image_pdfimage_print

Bu həftə sonu keçirdiyim ən dadlı, ən ləzzətli və faydalı həftə sonlarından biri edi. Bu həftə biz Azərbaycan marketoloqları ilə Qubaya “Dağa Qalxırdıq”)). Çox yaxşı oldu. Təşkilatçılığımız, işə yanaşmamız əlbətdə professional səviyyədə deyildi… AMMA əvəzində biz heç birimizin unuda bilməyəcəyi bir gün keçirdik. Düşmənlərimizin gözündən iraq… Bilirsiz Sizin tədbir niyə super oldu?!

  • Çünki bizim toplantıda avtobusun keyfiyyətli olması heç kim üçün maraqlı deyildi… əvəzində avtobusda olan söhbətlər çox maraqlı idi;
  • Çünki bizim qaldığımız Hoteldə voleybol meydançası olmasada, bizim oynadığımız voleybul unudulmaz və xoş idi;
  • Çünki bizim qaldığımız Hoteldə prezentasiya imkanları “zəif” edi, amma əvəzində Anar müəllimin unudulmaz “Hər şey Satış üçün çixışı var idi…”
  • Çünki bizim yeməklər az və dadlı olmasada, orda yeyilən yeməklər bizi doydururdu… Vacib deyil süfrədə nə var, vacibdir süfrədə kiminləsən…
  • Çünki bizim diskotekada yer balaca olsada, hamı ürəkdən oynamaq istəyirdi və ən super diskotekalarla müqayisə edilə bilərdi…
  • Çünki bizim çoxlarımız əvvəlcə Qubada qalmaq istəsələrdə, vaxtında və tez qayıtdıqlarına görə incimədilər. Bilirsiz… axı bizdə hər şey səmimi idi!
  • Çünki biz avtobusda olanda çoxları bir-birini tanımasada, Quba tədbirindən sonra biz ayrılmaz komandaya çevrildik! Axı hamı ürəklə iştirak edirdi…
  • Çünki çoxlarımız mafiya oynaya bilməsədə, mafiya çempionu oldu… (mafiya babası). Axı biz orda kompleksiz edik.
  • Çünki hamı gecə 5-ə yatıb səhər 9-a dursada ömrünün ən dadlı səhər yeməyini yedi… (mən bunu öz adımdan yazdım). Bilirsiz axı biz süfrədə birlikdə edik.
  • Çünki… bilirsiz dostlar bu çünkiləri çoxaltmaq olar. Amma Sizə səmimi bir söz deyim. Bu görüşün belə mükəmməl olmasının yeganə səbəbi var edi. Siz bir arada seməmi insanları toplaya bilmişdiz!!!

Dostlar yaxşı varsınız. Sizinlə bizim ayağımız daim qazdadır!!!

Maraqlı olsa videoda baxa bilərsiniz.

Hər şeyi görə çox sağ olus!!!

Sağ olus ki, ilk Milli Marketinq Forumunun bir aylığında belə gözəl tədbir təşkil etdiniz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Siz doğurdan da zövq almasını bilirsiniz, İlkin bəy :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close