image_pdfimage_print

Paris dedikdə ağlınıza nə gəlir?! Bəs Venessiya dedikdə? Bakı?! Göyçay? Yevlax?! (Mən Yevlax dedikdə yadıma çoooox şey gəlir… amma bu bu yazının mövzusu deyil). Hər bir şəhər özünə məxsus assosasiya, özünə məxsus emosiyanı özündə əks etdirir. Hansısa şəhərlər üçün bu əla imkanlar, hansısa şəhərlər üçün isə mənfi imic formalaşdırır. Bu “marketoloqlar” dilində şəhərlərin brendinqi adlandırılır. Mən bugün Sizinlə şəhər brendləri barədə danışacam.

Hər bir varlıq mütləq qaydada özünə xas olan assosasiyalara sahib olur.  Şəhərlər belə varlıqlardandır. Hər bir şəhər özünə məsxus assosasiyalardan ibarət bir duyğu, bir hiss və ya bir brenddir.

Düşünə bilərsiniz ki, şəhərlərə brendinq fəaliyyətinə niyə lazımdır?! Sizə deyim ki, adi məhsullardan fərqli olaraq şəhər brendinqi 2 bir-biri ilə tamamiylə ayrı olan hədəf kütləyə xitab etməlidir: şəhər sakinləri və qonaqlar. Başlayaq brendinqin şəhər sakinləri üçün olan faydasından.

İstənilən şəhərin güclənməsi, inkişaf etməsi və iqtisadi cəhətdən böyüməsi üçün mütləq qaydada sakinlərinin bunun üçün çalışması lazımdır. Həç bir şəhər, sakinlərin narazılığı olduğu halda həqiqə brend ola bilməz. Başqa sözlə desək, əgər şəhər sakini öz doğulduğu şəhərin “çiçəklənməsini” səhv istiqamətdə getdiyini hiss edirsə… burada şəhər brendi qurula bilməz. Bu baxımdan şəhər brendi yaratmanın birinci addımı şəhər sakinlərinə yönəli tədbirlərdir. Ümumiyyətlə şəhər brend yaratmaq üçün sakinlər üçün aparılacaq tədbirlər 3 istiqamətdə aparıla bilər:

  1. Şəhərin sakinləri verdiyi fiziki fayda. Bu istiqamətdə şəhər brendinin sakinləri verəcəyi konkret və rasional üstünlüklər barədə söhbət aparıla bilər. Əgər fikir vermisinizsə butün brend şəhərlərdə şəhər sakinləri üçün xüsusi sosial proqramlar fəaliyyət göstərir. Məsələn mənim Amsterdamda “İ Love Amsterdam” layihəsi diqqətimi çox çəkmişdi. Proqrama görə butün Amsterdam sakinlərini bu kart verilir və bununla şəhərdə turistlərlə müqayisədə muzeynlər, nəqliyyat, restoranlarda (kofe shoplardada…) xüsusi endirim proqramları işləyir. Belə proqramlarla şəhər sakini özünü bir növ Amsterdamda daha rahat hiss edir.
  2. Şəhərə qarşı emosional bağın yaradılması. Bu əslində rasional amillərdən dahada vacibdir. Əslində hər birimiz vətəndə özümüzü daha sərbəst, daha içdən hiss edirik. Bu hissi şəhər brendinqində sakinlərdə dahada inkişaf etdirmək üğurlu brendinq üçün son dərəcə əhəmiyyətlidir. Şəhərdə xususi tədbirlərin keçirilməsi, bu tədbirlərdə şəhər sakinlərini rəğbətin göstərilməsi emosional bağın yaradılması üçün vacibdir. Mən Milanda olanda daim fikir verirəm ki, insanlar hər bir addımda özlərini şəhər sakini olaraq göstərməkdən həzz alirlar. Bunun üçün ən sadə metodlardan biridə pozitiv şəhər sakini obrazının yaradılmasıdır ki, sakinlər kimə bənzəmək istədiklərini sadə yolla hiss etsinlər. Necə ki, Milandan sakinlər özlərini “modabaz” kimi hiss edirlər və s.
  3. Şəhər sakini “əsl sakin” anlayışını formalaşdırmaq. Mən bunu ən çox Venessiyada hiss etmişəm. Bu şəhərdə qəribə bir məntiq var… “Mən köhnə Venessiyalardanam” demək əsl prestij, imic deməkdir. Sizə tam səmimi deyirəm… bunun heç bir rasional izahı yoxdur. Sadəcə bu italyanların öz “sevgi şəhərlərini” brendləşdirmək üçün yaratdıqları assosasiyadır. Klassik brendinq dilində desək, bunun şəhər brendi sakinlər üçün özünü ifadə imkanları yaradır. Belə etdikdə şəhər sakini üçün yaşadığı yer rəqibsiz brendə çevrilir.

Daxili brendinq elementləri işlədikdən sonra artıq turistlərə yönəli brendinq fəaliyyətinə başlamaq olar. Bunun üçün mütləq qaydada şəhərin konkret fərqləndirici obrazını təyin etmək lazımdır. Vacib deyil bu obraz hamı tərəfindən sevilsin… bilirsizdə hamı sevdiyi şey olmur. Biz və ya şəhər “100 dollar əskinazı” deyil ki, hamı sevsin. Uğurluq brendinq düzgün və sərt şəkildə fərqlənmə qabiliyyətidir. Bunu ədən şəhərlər, əlbətdə ki güclü brend qura bilirlər.

Fərqlənmə yolları harda ola bilər?! Mən ümumiyyətlə hesab edirəm ki, istənilən şəhərin fərqləndirilməsi 3 vacib kriteriyanın üzərində qurula bilər.

  1. Bənzərsiz arxitektur binalarla. Məsələn məncə Paris brendinin yaradılmasında bənzərsiz Eyfel gülləsinin rolu çox böyükdür. Bilirsinizdə bu qullə tikiləndə çoxları bundan tam narazı edi… amma bugün bənzərsizliyin hesabına Eyfel Paris iqtisadiyyatına milyardlarla pul gətirir (sağ əli bizim şəhərlərin başına)
  2. Təbiyyəti ilə. Məsələn Amsterdam, Venessiya, S-Peterburq kimi şəhər brendlərinin yaradılmasında bənzərsiz şəhər yerləşməsi çox böyük rol oynayır. Məhz məhşur körpülərin hesabına bugün bu şəhərlər brendirlər.
  3. Əfsanələrlə. Belə-belə məhz əfsanələr hesabına bir çox adi şəhərlər brend kimi formalaşmışdır. Bu ümumiyyətlə şəhər brendinqində ən sadə görünən, lakin sadə olduğu qədərdə bilik və bacarıq tələb edən istiqamətdir. Mən gördüyüm şəhər brendlərinin demək olar ki, 90% məhz bu amilin üzərində qurulmuşdur.

Sizə səmimi deyim bugün Azərbaycanda istənilən rayonu, istənilən şəhəri və reqionu brend etmək mümkündür. Sadəcə bunun üçün şəhərlərimizdə sistemli marketinq fəaliyyəti və düşünən “başların” sayı çox olmalıdır.

Tezliklə Azərbaycan şəhər brendlərini görmək ümidiylə…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. Baki dunyanin 20 en xoshbext weheri siyasisindadir!!!mene bele gelirki ‘brend’ olmagimiza az qalibdi)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close