image_pdfimage_print

Sizə tam səmimi deyim, hər dəfə Orucluq ayı gələndə qəlbimdən daha çox yaxşılıq etmək, daha yaxşı işləmək, sevdiklərimi daha faydalı olmaq hissi dahada qabarıq hiss edilir. Əlbətdə bu müqəddəs Ramazan ayının hikmətidir.

Əslində insanlar yaxşılıq etməklə yalnız ətraf mühitə, insanllığa deyil həmdə özlərinə xidmət etmiş olurlar. Hal-hazırda bir kitab oxuyuram – Never Eat Alone (heç vaxt tək yemə). Kitab biznesdə şəxsi əlaqələrin, networkingin bizim dilimizlesək “kruqun” vacibliyi barədədir. Burada diqqəti çəkən bir tezis var: “Yaxşı əlaqələr qurmağın yeganə yolu, yaxşılıq etməkdir!”.

Bu prinsip yalnız oxuduğum kitabda deyil, həyatdada mənim qarşıma tez-tez çıxır. Kiminləsə dost olmaq istəyirsinizsə, mütləq o adama faydalı olmağa çalışın. Mən ətrafımda tanıdığım və yaxından təməsda olduğum çox saylı iş adamları tanıyıram. Onların iş prinsipləri, məsələlərə baxışı bir-birlərindən tamamiylə fərqlənsədə bu sahibkarların bir ortaq nöqtəsi olur. Bu insanların hər biri yaxşılıq etmək istəyir.

Əlbətdə hərdən mənim qarşıma “uşaq-muşaqda” çıxır… lakin belə “sahubkarlar” tezliklə sübüt edirlər ki, onların mövqeyi müvəqqətidir. Neysə… bu sahibkar adını batıranlardan danışmayım… inşallah Ramazandan sonra onlar haqqında yazacam.

Əziz bloq oxucuları xahiş edirəm, hər biriniz Oruc tutasınız. Bu bizim müqəddəs borcumuzdur. Lakin bununla yanaşı Oruc tutan adam daim saf və xeyr işlər görür, Oruc bizi əyri yollardan, pis əməllərdən qoruyur ki, bu çox lazımdır.

Dünyanı insanlıq və xeyr əməllər xilas edəcək, Müqəddəs Ramazan ayınız mübarək olsun!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close