamız əlbətdə professional səviyyədə deyildi… AMMA əvəzində biz heç birimizin unuda bilməyəcəyi bir gün keçirdik. Düşmənlərimizin gözündən iraq… Bilirsiz Sizin tədbir niyə super oldu?!

12
Close