image_pdfimage_print

Bugün nəhayət ki, RafiqAnar müəllimlə bir araya gələ bildik. Saat 6-a başlayan görüşümüz 00:45 başa çatdı. Hesab edirəm ki, yaxın günlərdə Azərbaycan Marketinq icmasına bir neçə yeni layihə təqdim ediləcək. Layihə adları surpriz olsun, amma söz verirəm çox maraqlı və faydalı olacaq.

Görüşün ortalarına doğru biz İbrahim müəllimlədə söhbət etdik, çox maraqlı oldu. İbrahim müəllimin biznes düşüncəsi və hədəfləri çox maraqlı idi. İdea həqiqətəndə uğurlu biznes keys olaraq tam bir bloq mövzusudur… bu haqda gələcəkdə ətraflı danışacam.

Görüş zamanı biz həm Marketinq AİR 3 və yerli bazarda yeni, daha fərqli format barədə prinsipial razılığa gəldik. Bəzi detalları hazırlayıb ilk olaraq bloq oxucularına məlumat verəcəm.

Mən hesab edirəm ki, sentyabr ayında biz ciddi işlər görməliyik. Bunun üçün istər öz üzərimizdə çoxlu çalışmaq, istərsədə yeni proqlamlarımızın maksimum faydalı olması üçün butün detalları düşünməliyik.

Təbii ki, bugünlərdə qarşımızda Marketoloqların ənənəvi İftar toplantısı var. Marketoloqlar tez-tez görüşməsinin böyük faydası hər birimiz üçün tam aydındır. Biz nə qədər tez-tez görüşsək bir o qədər düzgün və dəgig işləyə biləcəyik. Bizim sahədə güclənməyin ən vacib üsullarından biri “networking” güclü olmasıdır. Ümumiyyətlə mən hesab edirəm ki, əlaqələrin genişləndirilməsinin ən yaxşı yolu, ətrafındakı adamlarla tez-tez görüşməkdir.

Dostlar hesab edirəm ki, tezliklə Marketinq AİR olaraq daha fərqli və faydalı konsepsiyalarla yeni zirvələrə qalxmalıyıq.

Ayağımız qazdadır!!!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close