image_pdfimage_print

Son aylarda Azərbaycanlı dilli bloqlarda xeyli aktivlik hiss edilir. Bu çox yaxşıdır (bloq yazmaq haqqında daha əvvəl danışmışdıq). Bugün artıq azərbaycanlı dilində savadlı və məntiqli yazan biznes bloqerlərimizin, dostlarımızın sayı artır. Mən son vaxtlar yazılan butün biznes bloqları təhlil edərək öz subyektiv nəzər nöqtəmə görə oxunması vacib olan 5 TOP bloq yazısını Sizlərə təqdim etmək istəyirəm. Beləliklə başlayaq.

№1. Biznes Satmaq demək deyil?! Anar Bayramov yazısı. Əslində Anar bu yazının ilk təqdimatını Marketoloqların Quba Toplantısında etmişdi. Son dərəcə maraqlı və fundamental əsaslı bir bloq yazısı, bir tezisdir. Anar müəllim iddia edir ki, biznes elə satmaqdan ibarətdir. Mən bununla razı deyiləm və öz fikirlərimi istər Quba görüşündə istərsədə Marketing Azərbaycan Qrupunda bildirmişəm. Buna baxmayaraq bu yazı TOP siyahıda birinci yerdədir!

№2. Vətəndaş məmnunluğu. Səfər Aslanovun yazısı. Burada əsasən Marketinq AİR məzunlarımızdan olan bloqer Azərbaycanda və digər ölkələrdə vətəndaşlarının məmnuniyyətinin artması və onun faydalarından danışır. Yazı böyük sosial əhəmiyyət kəsb etdiyi üçün mən bunu 2-ci yerə qoyuram. Son dərəcə maraqlı və faydalı bloq yazıdır.

№3. Marketerlərin quba üsyanı və gələcək planlar. Rafiq Hünaltayın yazısı. Əslində yazı üslübu, məsələ-problemə yanaşma və yazının verdiyi hərəkətə çağırışa görə son dərəcə faydalı və sistemli bloq yazıdır. Rafiq müəllim bununla bir daha “necə yazmaq lazımdır?!” suallının cavabını verir. Yaxşı yazmaq üçün ürəkdən yazmaq lazımdır. Yazıda Azərbaycan Marketoloqların keçirdiyi görüşlər və gələcək planları barədə xüsusi dildə məlumat verilir.

№4. MARKA man olmağın praktiki sirləri. Ramil Cabbarovun yazısı. Marketinq AİR məzunlarımızdan olan Ramilin yazısı son dərəcə maraqlıdır. Əlbətdə bu yazıda tam olaraq “götür elə” məntiqi ilə yazılışı, bir-az oxucuda antipatiya yarada bilər. Lakin buna baxmayaraq hesab edirəm yazı son dərəcə aktual və bugünun təlabatına uyğundur. Ramilin belə yanaşması bizi çox sevindirir. Marketinq AİR tələbələri ölkədə Marketinq havasını dəyişir. Necə?! Belə gözəl yazılarla!!!

№5. Şəxsi brendinq: real yoxsa virtual. Cabrayil Vəliyevin yazısı. Son dərəcə konseptual əsaslı yazılmış bir ciddi bloq. Cəbrayil müəllim yazıda brendinq fəaliyyətində reallıqların və rasionallığın əhəmiyyəti barədə söhbət aparır. Əsas məntiq ondan ibarətdir ki, güclü şəxsi brend olmaq üçün mütləq gərək güclü baza, biliyə sahib olasan. Əslində tam razıyam!!!

Hesab edirəm ki, Sizə təqdim etdiyim TOP 5-likdə olan yazılar Sizində xoşunuza gələcək. Bu əlbətdə mənim şəxsi fikirlərimdir. Yazıları oxuduğunuz üçün çox sağ olun!

hə birdə… ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Top 5-likdə olmaq çox sevindirici haldir, təşəkkürlər!

  2. №1-sən həmişəki kimi

  3. Bugünün və gələcəyin marketoloqu bizim – Ramil Cabbarovumuz

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close